21 Noyabr 2025 08:50
2115
Elm və texnika
A- A+
Kiçik sözün böyük təsiri

Kiçik sözün böyük təsiri


Bir salam ən böyük anlaşılmazlıqları həll edə bilər


Hər il noyabrın 21-də dünyanın 180-dən çox ölkəsində qeyd edilən Ümumdünya Salam Günü bəşəriyyətə sadə, amma dərin bir mesaj verir: sülhün bünövrəsi böyük bəyanatlar deyil, insanların bir-birinə "salam" deməsindən başlayır. Bu günün tarixi 1973-cü il Yom Kippur müharibəsindən sonra amerikalı qardaşlar Brayn və Maykl MakKormak tərəfindən sülh çağırışına dəstək kimi yaranıb. Onlar hesab edirdilər ki, diplomatiya savaşın alternatividir və ən kiçik jest belə qarşılıqlı anlaşmanı gücləndirə bilər. Gündəlik həyatımızda çox adi görünən salamlaşma mədəniyyəti, əslində, fərdləri yaxınlaşdıran, gərginlikləri azaldan və ünsiyyətə yol açan mühüm sosial körpüdür.

"Salam" sözü bir çox dildə qapalı qalan münasibət qapılarını açan ilk açardır. Azərbaycan cəmiyyətində salamlaşma həm də dərin mədəni köklərə malikdir. Türklərdə "selam", ərəblərdə "salam", iranlılarda "səlamat" deyilişi eyni kökdən gəlir və "əmin-amanlıq, təhlükəsizlik, xeyir-dua" mənalarını daşıyır. Ölkəmizdə böyüyə salam verilmədiyi zaman bu, təkcə ədəbsizlik kimi deyil, həm də qarşıdakının varlığını görməmək, ona hörmət göstərməmək kimi qiymətləndirilir. Yəni bir salam nəzakət qaydası olmaqla yanaşı, sosial harmoniyanın da vacib elementidir.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanların əlaqə qurmasını asanlaşdırsa da, yaxın ünsiyyətin azalmasına, salamlaşmanın formal bir ifadəyə çevrilməsinə səbəb olub. Bir çox halda mesajlarda göndərilən qısa "salam" yazısı, qarşılıqsız görünən emojilər və ya avtomatik cavablar insan münasibətlərindəki səmimiliyi əvəz etmir. Halbuki salamlaşma göz kontaktı, səs tonu və bədən dili ilə birlikdə insanlara "səni görürəm, səni qəbul edirəm və sən mənim üçün əhəmiyyətlisən" mesajını ötürür. Bu, psixologiyada "tanınma ehtiyacı" adlandırılan sosial və emosional tələbatın qarşılanmasında mühüm rol oynayır.

Ümumdünya Salam Gününün universal çağırışı məhz budur: insanlar müxtəlif dillərdə, fərqli cəmiyyətlərdə, hətta ziddiyyətli mövqelərdə olsalar belə qarşılıqlı hörmət və dialoqun başlaması üçün ilk addımı ata bilərlər. Sülh yalnız dövlət adamlarının imzaladığı sazişlərlə deyil, gündəlik həyatda mənəvi körpülərin qurulması ilə möhkəmlənir. İş yerində səhər bir-birini salamlayan həmkarlar arasında əməkdaşlıq daha rahat formalaşır. Məktəbdə müəllimin şagirdə, şagirdin müəllimə salam verməsi qarşılıqlı etimadı artırır. Hər dəfə bir insana salam verməklə onun gününə kiçik, amma müsbət təsir göstərmək mümkündür.

Bu günün mahiyyəti həm də sosial parçalanmanın qarşısını almaqdır. Dünyanın bir çox ölkəsində müxtəlif səbəblərlə siyasi, dini, etnik və ya sosial gərginliklər yaranır. İnsanlar bəzən bir-birini tanımadan, bir kəlmə kəsmədən düşmən kimi qəbul edirlər. Halbuki sosiologiya araşdırmaları göstərir ki, sadə salamlaşma belə insanlar arasında empatiyanı artırır, "biz" və "onlar" ayrımını zəiflədir.

"Salam" sözünün təsir dairəsi təkcə sosial münasibətlərlə məhdudlaşmır. Bu söz insan psixologiyasında sakitlik oyadır, beyində müsbət emosiyalarla bağlı olan sistemləri aktivləşdirir. Psixoloqlar qeyd edirlər ki, salamlaşarkən gülümsəmək və göz kontaktı yaratmaq sosial bağlılıq hormonları olan oksitosin və serotonin səviyyəsini yüksəldir. Bu hormonlar insanın həm özünün, həm də qarşı tərəfin emosional tonunu yüngülləşdirir, stressi azaldır. Buna görə də bir çox korporativ mədəniyyətdə işçilərin günə salamlaşma ilə başlaması xüsusi vurğulanır.

Ümumdünya Salam Günü həm də bir xatırlatmadır. Bəşəriyyətin ən böyük çağırışı qarşıdurmalar deyil, qarşılıqlı anlaşma yaratmaqdır. Mədəniyyətlərarası dialoq yalnız böyük konfranslarda deyil, gündəlik həyatda qurulur. Avtobusda yanımızda oturan insana, mağazada kassirə, liftdə qonşuya, məktəbdə şagirdə və ya müəllimə deyilən kiçik bir salam cəmiyyətdə bir-birinə hörmət mədəniyyətinin formalaşmasına xidmət edir.

Azərbaycan cəmiyyəti üçün salamlaşmanın xüsusi mənası var. Müharibələr yaşamış, torpaq itkisi və qayıdış sevinci ilə sınaqlardan keçmiş xalq olaraq biz sülhün və qarşılıqlı anlaşmanın dəyərini yaxşı bilirik. Ən çətin dönəmlərdə belə insanlar bir-birinə "salam-əleyküm" deyərək həm ümid, həm də birliyə inam ifadə ediblər. Bu gün isə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dialoq və əməkdaşlıq çağırışının güclənməsi salamlaşmanın sadə formasından başlayır. Bəzən bir insanın həyatında ən böyük dönüş nöqtəsi onunla mehriban salamlaşan bir yad adam ola bilir. Bir salam bəlkə də bütün dünyanı dəyişməz, amma salam verdiyin insanın dünyasını dəyişə bilər.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!