Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda 33 mülki şəxs oğurlandı

11 Sentyabr 2017
“Taliban” hərəkatının və İŞİD terrorçu təşkilatının silahlıları Əfqanıstanın şimalında, Cauzcan əyalətinin Quş Təpə qəzasında 33 mülki şəxsi oğurlamışlar. Bu barədə Quş Təpə administrasiyasının başçısı Əminulla Amin məlumat vermişdir.

Məlumatda deyilir ki, 13 mülki şəxs Çakma Çuxur yaşayış məntəqəsində oğurlanmışdır: İŞİD silahlıları Quş Təpədən Şibarqan şəhərinə gedən yolda nəqliyyat vasitəsini dayandırıb dinc sakinləri taliblərlə əlaqədə ittiham edərək onları naməlum istiqamətə aparmışlar.

Eyni zamanda taliblər Quş Təpə qəzasının Qardan yaşayış məntəqəsində 20 mülki şəxsi İŞİD-lə əlaqədə günahlandıraraq onları oğurlamışlar. Mülki şəxsləri aparan avtobus əyalətin Derzab qəzasından Şibarqan şəhərinə gedirmiş.

Aminin dediyinə görə, oğurlanmış adamların harada olduğu məlum deyil. O qeyd etmişdir ki, taliblərin oğurladığı mülki şəxslər İŞİD-in nəzarət etdiyi bölgədə yaşayırlar.