20 Sentyabr 2026 08:53
184
SİYASƏT
A- A+
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol


20 Sentyabr Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini – ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını, Azərbaycan bayrağının torpaqlarımızın hər guşəsində dalğalanmasını təcəssüm etdirən əlamətdar gündür. 20 Sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad edildiyi tarixdir. 

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi 30 ildən artıq davam edən işğalın ağır nəticələrinə son qoyulmasını, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və həmin şəhərlərin tarixi simasının yenidən canlandırılmasını özündə ehtiva edir.

Bu günün arxasında uzun və mürəkkəb bir tarixi yol dayanır. Ermənistanın Azərbaycana qarşı işğal siyasəti nəticəsində torpaqlarımızın böyük hissəsi 30 ilə yaxın müddətdə işğal altında qaldı, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycan xalqı bütün bu illər ərzində tarixi torpaqlarına qayıdacağına, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunacağına inamını qorudu.

2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu yolun həlledici mərhələsini təşkil etdi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam rayonlarının, Hadrutun, Şuşanın  işğaldan azad edilməsi, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması və üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə edildi.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu və ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün ərazilərimiz üzərində suverenliyimizin bərpasının siyasi və mənəvi rəmzinə çevrildi.

Xankəndidə Dövlət Bayrağının ucaldılması zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu tarixi hadisənin mahiyyətini aydın ifadə edir. “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”- deyə dövlətimizin başçısı bildirib.

Beləliklə, qarşıya qoyulmuş strateji məqsəd real nəticə ilə başa çatdı. 3 il əvvəl ordumuzun həyata keçirdiyi antiterror əməliyyatları ilə azad edilən və əzəli sahiblərinə qovuşan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində isə artıq yeni həyat başlayab

Xankəndi bu gün Zəfərdən sonra Qarabağda gedən genişmiqyaslı quruculuq prosesinin mühüm mərkəzlərindən biridir. Məktəblərin, hotellərin, mədəniyyət və sosial obyektlərin inşası, Konqres Mərkəzinin, Zəfər parkının, biznes və istehsal müəssisələrinin istifadəyə verilməsi şəhərin tədricən yeni sima qazandığını göstərir. Qarabağ Universitetinin yaradılması isə şəhərin yeni inkişaf mərhələsinin ən mühüm göstəricilərindən biridir. 

Xocalı Azərbaycan xalqının qan yaddaşında xüsusi yer tutur. Bu şəhərin işğaldan azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram və tarixi ədalətin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır.  

Xocavənd də işğaldan azad edildikdən sonra genişmiqyaslı quruculuq prosesinin əhatə etdiyi ərazilərdən biridir. Hadrut, Tuğ, Qırmızı Bazar və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr burada yeni həyatın formalaşmasına zəmin yaradır.

Ağdərənin də tarixi statusunun bərpası və burada yeni inzibati ərazi vahidinin yaradılması işğaldan azad edilmiş ərazilərin idarə olunması və inkişafı baxımından mühüm addımlardan biridir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən bütün layihələri birləşdirən əsas xətt Böyük Qayıdış prosesidir. Bu şəhərlərin və rayonların dirçəldilməsi yalnız binaların, yolların, məktəblərin və digər infrastruktur obyektlərinin yenidən qurulması demək deyil. Bu həm də döyüş meydanlarındakı zəfərlərimizin quruculuq meydanındakı davamıdır. İnsanların doğma yurda qayıtması, uşaqların həmin torpaqlarda təhsil alması, yeni iş yerlərinin yaradılması, sosial və mədəni mühitin formalaşdırılması Zəfərin mahiyyətini daha da tamamlayır.

Beləliklə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün artıq quruculuq, inkişaf və Böyük Qayıdışla assosiasiya olunan şəhər və rayonlardır. Azərbaycan bayrağının bu şəhərlərdə əzəmətlə dalğalanması isə dövlətimizin suverenliyini bütün dünyaya bəyan edir. 


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

20:03
19 Sentyabr

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir

20:01
19 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!