Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nigeriyanın nüfuzlu televiziya kanallarında Azərbaycan haqqında silsilə filmlər yayımlanacaq

04 Aprel 2018
Xəbər verdiyimiz kimi, Nigeriyanın məşhur “Foodies & Spice” mətbəx verilişinin yaradıcı heyəti “Nigeriya Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə ölkəmizdə səfərdə olub.

Təşkilatın rəhbəri Billurə Bayramova AZƏRTAC-a bildirib ki, nigeriyalı qonaqlar 10 günlük səfər çərçivəsində Bakı və regionlarda silsilə görüşlər keçiriblər. Səfər çərçivəsində Azərbaycanın tarixi, mətbəxi və adət-ənənələrini geniş şəkildə işıqlandırmaq üçün zəngin materiallar toplanıb.

“Foodies & Spice” verilişinin aparıcısı Gina Ehikodinin təqdimatında 13 hissədən ibarət “Azərbaycan təamları” filmi hazırlanıb. Film may ayından etibarən bu ölkənin nüfuzlu TVC və digər kanalları ilə həftənin şənbə günləri silsilə olaraq yayımlanacaq.