Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

12 İyul 2018
Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinə sədr seçilib.

AZƏRTAC xəbər verir ki, sədrlik uğrunda mübarizədə 3 tur səsvermə aparılıb. Binəli Yıldırım üçüncü səsvermədə 584 deputatın 335-nin səsini toplayaraq Türkiyə Böyük Millət Məclisinin sədri olub.