18 İyun 2026 08:05
291
SİYASƏT
A- A+
Haylar ağıllanaraq real düşünməyə başlayıblar

Haylar ağıllanaraq real düşünməyə başlayıblar


Nağıllar həmişə şirin və maraqlı olurlar.

Çünki onlar reallığa yox, istək və arzulara söykənirlər.

MƏSƏLƏN:

* Nağıllarda keçəl şaha qalib gəlir, hətta onun qızını alır.

* Bir nəfər igid yeddibaşlı əjdahanın başlarının hamısını kəsərək çayın qabağını açır, insanları susuzluqdan qurtarır.

* Məlikməmməd divə qalib gələrək onun boynunu vurur və s.

Lakin bunların hamısı nağıldır!

Həyat isə reallıqlardan, gerçək hadisələrdən ibarətdir!

Nağılla həyatın, reallıqla xülyanın yerlə göy qədər fərqi olur!

Odur ki, röyalar aləmində deyil, əsl gerçəklikdə baş verənlərin mahiyyətini dərk etməyənlərin acınacaqlı məğlubiyyətlərə düçar olacaqları qaçılmazdır!

Adətən, nağıllara uşaqlar inanırlar, maraqla qulaq asırlar...

Böyüklər isə ağılla düşünməyi, öz güclərini və imkanlarını doğru-düzgün qiymətləndirməyi bacarmalıdırlar!

Xüsusən dəyişən dünyadakı yenilikləri dərk və qəbul etməyin zərurətini də anlamalıdırlar!

***

Hər bir milləti digərlərindən fərqləndirən fərdi xüsusiyyətlər olur.

Bu xüsusiyyətlər onların mayasında yerləşir və nəsildən-nəslə ötürülür.

Hayların fərdi və fərqli xüsusiyyətləri onların xəyanətə meyilliliyidir.

Zaman-zaman bu xüsusiyyətin şahidinə çevrilmişik.

Türkiyədə yerləşərək uzun müddət burada yaşayan və dövlətin yaratdığı bütün imkanlardan lazımınca bəhrələnən haylar xalqın ən ağır günündə - müharibə apardığı bir vaxtda ona xəyanət edərək üsyana qalxdılar.

Öz təhlükəsizliyini qorumaq üçün düşmənlə əlbir olaraq arxadan onların kürəyinə bıçaq saplayan erməniləri köçürmək barədə qərar qəbul edən Türkiyə dövləti bununla öz təhlükəsizliyini təmin etmiş oldu!

Ermənilərin hamisi sayılan Rusiya dostlarını çətinlikdə qoymamaq üçün onları Cənubi Qafqazda, Azərbaycana məxsus torpaqlarda yerləşdirməyə başladı.

"Kürəkçay" (1805-ci il), "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələri əsasında baş tutan bu yerləşdirmə nəticəsində əvvəlcə 40 min erməni, I Dünya müharibəsi dövründə isə daha 250 mindən çox erməni bu əraziyə gətirildi.

Sovet Rusiyası da çar Rusiyasının "yerləşdirmə" planını davam etdirdi.

SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı dədə-baba yurdlarından Azərbaycan SSR ərazisinə deportasiya edildi.

Onların yerinə isə xaricdə yaşayan ermənilər gətirildi.

7 iyul 1923-cü ildə heç bir zərurət olmadan Azərbaycan ərazisində DQMV adlı saxta bir qurum yaradıldı.

Bununla da ölkəmiz ərazisində sonralar sürətlə cücərərək artan separatçılıq toxumu basdırılmış oldu!

Ermənilər öz ağalarının bu yaxşılıqlarının əvəzini çıxmaqdan ötrü daim canfəşanlıq etdilər, əslində, bütün bunlarla forpost dövlətə və "əlaltı xalqa" çevrilmiş oldular.

Rusiyanın məqsədi isə "maşa millət" vasitəsilə daim Azərbaycanı təzyiq altında saxlamaq və onun karbohidrogen ehtiyatlarına sahiblik etmək idi.

Hər dəfə Azərbaycan müstəqilliyə nail olmaq, müstəqil dövlət yaratmaq fikrinə düşəndə Rusiya "erməni kartı"ndan istifadə edir, "Qarabağ problemi"ni yenidən qızışdıraraq Azərbaycana təzyiq və təsir göstərirdi.

Ötən əsrin 90-cı illərində qırmızı imperiya laxlayaraq dağılmağa başlayanda Azərbaycan xalqı dövlət müstəqilliyini yenidən bərpa etmək niyyətinə düşdü.

Yenə köhnə ssenari işə salındı, "Qarabağ problemi" gündəmə gətirildi.

Bu dəfə məsələ daha ciddi idi...

Çünki Azərbaycan tam müstəqil siyasət yeritmək, yeraltı və yerüstü sərvətlərinə sahiblik etmək fikrində qətiyyətli görünürdü.

Rusiya da qətiyyətli hərəkət etdi!

Ermənistan ərazisində yerləşən 102-ci bazası vasitəsilə hayları silahlandıraraq Azərbaycan ərazilərinin işğalına təhrik etdi.

Hərbi əməliyyatlarda Rusiyaya məxsus 366-cı hərbi alayla bərabər 102-ci bazanın hərbi kontingenti də yaxından iştirak edirdi.

Beləliklə, ermənilər dinc azərbaycanlıları doğma yurdlarından zorakılıqla, vəhşiliklər və soyqırımları törətməklə qovaraq Dağlıq Qarabağla bərabər həmin quruma daxil olmayan yeddi rayonu da ələ keçirərək 27 il ərzində işğalda saxladılar.

Həmin dövrdə Azərbaycan xalqının həqiqi rəhbərindən, Ulu Öndər Heydər Əliyevdən ayrı düşməsi, ölkəyə maymaq, qorxaq, səriştəsiz və təcrübəsiz insanların başçılıq etməsi torpaqların müdafiəsinin təşkilinə imkan vermədi, müxtəlif xəyanət əməlləri xalqımıza baha başa gəldi!

Daim özgə ağzı ilə hürən ermənilər isə Azərbaycan ərazilərinin 20 faizini ələ keçirmələrindən eyforiyaya düşdülər...

Özlərini "məğlubedilməz xalq", "məğlubedilməz dövlət", ordularını isə "məğlubedilməz ordu" adlandıraraq işğal etdikləri ərazilərdə olmazın vəhşiliklərini və vandallıqlarını törətdilər.

Evləri dağıdaraq tikinti materialları kimi İran bazarlarında satıb pula çevirdilər, meşələri, bağları qıraraq ekosid törətdilər, mədəni və dini abidələri dağıtdılar, məscidlərimizi təhqir etdilər, qəbiristanlıqlarımızı şumlayaraq başdaşlarını oğurlayıb apardılar, işğal ərazilərini xarabalıqlara, "ruhlar şəhəri"nə çevirdilər...

Erməni azğınlığı o səviyyə çatdı ki, bu millətdə bir özünəvurğunluq yarandı.

"Artsax" adlı qondarma qurum, saxta parlament yaratdılar, Azərbaycandan qoparaq "müstəqil dövlət" olmaq, sonra isə Ermənistana birləşmək fikrinə düşdülər...

Münaqişənin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun saxta və riyakar fəaliyyəti, həmsədr dövlətlərin işğalı əbədiliyə çevirmək niyyəti ermənilərə qol-qanad verirdi, onlar sülhə gəlmək, torpaqlarımızı dinc yolla qaytarmaq istəmirdilər, hətta bizi "yeni ərazilərin işğalı" ilə hədələyirdilər...

Haylar müvəqqəti uğurlardan eyforiyaya qapılsalar da, əslində, acınacaqlı duruma düşmüşdülər:

* Qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan blokadaya salınmış, iqtisadiyyatı pozulmuş, işsizlik və yoxsulluq əhalini dilənçi vəziyyətinə gətirmiş, əmək qabiliyyətli insanların böyük hissəsi iş dalınca başqa ölkələrə getmişdilər.

* Dağlıq Qarabağı heç kəs müstəqil dövlət kimi tanımadı...

* "Qalib dövlət" iqtisadi cəhətdən acınacaqlı duruma yuvarlandı...

* Vassala çevrilən Ermənistan isə müstəqil dövlət ola bilmədi!

Azərbaycan isə güclənməkdə, özünə qüdrətli ordu yaratmaqda, dünyada siyasi çəkisi artmaqda və mövqeyi güclənməkdə idi!

"Qarabağ Ermənistandır və nöqtə" söyləyən, sülhə gəlmək istəməyən Ermənistanın cəzalandırılması zamanı çatdı!

Dövlət başçısı cənab İlham Əliyev hamının çoxdan həsrətlə gözlədiyi "İrəli!" əmrini verdi!

***

Otuz ilədək davam edən işğala 44 gündə son qoyuldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə düşmənə bir-birinin ardınca ağır və sarsıdıcı zərbələr endirildi!

Hər gün televiziya vasitəsilə xalqa müraciət edən cənab İlham Əliyev yeni yaşayış məntəqələrinin azad edildiyi, Azərbaycan Ordusunun növbəti zəfəri barədə müjdə verirdi.

"Məğlubedilməz" erməni ordusu fərarilər yığnağına çevrilirdi, İlham Əliyevin tətbiq etdiyi yeni taktika və strategiya təkcə hayları deyil, onların havadarlarını da çaş-baş vəziyyətə salmışdı!

Ermənistan ordusunu xilas etmək üçün göstərilən bütün diplomatik səylər puça çıxdı!

Düşmən qoşunlarının ərazilərimizdən çıxarılma qrafiki təqdim edilməyənədək Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatları dayandırmadı!

İnformasiya müharibəsi də bu cəbhədə təkbaşına döyüşən İlham Əliyevin şanlı qələbəsi ilə başa çatdı! 

Üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl etmək istəməyən düşmən daha iki dəfə cəzalandırıldı.

2023-cü ildə hərb tariximizə düşən daha iki hərbi əməliyyat keçirildi:

* 23 apreldə Həkəri çayı üzərindəki post ələ keçirilərək Laçın dəhlizi əbədilik qapadıldı;

* 19-20 sentyabrda cəmi 23 saat davam edən tədbirlər nəticəsində düşmən ordusunun tör-töküntüləri və terrorçu dəstələri ağ bayraq qaldıraraq təslim oldular!

* Nəticədə, Azərbaycan qanunları ilə yaşamaq istəməyən Ermənistan vətəndaşları ölkə ərazisini dinc şəkildə tərk etdilər!

* Bir il sonra isə Rusiya sülhməramlı qüvvələri mahnı oxuya-oxuya Qarabağdan çıxıb getdilər!

Beləliklə, Azərbaycan öz ərazisində bir nəfər belə separatçının və əcnəbi əsgərin olmadığı dövlətə çevrildi!

44 günlük Zəfər müharibəsinin yaratdığı digər möhtəşəm dəyişikliklər isə Ermənistanda baş verdi!

***

Hərbi qüdrətini və diplomatik imkanlarını 44 gün ərzində bütün parlaqlığı ilə göstərən qalib Azərbaycan sonrakı addımlarını sülh şəraitində atdı.

* Ermənistanı qarşısında diz çökdürərək ona kapitulyasiya aktını imzalatdıran bir dövlət sülh təşəbbüsü ilə çıxış edərək sülhün şərtlərini irəli sürdü.

* Xüsusi komissiya yaradaraq delimitasiya və demarkasiya prosesinə başladı.

* Vasitəçilərin tərəf tutduqlarını görərək onlardan imtina edib birbaşa danışıqlara üstünlük verdi.

* 8 avqust 2025-ci ildə ABŞ prezidenti D.Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı.

* Ən fərsiz və bacarıqsız bir qurum kimi ATƏT-in Minsk qrupu tarixin qara arxivinə verildi.

* Zəngəzur dəhlizinin TRIPP adı ilə yaradılaraq fəaliyyətə başlaması barədə qərar qəbul olundu.

"Dəmir yumruğ"un sarsıdıcı zərbəsi, 44 günlük müharibədən sonra baş verən proseslər, Ermənistanın daha KTMT-dən və Rusiyadan hərbi dəstək ala bilməyəcəyini dərk etməsi, qonşularla müharibə vəziyyətində olmağın və blokadada qalmağın faciəvi sonluğa gətirəcəyini gözəl anlayan baş nazir Paşinyan, nəhayət, real vəziyyəti dərk etdi!

Xalqına əsl həqiqəti anlatmaq üçün ona başa düşəcəyi tərzdə müraciət etdi:

- Biz "böyük Ermənistan" xülyası ilə yaşamaqda davam etsək, "real Ermənistanı" da itirəcəyik!

Əgər Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatları davam etdirərək onu Ermənistan ərazisinə keçirsəydi, artıq bu proses baş verəcəkdi...

Lakin cənab İlham Əliyev açıq şəkildə bəyan etdi:

- Bizim özgə torpaqlarda gözümüz yoxdur!

Və "dəmir yumruğ"u əvvəlkindən də güclü vəziyyətə gətirərək hazır vəziyyətdə saxladı!

Bu gün Ermənistanda yaşayan və ağlı başında olan hər kəs Azərbaycanın gücünü də, imkanlarını da, habelə Cənubi Qafqazda yaranmış yeni reallıqları da qədərincə başa düşür.

Habelə Ermənistanın alət millət, forpost dövlət olduğunu da dərindən anlayır!

Çıxış yolu Azərbaycanla sülhdə, Türkiyə ilə sərhədlərin açılmasında, bölgədə yeni əməkdaşlığa başlanılmasındadır.

Ermənistanda keçirilən sonuncu seçkilər bu mənada bir sınaq oldu!

7 iyun seçkilərində rusiyapərəstlər də, revanşistlər də, Azərbaycanla sülh tərəfdarları da təmsil olunurdular.

Sülh tərəfdarları Paşinyana səs verdilər.

Bu isə təqribən seçicilərin yarısı deməkdir!

Deməli, erməni xalqının xeyli hissəsi ağıllanıb və sülhün qədrini bilməyə başlayıb.

Yaxud, başqa cür desək, artıq ermənilərin yarısı anlayıb ki, Azərbaycanla qarşıdurma, yeni müharibə onlar üçün fəlakətli olar!

Ya zəlzələdən, ya da vəlvələdən: deməli, Qarabağı uzun illər özlərininki hesab edənlər artıq anlayıblar ki, Qarabağın əsl sahibi kimdir!

Ən nəhayət, qisas niyyətinə düşsələr, təkcə ordularını yox, dövlətlərini də itirə bilərlər!

Uzun müddət "hazırına nazir olanlar", özgələrinin əli ilə başqalarının torpaqlarına sahib çıxmaq istəyənlər artıq görürlər ki, daha kimsə onların yerinə döyüşmək istəmir və döyüşməyəcəkdir!

Təkbətək müharibədə isə Azərbaycana gücləri çatmayacaqdır!

Nə qədər revanşist çağırışlar eşidilsə də, məsələ qarşı-qarşıya döyüşdə həll olunmalıdır!

Silahları bol olsa da, onları işlədən əsgərləri çatmır.

Üstəlik, 44 günlük Zəfər müharibəsində Azərbaycan əsgərinin və silahının qüdrətindən qorxaraq fərariyə çevrilən ordu ilə hansısa uğur qazanmaq boş ümiddir.

Revanşistlər dayanmadan hürsələr də, quyruqlarını da bulayırlar!

Çünki Azərbaycandan qorxurlar!

Bu qorxu onları ayıq başla düşünməyə vadar edir.

Bu qorxu həm də seçkilərin nəticəsinə də təsir göstərir!

***

Ermənistanda keçirilən 7 iyun seçkiləri hayların sürətlə ağıllanmağa, mövcud reallıqları dərk və qəbul etməyə başladıqlarının sübutu oldu.

Bu, Cənubi Qafqazda sülh və əməkdaşlıq qurmaq təklifi ilə çıxış edən N.Paşinyanın partiyasının topladığı səsdən aydın görünür.

Doğrudur, hələlik bu səslər seçkilərdə iştirak edənlərin 50 faizini təşkil edir.

Lakin nəzərə alsaq ki, yaxın keçmişdə həm Ermənistanda, həm də Azərbaycan ərazisində yaşayan ermənilər "miatsum" deyə bağırırdılar və bu bağırtıların arxasında isə Azərbaycan ərazisində yaradılmış qondarma "respublika"nın və onun ərazisinin Ermənistana birləşdirilməsi istəyi dururdu, onda əlli faizlik dəyişikliyin heç də kiçik rəqəm olmadığını görərik.

Əvvəla, hayları düz yola İlham Əliyevin "dəmir yumruğ"u gətirdi!

44 günlük müharibədə və ondan sonrakı dövrdə baş verənlər aydın şəkildə göstərdi ki, Azərbaycan hərbi, siyasi və diplomatik cəhətdən o qədər güclənib ki, nəinki ondan torpaq qoparmaq, hətta təhdid dili ilə danışmaq belə təhlükəlidir!

İkincisi, ermənilər daha kiminsə onların yerinə döyüşərək özgə torpaqlarını alıb ərazilərini genişləndirəcəklərinə ümid bəsləməməlidirlər.

Çünki heç bir dövlət Azərbaycanla açıq münaqişəyə və müharibəyə girişməyəcək, həm də özü "hərbi bataqlığa" batdığından başı hayındadır.

Üçüncüsü, dərk ediblər ki, bu torpaq oyunlarında dövlətə başçılıq edənlər və generallar var - dövlət və sərvət toplayırlar, sadə camaat isə oğlanlarını qurban verir!

Belədə, əsgərlik yaşına çatanları götü-rüb xaricə qaçmağı üstün tuturlar.

Sonda ən böyük həqiqəti onlara hazırkı rəhbərləri N.Paşinyan başa saldı.

Beş il bundan qabaq Xankəndidə sərxoş olaraq "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan "dəmir yumruğ"un zərbəsindən ayılaraq və ağıllanaraq "Artıq Ermənistan üçün "Qarabağ hərəkatı" səhifəsi bağlanmışdır" söyləyir.

"Biz "böyük Ermənistan" xülyası ilə yaşasaq, "real Ermənistan"ı da itirəcəyik" - deyir!

Əslində, "Qarabağ hərəkatı səhifəsini" Müzəffər Ali Baş Komandan İlham Əliyev bağlamışdır, özü də həmişəlik! 

Bu gün sülh təklifi ilə çıxış edən Azərbaycan Prezidenti həm də daim xatırladır:

"Dəmir yumruq" hazır vəziyyətdədir!

Hadisələrin gedişi göstərir ki, növbəti dəfəki seçkidə ağıllanan hayların sayı 

50 faizi keçərək yüzə çatacaqdır!

Bunu həm də mövcud reallıq və dünyada gedən proseslər zəruri edir!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur  

12:20
18 İyun

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!