19 İyun 2026 08:20
215
SİYASƏT
A- A+
"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"

"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"


Son aylar ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan dinamika Vaşinqtonla Bakı arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Prezident Donald Trampın Azərbaycan lideri İlham Əliyevə ünvanladığı məktublar, dövlət başçıları arasında formalaşmış birbaşa siyasi dialoq, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, ABŞ Konqresinin nümayəndələrinin Bakıya səfərləri və iqtisadi təhlükəsizlik sahəsində genişlənən əməkdaşlıq iki ölkə üzrə keyfiyyətcə yeni məzmun qazandığını təsdiqləyir. 

Məhz bu fonda ABŞ Konqresində müəyyən dairələrin, xüsusilə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən konqresmen Bred Şermanın təşəbbüsləri getdikcə daha çox siyasi marginallığın nümunəsi kimi görünür. Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi əhəmiyyətin növbəti təsdiqi oldu: "Məktubda ABŞ lideri xüsusi vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən sonra iki ölkə münasibətlərinin yenidən canlandırılması istiqamətində ciddi addımlar atılıb və bu proses 2026-cı ilin fevralında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilə yeni mərhələyə yüksəlib. Tramp enerji təhlükəsizliyi, regional bağlantılar, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini xüsusi qeyd edib.  Bununla yanaşı, Prezident İlham Əliyevin Donald Trampın təşəbbüsü ilə yaradılmış və Qəzza münaqişəsindən sonrakı bərpa proseslərinə dəstək məqsədi daşıyan "Board of Peace" təşəbbüsünə qoşulmaq barədə məktubu da diqqət çəkir. Azərbaycanın bu təşəbbüsə təsisçi üzv kimi qoşulması Vaşinqtonun Bakını regional deyil, qlobal proseslərdə etibarlı tərəfdaş kimi qiymətləndirdiyini göstərir". 

Deputatın sözlərinə görə, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri yeni institusional müstəviyə çıxarıb. Bu sənəd enerji, nəqliyyat, Orta dəhliz, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik, müdafiə sənayesi, terrorizmlə mübarizə və humanitar minatəmizləmə kimi istiqamətləri əhatə edir: "Xartiya tərəflərin yalnız siyasi deyil, iqtisadi və texnoloji tərəfdaşlıq modelinə keçdiyini göstərir. Əslində, bu sənəd Azərbaycanın Cənubi Qafqazda sabitlik və bağlantıların əsas təminatçısı kimi qəbul edilməsinin nəticəsidir. ABŞ üçün Azərbaycan artıq yalnız enerji tərəfdaşı deyil. Bakı Orta dəhlizin əsas qovşağı, Avrasiyanın logistika xəritəsində mühüm aktor və regional təhlükəsizlik arxitekturasının vacib elementidir". 

S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin iyunun 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadehi qəbul etməsi də bu prosesin tərkib hissəsidir: "Görüş zamanı ikitərəfli münasibətlərin uğurlu inkişafı, Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Hamadehin Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğvi ilə bağlı qanun təşəbbüsünün müəlliflərindən biri olmasına yönəlib. Bu, ABŞ siyasi dairələrində Azərbaycana münasibətdə daha praqmatik və realist yanaşmanın gücləndiyini göstərən mühüm siqnaldır. Əslində, son bir ildə ABŞ Konqresinin müxtəlif nümayəndə heyətlərinin Azərbaycana səfərləri, yüksəksəviyyəli təmasların intensivləşməsi və ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi Vaşinqtonun region siyasətində yeni reallıqları qəbul etdiyini göstərir. Məhz bu müsbət dinamika fonunda konqresmen Bred Şermanın son təşəbbüsləri diqqəti cəlb edir. ABŞ Konqresində erməni lobbisinin ən fəal nümayəndələrindən biri kimi tanınan Şerman uzun illərdir ki, Azərbaycana qarşı məhdudlaşdırıcı təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edir. Son günlər onun Türkiyə və Azərbaycana münasibətdə maliyyə və investisiya məhdudiyyətləri nəzərdə tutan növbəti təşəbbüslə çıxış etməsi də həmin siyasətin davamıdır. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu təşəbbüslər artıq ABŞ administrasiyasının formalaşdırdığı ümumi siyasi xətlə üst-üstə düşmür". 

Deputat vurğulayıb ki, Vaşinqton Azərbaycanla strateji tərəfdaşlığı genişləndirdiyi, enerji və nəqliyyat layihələrində əməkdaşlığı artırdığı, sülh prosesini dəstəklədiyi bir vaxtda Şermanın təşəbbüsləri daha çox daxili lobbi maraqlarına xidmət edən siyasi addım təsiri bağışlayır və təsadüfi deyil ki, onun son anti-Azərbaycan təşəbbüsləri Konqresdə ciddi dəstək qazana bilməyib və əvvəlki illərlə müqayisədə təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib. 

S.Fətəliyeva qeyd edib ki, bu gün ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyasını müəyyən edən əsas amil geosiyasi reallıqlardır: "Enerji təhlükəsizliyi, Orta dəhlizin inkişafı, regional sabitlik, Yaxın Şərqdə və Avrasiyada dəyişən qüvvələr nisbəti Vaşinqton və Bakını daha sıx əməkdaşlığa sövq edir. Azərbaycan öz suverenliyini tam bərpa etmiş, regionun əsas iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilmiş, beynəlxalq etibara malik dövlət kimi ABŞ üçün strateji əhəmiyyətini daha da artırmışdır. Buna görə də ikitərəfli münasibətlərin gələcəyini artıq ayrı-ayrı lobbi qruplarının təşəbbüsləri deyil, tərəflərin ortaq maraqları və uzunmüddətli strateji hesablamaları müəyyən edir. Son hadisələr göstərir ki, ABŞ-Azərbaycan münasibətləri artıq strateji tərəfdaşlığın institusional əsaslarının formalaşdığı və qarşılıqlı maraqlara söykənən yeni inkişaf mərhələsinə daxil olub. Bu şəraitdə Şerman kimi siyasətçilərin təşəbbüsləri daha çox keçmiş geosiyasi təsəvvürlərin davamı kimi görünür və yeni reallıqlar fonunda əvvəlki təsir gücünü itirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək  

12:43
19 İyun

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir  

12:41
19 İyun

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

12:30
19 İyun

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib  

12:27
19 İyun

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

12:26
19 İyun

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

12:25
19 İyun

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

12:22
19 İyun

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

12:01
19 İyun

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

12:01
19 İyun

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib  

12:00
19 İyun

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq  

11:59
19 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:53
19 İyun

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

11:47
19 İyun

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

11:43
19 İyun

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

11:39
19 İyun

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq  

11:33
19 İyun

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb 

11:29
19 İyun

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır  

11:24
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

11:16
19 İyun

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

11:13
19 İyun

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib  

11:12
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!