Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dövlətinin milli ideologiyasının əsasını Ümummilli Liderin azərbaycançılıq ideologiyası təşkil edir

03 May 2018
Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda doqquzuncu beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Konfransın plenar iclasında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva ikigünlük tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. Rektor artıq ənənə halını almış konfransın ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Ümummilli Lider tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini bildirib. Ulu Öndərin qısa müddətdə müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir.

Çıxış edənlər beynəlxalq səviyyəli konfransda iştiraklarından məmnunluqlarını bildirib, tədbirin Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan danışıblar. Bildirilib ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Ümummilli Liderin azərbaycançılıq ideologiyası təşkil edir.

Sonra konfrans işini “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan” bölmələri üzrə davam etdirib.