Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın paracüdo komandaları Avropa çempionatında qızıl medallar qazanıblar

07 Avgust 2017
Avqustun 7-də İngiltərənin Valsall şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın idman tarixində ilkə imza atılıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin kişilər və qadınlardan ibarət paracüdo üzrə yığmaları çempionatda bütün rəqiblərinə qalib gələrək komanda yarışlarında qızıl medallara sahib olublar.

Xatırladaq ki, fərdi yarışlarda idmançılarımız 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal əldə edib.