29 Noyabr 2025 08:00
4479
İQTİSADİYYAT
A- A+
Özəl sektor ölkə iqtisadiyyatının əsas gücünə çevrilir

Özəl sektor ölkə iqtisadiyyatının əsas gücünə çevrilir


"Scandens Pharmaceutical Industries Ltd" MMC və "AZWOOL" mineral daş yunu zavodu yalnız bir həftədə açılan özəl müəssisələrdir


Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının modernləşməsi və rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Həyata keçirilən islahatlar, təkmilləşən vergi sistemi, "bir pəncərə" və elektron xidmətlərin genişləndirilməsi, eləcə də Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditləri biznes mühitinin dinamik münbitləşməsinə şərait yaradır. 

Kiçik və orta sahibkarlığın dəstəklənməsi məşğulluğun artırılmasına, regional inkişafın sürətlənməsinə və innovativ biznes modellərinin formalaşmasına da təkan verir. Baxmayaraq ki, hələ də  maliyyə resurslarına çıxışın çətinliyi, infrastruktur problemləri və bəzi sahələrdə rəqabətin yetərincə formalaşmaması kimi maneələr mövcuddur, amma müsbət irəliləyişləri danmaq olmaz. Sahibkarlığın gələcək inkişaf perspektivləri üçün rəqəmsallaşmanın genişlənməsi, startap ekosisteminin güclənməsi və innovasiyaların tətbiqi ilə bağlı yeni imkanların açılması bunun təsdiqidir. Azərbaycanda sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstəyin də rolunu diqqətdən qaçırmaq olmaz. 

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, güclü sahibkarlıq subyektinin formalaşdırılması ölkənin iqtisadi inkişaf strategiyasının əsas dayaqlarından biridir. Dövlət başçısının sahibkarlığın dəstəklənməsi ilə bağlı səsləndirdiyi fikirlər, qəbul etdiyi qərarlar və həyata keçirilən proqramlar bir daha göstərir ki, biznes mühitinin yaxşılaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafı Azərbaycan siyasətinin prioritet istiqamətlərindəndir. Prezident səviyyəsində sahibkarlığın inkişafına verilən dəstək həm dövlət qurumlarının fəaliyyətində, həm də sahibkarlar üçün yaradılan geniş imkanlarda öz əksini tapır və bu sahənin davamlı inkişafına stimul verir. Qeyri-neft sektorunun şaxələndirilməsi və davamlı inkişafı istiqamətində aparılan tədbirlər nəticəsində ölkədə yeni istehsal sahələri yaradılır və bu sahələr yalnız iqtisadiyyatın müxtəlifliyini təmin etmir, eyni zamanda ölkənin iqtisadi inkişafında sahibkarlığın rolunu artırır.

Bunun real nəticəsini Prezidentin iki gün öncə AZWOOL mineral daş yunu zavodunun açılışında şəxsən iştirak etməsi təsdiq edir. Bakının Qaradağ rayonunda  fəaliyyətə başlayan AZWOOL mineral daş yunu zavodu "Matanat-A" şirkətinə məxsudur. Ərazisi 10 hektar olan zavodda ABŞ, Almaniya və Türkiyədən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb. Müəssisənin illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur və məhsullar, əsasən, yerli xammaldan hazırlanır. Layihənin investisiya dəyəri 43 milyon manatdır. Onun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat həcmində güzəştli kredit ayrılıb. Bundan əlavə, zavod investisiya təşviqi sənədi vasitəsilə texnika və texnoloji avadanlıqların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Hazırda müəssisədə 180 iş yeri yaradılıb.

Özəl sektora aid müəssisələrin açılışlarında Prezident İlham Əliyevin iştirakı sahibkarlığın iqtisadi inkişafdakı əhəmiyyətini və dövlət tərəfindən ona verilən yüksək dəyəri göstərir. Üstəlik də sahibkarlar üçün motivasiya rolunu oynayır, iş adamlarını gələcək layihələrə sərmayə qoymağı təşviq edir və ölkədə rəqabətqabiliyyətli, modern sahibkarlıq mühitinin möhkəmlənməsinə stimul verir və innovativ istehsalın genişləndirilməsi sahəsində atılan addımların əhəmiyyətini üzə çıxarır. Bu, yalnız dövlətin biznes subyektlərinə dəstəyini nümayiş etdirmir, həm də ölkədə sahibkarların sahibsiz olmadıqlarını təsdiqləyir. Bunun sayəsindədir ki, məsələn, AZWOOL zavodunda quraşdırılan  müasir avadanlıqlar, illik yüksək istehsal gücü və yaradılan yeni iş yerləri, eləcə də investisiya təşviqi mexanizmlərindən istifadə edilməsi sahibkarlığın dayanıqlı inkişafına və innovativ texnologiyaların tətbiqinə imkan verib.  

Yeri gəlmişkən, bir həftə əvvəl Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisəsinin də açılış lentini kəsmişdir. Beynəlxalq standartlara uyğun layihələndirilən bu müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Dəyəri 74 milyon manat olan bu layihə də özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib. Bu o deməkdir ki, dövlət sahibkarların biznes mühitinin daha da əlverişli olmasına şərait yaradır. Belə yanaşma yeni iş yerlərinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və ölkənin ixrac potensialının gücləndirilməsinə imkan verir. Eyni zamanda sahibkarların risklərini azaltmaqla, investisiyaların cəlb edilməsini sürətləndirir və iqtisadiyyatın şaxələndirilməsinə yol açır.

Müasir texnologiyalar əsasında qurulan müəssisələr, yaradılan yeni iş yerləri və innovativ istehsal imkanları sahibkarların təşəbbüsləri ilə əhalinin məşğulluğunu artırır və ölkənin rəqabət qabiliyyətini gücləndirir. "Scandens Pharmaceutical Industries Ltd" MMC və AZWOOL mineral daş yunu zavodu yalnız son bir həftədə açılan müəssisələrdir. Amma təbii ki, onlar nə birincidir, nə də sonuncu.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!