01 Dekabr 2025 14:33
3584
Elm və texnika
A- A+
Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib

Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib


ADA Universitetinin xaricdə yaşayan məzunlarının ənənəvi forumu bu il Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir ADA Universiteti, ADA Universiteti Fondu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Kolin Azərbaycan” şirkətinin dəstəyi ilə gerçəkləşib. Forum ADA məzunlarını universitetin heyəti ilə bir araya gətirərək müzakirə platforması yaradıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbiri açaraq bildirib ki, Berlində ADA Universiteti məzunlarını bir araya gətirən bu forum Azərbaycan gənclərinin qlobal mühitdə qazandıqları bilik və təcrübəni bölüşmələri baxımından xüsusi önəm daşıyır. Bu görüş həm akademik və peşəkar əlaqələrin genişlənməsi, həm də ölkəmizin intellektual potensialının beynəlxalq arenada daha güclü təmsil olunması üçün mühüm platformadır. Məzunlarımızın müxtəlif sahələrdə əldə etdikləri uğurlar ADA Universitetinin yüksək təhsil standartlarının və qlobal düşüncə tərzinin bariz göstəricisidir.

Səfir belə təşəbbüslərin həm Azərbaycan-Almaniya əlaqələrinin möhkəmlənməsinə, həm də məzunlar arasında daha sıx və davamlı əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin yenilikləri və yaxın illərdə nəzərdə tutulan istiqamətlər barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib. O, ADA-nın təhsil və innovasiya sahəsində davamlı inkişaf etdiyini, bu prosesin isə məzun şəbəkəsi ilə daha da gücləndiyini vurğulayıb.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumda əsas məruzəçi kimi çıxış edərək məzunların Azərbaycandan uzaqda olmalarına baxmayaraq, ölkəyə və universitetə bağlı qalmalarının vacibliyini vurğulayıb, onları müxtəlif layihələrdə daha fəal əməkdaşlığa çağırıb. Rektor bu əməkdaşlığın həm universitet, həm də məzunlar üçün yeni imkanlar açacağını bildirib.

Sonra ADA Universitetinin Məzunlarla iş şöbəsinin nümayəndəsi Zöhrə Əsədovanın moderatorluq etdiyi panel iclasında universitetin məzunları Maşdı Əliyev, Fidan Eminli, Sabirə İmrani, Aydın Cavadov və Cəmilə Talıbzadə müzakirələr aparıblar. Çıxış edənlər təhsil və iş təcrübələrindən, ADA məzunlarının müxtəlif sahələrdə yaratdığı nümunələrdən danışıblar. Müzakirələrdə forum iştirakçıları, həmçinin mövcud və gələcək trendlər, yeni çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

ADA Universiteti məzunlarının forumları ənənə halını alıb və hər il dünyanın müxtəlif ölkələrində məzunları bir araya gətirir. Bu görüşlər qlobal ADA məzun şəbəkəsinin daha sıx əlaqə qurmasına, birgə fəaliyyət və əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!