17 İyun 2026 09:20
785
Mədəniyyət
A- A+
Qusarda "Oxu bayramı"

Qusarda "Oxu bayramı"


Rayon icra hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Qusar Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində  "Oxu bayramı" keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirələri birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdən əvvəl parkda kitab, rəsm və "Şəhərsalma və Memarlıq İli" çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov,  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, rayon ziyalıları,  digər idarə və müəssisə rəhbərləri sərgidə nümayiş olunan müxtəlif müəlliflərin kitabları, rəsmlər və digər əl işləri ilə tanış olublar.

Çıxış edən Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara öz minnətdarlığını bildirib. Qeyd edilib ki, mütaliə cəmiyyətin intellektual potensialının formalaşmasının, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinin əsas mexanizmidir və informasiya bolluğu dövründə insanı səthi bilgilərdən qoruyan yeganə vasitə sistemli kitab oxumaqdır. Bildirilib ki, tarixən maarifçilik ənənələrinə sadiq olan Qusarda müasir dövrün tələblərinə uyğun onlayn kitabxana sisteminin yaradılması istiqamətində müvafiq addımların atılması zəruridir. 

Sonra İctimai televiziyada yayımlanan "Əlaçı" intellektual yarışmasının qalibləri - şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Tural Sultanov  və şəhər 2 saylı tam orta məktəbin şagirdi Samirə İsabalayevaya,  o cümlədən "Sərhəd" hərbi-idman oyunlarında qələbə qazanmış Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin "Zeyxur" komandasının üzvləri və hərbi müəlliminə hədiyyələr təqdim olunub.

Çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, kitab insan şüurunun yaddaşı, millətin mənəvi sərvətidir və kitab oxumayan cəmiyyət öz tarixini, dilini, mədəniyyətini itirmək təhlükəsi ilə üzləşir: "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Heydər Əliyev ideologiyasına sadiq vətəndaşlar kimi yetişməsi üçün kitabxanalarla əməkdaşlıq, kitab təbliğatı və ədəbi-mədəni tədbirlərin təşkili davamlı xarakter daşımalıdır".

Vətən müharibəsi qazisi İlkin Abuyev, şəhid Oleq Cəfərovun anası Tinatin Cəfərova, şəhid Sultan Şahvələdovun anası Məlahət Şahvələdova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyvaz Güləliyev, şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Telli Davudova gəncləri mütaliəyə daha çox maraq göstərməyə, savadlı, dünyagörüşlü və vətənpərvər gənclər kimi yetişməyə çağıraraq belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqilər ifa edilib, rəqs kompozisiyaları təqdim edilib. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!