26 Noyabr 2025 16:59
5009
Elm və texnika
A- A+
Terminologiya elminə dəyərli töhfə  

Terminologiya elminə dəyərli töhfə  


AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru professor Sayalı Sadıqovanın “Azərbaycan terminologiyasının nəzəri əsasları” monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan terminologiyasının tədqiqi tarixi və inkişafı, terminologiyanın ümumi nəzəri problemləri, anlayışların definitivləşməsi, terminlərin yaranma prosesi, dillərin qarşılıqlı zənginləşməsi, alınmalar və beynəlxalq terminlərin səciyyəvi xüsusiyyətləri, beynəlmiləl terminlərin yaranma mənbələri və dildə mənimsənilmə və standartlaşma problemləri araşdırılıb. Əsərdə Azərbaycan dilində termin yaradıcılığının istiqamətləri müəyyənləşdirilir, dildə meydana gələn proseslər izlənilir, yeni terminlərin yaranma mənbələri, Azərbaycan dilində terminologiyanın inkişaf meyilləri müəyyənləşdirilir, termin yaradıcılığının mənbə və üsulları dəqiqləşdirilir, leksik-semantik, morfoloji, sintaktik və kalka yolu ilə yaranan yeni terminlərin xüsusiyyətləri müəyyənləşdirilir. Həmçinin avropamənşəli alınma terminlərin təsnifatı, onların alınma amilləri, genealoji tərkibi şərh olunur. Monoqrafiyada beynəlmiləl terminlər, onların struktur-semantik xüsusiyyətləri, qoşa terminlər, terminologiyada alınmaların leksik-funksional paralelliyi, Azərbaycan dilində alınma terminlərin semantikası məsələləri tədqiq edilib.

Azərbaycan dilinin daxili imkanları əsasında yaranan terminlərin terminoloji bazanın əsas hissəsini təşkil etməsi, dillərin qarşılıqlı zənginləşməsində qohum və qohum olmayan dillərin əlaqəsi, həmçinin beynəlmiləl və alınma terminlər nəzəri aspektdə tədqiqata cəlb edilib. Terminlərin alınmasını şərtləndirən səbəblər, dünya dillərində alınma terminlərin yaranma mənbələri, terminlərin alınma yolları təyin edilir, Azərbaycan dilində alınma terminlər mənşəyinə görə qruplaşdırılır.

Monoqrafiyada Azərbaycan terminologiyasının struktur-genetik xarakteristikası verilib, elmi dilin spesifik cəhətləri, terminologiyada baş verən semantik proseslər, Azərbaycan dilində terminləşmənin yolları və aktual linqvistik problemlər öz həllini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!