Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru təltif edilib

06 İyul 2018
 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Əbülfəs Qarayev döş nişanını Samir Abbasova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ə.Qarayev deyib ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən xeyriyyə tədbirləri, layihələr, konfranslar, diskussiyalar, poeziya gecələri təşkil edilir və bütün bu tədbirlərdə tanınmış şəxslər, incəsənət xadimləri iştirak edirlər. Ölkəmizin layiqli təbliğ olunması istiqamətində mərkəzin direktoru Samir Abbasovun müstəsna xidmətləri var.