Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Zelandiyada pilotsuz uçan taksi sınaqdan keçirilir

13 Mart 2018
 

Yeni Zelandiyanın cənubunda yerləşən Kraystçerç adasında dünyanın ilk pilotsuz uçan aparatının testləri keçirilir.

AZƏRTAC xəbər verir ki, “New Zealand Herald” qəzetinin yaydığı məlumata görə, “Cora” adlı pilotsuz uçan taksi havaya helikopter kimi qalxır və enir, həmçinin havada təyyarə kimi uça bilir.

Layihə üzərində 8 ildir işləyən “Zephyr Airworks” kompaniyası nəqliyyat vasitəsini 6 il ərzində bazara çıxarmağı planlaşdırır. Nəşrin məlumatına əsasən, prototipi iki nəfəri daşıya bilən uçan taksi elektrik mühərriki ilə işlədiyi üçün ətraf mühitə zərər vurmur.