21 Noyabr 2025 08:00
3288
SİYASƏT
A- A+
33 illik şərəfli yol

33 illik şərəfli yol


Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP zəfər partiyasına çevrilib


Tarix 21 noyabr 1992-ci il. 

Müstəqil Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biri...

Məhz həmin gün, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür.

Müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyət Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxaran, vətəndaş müharibəsinin qarşısını alan, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyan və atəşkəs rejiminin tətbiqinə nail olan fenomenal liderdir. Xalqımızın taleyində xilaskarlıq missiyasını şərəflə yerinə yetirən Ulu Öndər Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 

Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün sıralarında 744 334 nəfəri birləşdirməklə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. 

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası 33 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixinin ən mürəkkəb və keşməkeşli dövründə yaranıb. 1990-cı ilin əvvəllərində bir-birini əvəz edən siyasi şəristəsi olmayan hakimiyyətlər tərəfindən Azərbaycanın dövlətçiliyinin, müstəqilliyi və suverenliyinin fəlakətə sürükləndiyi situasiyada xalqımız əmin idi ki, ölkəni bu ağır bəlalardan yalnız Ulu Öndər Heydər Əliyev dühası xilas edə bilər.

Xalqın gündən-günə Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi. Belə bir vaxtda bir qrup Azərbaycan ziyalısı Naxçıvana gedərək ölkəmizi bu bəladan qurtara biləcək yeni bir partiya yaratmaq arzusu ilə Heydər Əliyevə müraciət etdi və Ulu Öndər yeni yaradılacaq partiyaya rəhbərlik etməyə razılıq verdi.

Beləliklə, 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə təsis konfransının yalnız Naxçıvanda keçirilməsi mümkün oldu. Bu, müstəqil Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı idi. Beləliklə, 1992-ci ilin noyabrından etibarən Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin əsas hərəkətverici qüvvəsinə çevrildi.

Ümummilli Liderin müxalifət partiyası olaraq yaratdığı YAP hakimiyyətə sivil yolla gəlməyin əsl "yol xəritəsi"ni ortaya qoydu. Bununla da siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır.

YAP-ın yaranmasından sonrakı illərdə partiya Azərbaycan Respublikasının ən güclü siyasi qüvvələrindən biri halına gəldi. 1993-cü ildən etibarən Heydər Əliyevin siyasi kursu Azərbaycanın xarici və daxili siyasətini əsaslı şəkildə dəyişdirdi. Ulu Öndərin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatında mühüm islahatlar həyata keçirildi və Azərbaycan Qərblə Şərq arasında balanslı xarici siyasət kursu reallaşdırmağa başladı.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni inkişaf mərhələsini yaşayır. 

Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi altında yarandığı gündən ölkəmizin inkişafı naminə çox mühüm layihələr reallaşdırıb, Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirib. Yeni Azərbaycan Partiyası və onun numayəndələri bütün seçki kampaniyalarında iştirak etmiş  və böyük üstünlüklə qələbə qazanaraq bütün siyasi partiyaları arxada qoymuşdur. 

Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, qabaqcıl siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görmüşdür. 

Xalqımız əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin dəstəkçisidir. Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq şərəfli inkişaf yolu keçmişdir.

Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan tarixinə qurucu dövlət başçısı olaraq adını yazdırdı, ölkəmizi Cənubi Qafqazın ən güclü, müasir və modern dövlətinə çevirməyi bacaran lider və torpaqlarımızı işğaldan azad edərək Müzəffər Ali Baş Komandan kimi hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar çox mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması, siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə ölkəmizin tərəqqisinə yeni təkan və töhfə oldu.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanaraq ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edilməsinə müvəffəq olmağımız isə çoxəsrlik dövlətçilik tariximizin  zirvə hadisəsi və şanlı qürur səhifəsidir. İkinci Qarabağ müharibəsinin məntiqi davamı olaraq 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Qarabağda olan qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi prosesinə başlanıldı və bu qısamüddətli antiterror tədbirləri Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi Zəfər salnaməsinə çevrildi. 

Yeni Azərbaycan Partiyasının 33 illik yubileyi yalnız partiyanın tarixini deyil, həm də müstəqil Azərbaycanın keçdiyi tarixi yolu simvollaşdırır. YAP-ın fəaliyyəti Azərbaycanın inkişafında, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında əvəzsiz rol oynayıb. Partiya gələcəkdə də ölkənin inkişafını sürətləndirmək və dünya arenasında daha güclü mövqe tutmaq üçün önəmli addımlar atmağa davam edəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir  

10:00
05 Dekabr

İlham Əliyev: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir  

09:59
05 Dekabr

Əziz Ələkbərov: Qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik  

09:59
05 Dekabr

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına  

09:58
05 Dekabr

Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb  

09:57
05 Dekabr

Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır  

09:54
05 Dekabr

ABŞ Sakit okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib  

09:52
05 Dekabr

Tramp: Düşünürəm ki, əvvəl-axır Rusiya-Ukrayna müharibəsinin həllinə nail olacağıq  

09:51
05 Dekabr

Azərbaycan süvariləri BƏƏ-də milli bayramı münasibətilə keçirilən tədbirdə çıxış ediblər  

09:49
05 Dekabr

Ceyhun Bayramov gürcüstanlı həmkarına Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı məlumat verib  

09:48
05 Dekabr

Azərbaycanla İrlandiya arasında regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib  

09:47
05 Dekabr

Ceyhun Bayramovla ATƏT-in Baş katibi arasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib  

09:45
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!