23 May 2024 08:05
419
İQTİSADİYYAT
A- A+
Aqrar sektora "ayaq açan" innovasiya qısa zamanda fermerlərin sağ əlinə çevrilib

Aqrar sektora "ayaq açan" innovasiya qısa zamanda fermerlərin sağ əlinə çevrilib

 

Müasir dövrdə kənd təsərrüfatının dinamik inkişafı yeni texnologiya və innovasiyaların tətbiqi ilə sıx bağlıdır. Çünki innovasiyaların aqrar sektorda mənimsənilməsi məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsində başlıca rol oynayır. Eyni zamanda kənd təsərrüfatının bu yolla inkişafı torpaq və su resurslarının qorunmasına, onlardan səmərəli istifadəyə əlverişli imkanlar yaradır. 
Amma bunlar da hələ hamısı deyil. Aqrar sektorda  innovasiyaların geniş tətbiqi qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsinə kömək etməklə yanaşı, həm də ekoloji tarazlığın gözlənilməsində yardımçı olur. Dronlardan istifadə, "ağıllı bağ", müasir əkin üsulları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və orada hansı məhsulun əkilməsinin satellitlər vasitəsi ilə müəyyənləşməsi və s. bu cür innovasiyalardandır. O cümlədən 2019-cu ildən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi (EKTİS) aqrar sahə üzrə vahid məlumat bazasının yaradılmasında önəmli yenilikdir. EKTİS-də fermerlərin biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qədər bütün proseslər öz əksini tapır, istehsalçılara bir çox texnoloji hədəflərinə nail olmağa imkan yaradır. 
İnnovativ hədəflərdən biri də "gubre.az" aqrar ticarət şəbəkəsidir. Məlumat üçün bildirək ki, bu, Azərbaycanın kənd təsərrüfatı istehsal vasitələri bazarında lider şirkətlərdən biri olan "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-nin tərkibində fəaliyyət göstərən aqrar ticarət şəbəkəsidir. Şirkət aqrokimyəvi vasitələr, toxumlar, əkin ləvazimatları və s. kənd təsərrüfatı istehsal vasitələrinin idxalı, eləcə də topdan və pərakəndə satışı üzrə ixtisaslaşıb. Bundan başqa, şirkət müştərilərinə aqronom dəstəyi və ucqar rayonlarda təsərrüfat fəaliyyəti ilə məşğul olan fermerlərə səyyar satış xidmətləri də göstərir. Pərakəndə satış istiqamətində "gubre.az" ticarət şəbəkəsi kimi tanınan şirkət 200-dən çox satış nöqtəsi vasitəsi ilə 50-dən artıq  markaya mənsub yüzlərlə çeşiddə məhsulu fermerlərə təqdim edir.
Azərbaycanın ucqar, dağ və dağətəyi rayonlarından tutmuş, istənilən bölgəsinin kənd təsərrüfatı sahələrində çalışan hər bir fermerədək "gubre.az"ın xidmətləri əlçatandır. Təsərrüfat sahiblərinə təklif olunan bütün məhsullar və ləvazimatlar müasir dövrün tələbləri ilə ayaqlaşan yüksək keyfiyyət standartlarına, həmçinin rəsmi sertifikatlara sahibdir. "gubre.az"  təsərrüfat sahibləri üçün zəruri olan yüksəkkeyfiyyətli toxum, gübrə, pestisid çeşidləri, müasir əkin ləvazimatları  kimi bütün növ kənd təsərrüfatı məhsullarının, vasitələrinin münasib qiymətlərlə satışını həyata keçirir. Bu məhsullar  həm yerli şirkətlərə, həm də əsasən  dünyaca məşhur "Yara Suomi OY"(Finlandiya), "ICL"(İsrail), "Tessenderlo"(Belçika), "Anorel"(Belçika), Polyamix (Polşa), "Continental"(İtaliya) kimi qlobal brendlərə məxsusdur. Şəbəkə, eyni zamanda hər mövsümə uyğun məhsullar üçün subsidiyalı satış və müxtəlif endirim kampaniyaları təşkil edir, torpaq analizi və ödənişsiz aqronom məsləhəti xidmətləri həyata keçirir. 
Bütün bunların nəticəsi idi ki, ötən həftə Bakı Ekspo Mərkəzində keçirilən 17-ci "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində "gubre.az"ın təqdim etdiyi layihə fermerlərin xüsusi marağına səbəb oldu. Şəbəkə sərgidə öz stendi ilə təmsil olunurdu. Stenddə fermerlərə "gubre.az"ın idxal etdiyi torpaq qoruyucu və yaxşılaşdırıcı vasitələr, gübrələr, müasir effektiv bitki-mühafizə vasitələri, yüksək məhsuldarlığa malik pambıq, qarğıdalı, yonca və s. toxum sortları təqdim edilmişdi. Fermerin rəqəmsal dostu olan aqrar şəbəkə stendində ilk dəfə təqdim olunan "Agrohub" mobil platforması təkcə  kənd təsərrüfatı mütəxəssislərinin deyil, sərginin digər  iştirakçılarının və ziyarətçilərin də diqqətini çəkdi. Hər kəsin marağına səbəb olan bu platforma fermerləri, aqronomları, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarını bir araya gətirməklə sektorun daha  sürətli inkişafına töhfə verməyi hədəfləyir. O, fermerlərə aqronom məsləhəti və hava proqnozuna əsasən müvafiq avtomatlaşdırılmış tövsiyələr almaq, becərdiyi bitki növü ilə əlaqədar yaranmış suallara cavab tapmaq, maarifləndirici materialları daha asan və sürətlə əldə etmək, yetişdirdiyi məhsulları satışa çıxarmaq, digər fermerlərlə asan əlaqə yaradaraq təcrübə paylaşımına dəstək olmaq və ya bundan yararlanmaq kimi imkanlar yaradır. Kənd təsərrüfatı sektoruna innovativ həllər gətirməyi hədəfləyən "Agrohub" mobil tətbiqi qısa zamanda fəaliyyət dairəsini bütün ölkə ərazisində genişləndirməyi planlaşdırıb. 
 "gubre.az"ın direktoru Anar Hüseynov yaratdıqları mobil tətbiq haqqında deyir: "Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ili elan edilmişdir. Ekoloji vəziyyətin bütün dünyada getdikcə çətinləşdiyi, hava, su, torpaq resurslarının kirlənərək tədricən sıradan çıxmaqda olduğu indiki zamanda dövlətimizin bu sahəyə göstərdiyi diqqət təsadüfi deyil. Qida təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin edilməsi üçün təbii resursların qənaətlə istifadə edilməsi və hətta yaxşılaşdırılması kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Biz də bu axına qoşularaq və sosial məsuliyyətimizi dərk edərək, torpaq yaxşılaşdırıcı və su qaynaqlarından daha səmərəli istifadəyə şərait yaradacaq məhsullar təqdim edir, fermerləri təbii resurslara qənaəti təbliğ edən maarifləndirici materiallarla təmin edirik. Bundan başqa yeni "Agrohub" platformamız vasitəsilə də fermerlərimizin müasir səmərəli və qənaətcil becərmə texnologiyalarını daha sürətlə öyrənib mənimsəməsinə nail olmağı hədəfləyirik".

Züleyxa ƏLİYEVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!