04 Dekabr 2025 08:05
927
CƏMİYYƏT
A- A+
Şanlı Zəfərdən böyük quruculuğa

Şanlı Zəfərdən böyük quruculuğa


2020-ci ildə 44 günlük Qarabağ  müharibəsi Zəfərlə başa çatdıqdan, Qarabağ Ermənistan işğalından azad edildikdən və respublikanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra ölkəmizdə dağıdılmış infrastrukturun bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Qarabağın və Şərqi Zəngəzurun firavan və xoş güzəranının bərqərar olduğu mərkəzə çevrilməsi üçün quruculuq və yenidənqurma işlərinə başlanıldı. 

Bu tarixi prosesin ilk günlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində demişdir: "Böyük qayıdış başlayır, bütün bərpa işlərinə başlanılıb. Əminəm ki, biz düşməni cəmi 44 gündə öz torpaqlarımızdan qovduğumuz kimi, tarixi torpağımızı - Qarabağımızı da ən qısa müddətdə bərpa edəcəyik".

Tarixin arxada qoyduğu 5 il göstərdi ki, Azərbaycan xalqının güclü lideri İlham Əliyevin bu sözləri sadəcə bir vəd olaraq qalmayıb. Bilavasitə dövlət başçısının rəhbərliyi ilə işlənib hazırlanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın qəbulundan sonra Qarabağ və Şərqi Zəngəzurda ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənməyə, şəhər və kəndlər yenidən tikilməyə, infrastruktur layihələri reallaşmağa, yollar inşa edilməyə, yeni elektrik stansiyaları istifadəyə verilməyə, istehsal müəssisələri yaradılmağa başlanıldı və nəhayət, məcburi köçkünlərin mərhələli şəkildə yenidən doğma yurdlarına dönüşünə start verildi. Əlbəttə, bütün bu proseslər - böyük miqyas almış tikinti və quruculuq işləri regionun müasirləşməsində əsas rol oynayan Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında həyata keçirilir.

Azərbaycanın 30 il işğal altında qalmış torpaqları bu illər ərzində "vəhşi tayfalar" - haylar tərəfindən amansızcasına tar-mar edilmiş şəhər və kəndlər tamamilə viran qoyulmuşdu. Tarixi abidələr, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları xarabalığa çevrilmişdi. 

Azərbaycan Prezidenti İlham Əliyevin strateji düşüncəsinin bəhrəsi olan  möhtəşəm layihələr və onların həlli sürətlə gerçəkləşir. Dövlət başçısı bu ilin fevralında müsahibəsində böyük qürur hissi ilə qeyd etdi ki, "Azərbaycan 2021-ci ildən Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayırıb". Görülən işlər böyük miqyası əhatə edir. Xatırladaq ki, su-elektrik stansiyaları Qarabağ və Şərqi Zəngəzurda  əsas yer tutur. Bölgədə ümumi 280 meqavat gücündə 30 kiçik su-elektrik stansiyası artıq istismara verilib. Yeni kənd və qəsəbələr, şəhərlər öz doğma sakinlərinə 35 illik fasilədən sonra qucaq açıb. İşğaldan azad edilmiş ərazilərimizdə 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə indiyədək 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzura bu il noyabr ayının 1-dək 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin olunub. Buradakı bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxsləri və Qarabağ Universitetində təhsil alan tələbələri də nəzərə alsaq, hazırda işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı təxminən 62 min nəfər təşkil edir. Bu proses yüksək səviyyədə davam edir.

Böyük qayıdış proqramının əsas bəndlərindən biri nəqliyyat infrastrukturunun bərpası və inkişafı layihələridir. Müasir yolların, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi prioritetlərdən biri kimi gündəmdədir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilk olaraq yolların salınmasından, enerji ilə təminatdan başlayıb. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda erməni vandalizminə məruz qalan ərazilərdə təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihələrin sayı 44, yolların ümumi uzunluğu isə 3 min 40 kilometr təşkil edir. Ötən illərdə 6 avtomobil yolunun tikintisi başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.

Son 5 ildə bu ərazilərdə həyata keçirilən nəqliyyat layihələri həm miqyasına, həm sayına görə bir daha Azərbaycan dövlətinin qüdrətini, əzmini nümayiş etdirir. Ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat infrastrukturu ilə bağlı 60 layihə üzrə 3501,6 kilometr uzunluğunda yolun tikintisinə başlanılıb. Bu layihələrdən 16-sı tam, 1-i isə qismən sona çatıb. 

Zəngilan, Füzuli və Laçında beynəlxalq hava limanlarının inşasını da xüsusi qeyd etməliyik. Dəmir yollarına gəldikdə Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti isə tam istifadəyə verilib. 

Prezident İlham Əliyev cari ilin əvvəllərində yerli televiziya kanallarına müsahibəsində demişdir: "Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su-elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".

Son illərdə istifadəyə verilmiş obyektlərin qısa siyahısına nəzər salanda aydın olur ki, Böyük qayıdış proqramı çərçivəsində qısa müddətdə bir çox hədəf dəf olunub. Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sektorunda müstəsna əhəmiyyət daşıyan hava limanları, demək olar ki, fəaliyyətə başlayıb: 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, 2022-ci ildə prezidentin açılışını etdiyi Zəngilan Beynəlxalq Hava Limanı və bu il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilmiş  Laçın Beynəlxalq Hava Limanı.

Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsində şəhərsalma, ekologiya və infrastruktura innovativ yanaşmalarla bağlı tələblərə  ciddi şəkildə əməl edilir. Dayanıqlı inkişaf konsepsiyası çərçivəsində "yaşıl enerji" və rəqəmsal texnologiyalar prinsiplərinə əsaslanan "ağıllı şəhər" və "ağıllı kənd"lərin tikintisi uğurla davam etdirilir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!