20 Sentyabr 2026 09:27
168
SİYASƏT
A- A+
Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  

Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  


“Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

 Prezident İlham Əliyev


19-20 sentyabr 2023-cü il tarixləri müasir Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 23 saat ərzində antiterror əməliyyatı keçirərək bütün ərazisində dövlət suverenliyini bərpa etdi. Cəmi bir gün - və erməni separatizminin son ocağı mövcudluğunu dayandırdı.

2020-ci ilin Qələbəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə  başlanan  böyük yolun yalnız bir hissəsi oldu.

Əməliyyat başlamazdan əvvəl Azərbaycan Prezidenti qoşun qarşısında 44 günlük müharibənin əvvəlindəki ilə eyni tapşırığı qoymuşdu: mülki əhali arasında itkilərə yol verməmək. Ordu bu tapşırığı sürətlə və dəqiqliklə yerinə yetirdi. Üç il əvvəl – İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, Azərbaycan hərbçiləri yüksək peşəkarlığı humanizmlə uzlaşdıraraq nümayiş etdirdilər. Dünyanın yenə də baxıb örnək götürəcəyi nümunə oldu.

Azərbaycan Prezidentinin 2023-cü il sentyabrın 20-də xalqa müraciətində dediyi kimi: "Əməliyyat başlamazdan əvvəl mən bir daha bütün hərbi birləşmələrimizə ciddi tapşırıq vermişdim ki, Qarabağ bölgəsində yaşayan erməni əhali antiterror tədbirləri nəticəsində zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz buna yüksək dəqiqlikli silahlardan istifadə etməklə nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində mülki əhali özünü tamamilə sığortalanmış hiss etdi".

2020-ci ilin Qələbəsindən və 2023-cü ilin sentyabrında suverenliyin bərpasından sonra Azərbaycan növbəti tarixi vəzifənin həllinə keçdi – əldə olunmuş hərbi nəticələri davamlı sülhə, inkişafa və yeni regional əməkdaşlıq sisteminə çevirmək.

Prezident İlham Əliyev bir tərəfdən bölgəyə münaqişədən inkişafa və əməkdaşlığa gedən yol açan, digər tərəfdən isə revanşizmə və onun qayıdışına ümid edən qüvvələrə heç bir yer qoymayan şərait yaratdı.

Bölgədə baş verən dəyişikliklər tədricən siyasi-diplomatik müstəvidə də rəsmiləşdi. 2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Birgə Bəyannamə imzaladılar, iki ölkənin xarici işlər nazirləri isə sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini parafə etdilər. Sənəddə tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanışdıqlarını təsdiq etdilər.

Bu yeni reallığın arxasında Prezident İlham Əliyevin uzun illər ərzində formalaşdırdığı ardıcıl kurs dayanır. Onun ən mühüm hissəsi iqtisadiyyatın gücləndirilməsi – dövlətə təkcə ölkənin inkişafını təmin etməyə deyil, həm də müdafiə qabiliyyətini möhkəmləndirmək üçün əhəmiyyətli resurslar yönəltməyə imkan verən dayanıqlı maliyyə və istehsal bazasının yaradılması oldu.

Güclü iqtisadiyyat müasir və prşəkar ordunun formalaşması üçün maddi əsas yaratdı. Azərbaycan Silahlı Qüvvələrin təchizatı və hazırlığına, müdafiə sənayesinin inkişafına və onların imkanlarının artırılmasına ardıcıl olaraq investisiya yatırdı. Nəticədə ölkənin iqtisadi potensialı strateji məqsədlərə nail olmağa və ərazi bütövlüyünü bərpa etməyə qadir olan hərbi qüvvəyə çevrildi.

Eyni zamanda, Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdərək Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və tərəfdaşlarının dairəsini genişləndirdi. İqtisadi güc, hərbi potensial və müstəqil xarici siyasət kursu Azərbaycana bölgədə yeni rol qazandıran və bu gün bütün tərəflərin hesablaşmağa məcbur olduğu reallıqları formalaşdıran bir dövlət strategiyasının istiqamətlərinə çevrildi.

Tarix qalibin uduzmuş tərəfi məhv etmək və təcrid etmək yolunu seçdiyi halları çox görüb. Lakin, Azərbaycan fərqli bir davranış sərgilədi.  Müharibədən sonra Bakı qisasçılığa deyil, sülhə və regionun inkişafına üstünlük verdi – bu isə qarşıdurmanı davam etdirməkdən qat-qat çox siyasi iradə tələb edir. Hərbi qələbəni davamlı sülhə çatdırmaq dünya təcrübəsində yalnız tək-tək hallarda öhdəsindən gəlinən bir vəzifədir.

Prezident İlham Əliyev öz liderlik modelini  məhz bu cür qurdu: humanizm, ədalət və gələcək qarşısında məsuliyyət üzərində. O, əməldə sübut etdi ki, əsl lider təkcə müharibədə qələbə çalmağı bacarmır, həm də münaqişəyə nöqtə qoymağa və inkişafa yol açmağa qadirdir.

Bu gün bu, xüsusilə nəzərə çarpır: Cənubi Qafqaz ətrafında ticarət, nəqliyyat, energetika və regional əlaqəliliyin daha çox yer tutduğu yeni gündəm formalaşır. 2025-ci ilin avqustunda Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqəni təmin etməli olan TRIPP nəqliyyat layihəsinin inkişafı ilə bağlı razılıq əldə olundu.

2020-ci ilin Qələbəsindən sonra Prezident ölkə qarşısında sadəcə ərazilərin bərpasından qat-qat miqyaslı bir vəzifə qoydu – onlardan müasir inkişaf nümunəsi düzəltmək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yeni şəhərlər böyüyür, yollar çəkilir, məktəb və universitetlər açılır, onilliklөрlə doğma yerlərdən uzaqda yaşayan insanlar ora qayıdırlar.

Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın rolu əvəzsizdir. Heydər Əliyev Fondunun rəhbərliyi altında Fondun uzun müddətdir ki, vizit kartına çevrilmiş zövq və təfərrüatlara diqqətlə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın zəngin mədəni və memarlıq irsi bərpa olunur.

Qeyd etməmək olmaz ki, suverenliyin bərpası yolu ciddi xarici təzyiq şəraitində keçib. Azərbaycan regional reallığın dəyişməsi ilə barışmaq istəməyən qüvvələrin müqaviməti ilə üzləşməli oldu. Lakin bu amillərdən heç biri nəticədə Azərbaycanın başladığı prosesi dayandıra bilmədi.

2023-cü ilin avqust və sentyabr ayları Azərbaycan üçün çətin dövr oldu. Ölkə güclü beynəlxalq təzyiqə və separatçıların təxribatlarına tab gətirdi. Lakin artıq bu mərhələdə başqa yol qalmamışdı – Ermənistan öz əməlləri ilə antiterror tədbirlərini qaçılmaz etmişdi və bir daha nümayiş etdirdi ki, onun vədlərinə və razılaşmalarına etmək olmaz.

Bütün ərazisi üzrə suverenliyi beynəlxalq hüquqa uyğun olaraq bərpa edən Azərbaycan xarici oyunçuların əvvəlki təzyiq alətini əlindən aldı. İllərdir Bakıya təsir etməyə çalışdıqları separatçılıq amili artıq mövcud deyil.

Dövlətlərin tarixində elə anlar olur ki, bir qərar hadisələrin sonrakı gedişini dəyişir. Lakin hərbi qələbənin siyasi dəyişikliklərin, yeni reallığın və ölkənin sonrakı inkişafının əsasını təşkil etməsinə nail olmaq qat-qat çətindir.

Azərbaycanın yolu məhz belə olub. Dövlət başçısı ardıcıl olaraq elə şərait yaradırdı ki, əldə olunan hər bir məqsəd növbəti məqsədin təməlinə çevrilsin. Nəticədə müstəqil qərarlar qəbul etməyə, xarici təzyiqlərə tab gətirməyə və bölgəyə yeni gündəm təklif etməyə qadir güclü dövlət formalaşdı. Prezident İlham Əliyevin strategiyasının gücü və unikallığı məhz bu ardıcıllıqdan ibarətdir.

Hicran Hüseynova, 

Milli Məclisin komitə sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü

09:54
20 Sentyabr

Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  

09:27
20 Sentyabr

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

Sürücülərin nəzərinə

21:21
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

20:03
19 Sentyabr

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir

20:01
19 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!