Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya və Çin BMT-nin Venesuelaya dair iclasını boykot etdi

14 Noyabr 2017
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Venesuelada vəziyyətə dair iclasını boykot etmişdir. ABŞ-ın BMT yanında daimi nümayəndəsi Hikki Heylinin dediyinə görə, iclas beynəlxalq ictimaiyyəti Venesuelada vəziyyət barədə məlumatlandırmaq məqsədilə çağırılmışdı.

Heyli vurğulamışdır ki, Venesuelada böhran beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir.

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə müsahibəsində Venesuelanın daxili problemlərinin dinc vasitələrlə həllinə tərəfdar çıxmışdır: “Hesab etmirik ki, BMT Təhlükəsizlik Şurası hazırda bu məsələ ilə məşğul olmalıdır”.