Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Avropa Liqası: “Beşiktaş”dan inamlı qələbə, “Vilyareal” öz meydanında məğlub oldu

17 Fevral 2017
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələnin maraqlı görüşlərindən biri İspaniyada keçirilib. “Vilyareal” klubu İtaliyanın “Roma” komandasına 0:4 hesabı ilə məğlub olub. Sankt-Peterburqun “Zenit” klubu isə səfərdə “Anderlext”ə uduzub – 0:2.

Azərbaycanlı azarkeşlər üçün böyük maraq kəsb edən “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) matçında qonaqlar sevinən tərəf olub – 1:3.

Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:

 

“Atletik” (İspaniya) – APOEL (Kipr) – 3:2

“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) – 0:0

“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) – 3:0

PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) – 0:3

 

Komandalar arasında cavab oyunları fevralın 23-də keçiriləcək.