03 Dekabr 2025 08:05
1532
SİYASƏT
A- A+
Sabitlik və təhlükəsizlik adası

Sabitlik və təhlükəsizlik adası


Beynəlxalq birlik Azərbaycanı həm də Qafqazın sülh qarantı hesab edir


Beş il öncə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirdi. 

Bu gün isə Azərbaycan regionda və beynəlxalq aləmdə yüksələn nüfuzu ilə seçilir. Bu nüfuz yalnız coğrafi mövqeyindən və təbii resurslarından qaynaqlanmır - həm də dövlətin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə artan rolu müxtəlif sahələrdə özünü göstərir: enerji təhlükəsizliyində, mədəni diplomatiyada, multikulturalizm sahəsində, nəqliyyat-logistika layihələrinin icrasında və beynəlxalq tədbirlərə evsahibliyi etməsində və sairə.

Artıq 2025-ci ilə yekun vurmaqdayıq. Ötən il olduğu kimi, bu il də Azərbaycan dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən biri olduğunu təsdiqləyir. 

Ümumiyyətlə, son illərdə Cənubi Qafqazın geosiyasi mənzərəsində ən çox diqqətçəkən ölkələrdən biri Azərbaycandır. Kiçik, amma strateji baxımdan mühüm mövqedə yerləşən ölkəmiz həm regional, həm də beynəlxalq miqyasda sabitlik, təhlükəsizlik və inkişaf baxımından əhəmiyyətli rol oynamaqdadır. "Azərbaycan sabitlik adasıdır" ifadəsi sadəcə ölkənin cari vəziyyətini deyil, həm də onun regional və qlobal miqyasda stabil və sülhsevər bir dövlət olma mübarizəsini əks etdirir.

Bu bir həqiqətdir ki, son illərdə beynəlxalq təhlükəsizlik məsələləri kontekstində Azərbaycan özünün mötədil siyasəti ilə tanınır. İstər Avropa, istərsə də Asiya ölkələri ilə münasibətlərini balanslaşdırmağa çalışan Azərbaycan heç bir regional qütbə daxil olmadan, müstəqil xarici siyasət yürütməkdə davam edir. Bu, ölkənin regional sabitlikdəki rolunun göstəricisidir.

Əminliklə deyə bilərik ki, Azərbaycan özünün güclü iqtisadiyyatı, inkişaf etmiş infrastrukturu, müstəqil xarici siyasəti və sosial sabitliyi qoruması ilə Cənubi Qafqazda və daha geniş regionda sabitlik adasına çevrilib. Həm regional, həm də qlobal miqyasda sabitliyin qorunması istiqamətindəki səyləri ilə Azərbaycan müasir dünyada öz mövqeyini daha da möhkəmləndirir. Sabitliyin təmin edilməsi təkcə Azərbaycanın gələcəyi üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Azərbaycan sabitlik adası olmaqla yanaşı, digər ölkələrə də nümunə olacaq bir model təşkil edir.

Ölkəmizin mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan ölkədir. 

Prezident İlham Əliyev ölkəmizdəki təhlükəsizliyin, əmin-amanlığın səbəbini dəyərləndirərkən qeyd edib ki, indi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür: "Hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq".

Həqiqətən də bu gün Azərbaycan dünayda baş verən müharibə və qarşıdurmalar fonunda alovlar əhatəsindəki sabitlik adasına bənzəyir. Ölkəmiz terrordan uzaq sabitlik məkanı kimi tanınır. Bunu beynəlxalq təşkilatların hesabatlarında da aydın şəkildə görə bilərik. 

Aparılan beynəlxalq araşdırmalara görə, Azərbaycan dünyada ən təhlükəsiz ölkələr siyahısındadır. Buna misal olaraq Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutunun araşdırmasını göstərə bilərik. İnstitut tərəfindən hazırlanan 2025-ci il üzrə Qlobal Terrorizm İndeksinə (Global Terrorism Index - GTI) əsasən, Azərbaycan dünyanın terror təhlükəsinin ən az olduğu ölkələrindən biri elan olunub. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - Burkina Faso (8,581), Pakistan (8,374), Suriya (8,00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7,463) 8-ci, Rusiya (6,267) 16-cı, İran (6,056) 18-ci, Türkiyə (3,968) 32-ci, ABŞ (3,517) 34-cü, Fransa (2,712) 40-cı, Niderland (1,402) 60-cı, Norveç (1,198) 66-cı,  Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0,72) 79-cu, Avstriya və Cənubi Koreya (0,582) 82-ci, Latviya və Litva (0,423) 86-cı yerdə qərarlaşıb.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0,233" indekslə 2024-cü illə müqayisədə bir reytinq də yüksəlib. Ölkəmiz 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycan belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycanın "Global Terrorism İdex" 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə səbəb, ilk növbədə, Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Vətən müharibəsinə qədər və eləcə də postmüharibə dönəmində baş verən hərbi-siyasi proseslər sübut etdi ki, ölkəmiz "qaynar qazan" hesab edilən Cənubi Qafqazda nəinki öz təhlükəsizliyini təmin edə bilib, həm də bütün regionda, eləcə də beynəlxalq müstəvidə əsas söz sahibinə çevrilib. 

Ölkəmizin 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsi qürur doğurur. Mütəxəssislər Azərbaycanın bu uğurunu dövlətin effektiv təhlükəsizlik siyasəti, güclü sərhəd nəzarəti və ictimai sabitliyin qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqələndirirlər. Milli təhlükəsizlik qurumlarının, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti strukturların koordinasiyalı fəaliyyəti ölkəmizi bölgədəki digər dövlətlərdən fərqləndirən əsas amillərdən sayılır.

Bir sözlə, 2025-ci il üzrə "Global Terrorizm İndekx" Azərbaycana verilən "ən təhlükəsiz ölkələrdən biri" statusunu bir daha rəsmiləşdirmiş oldu. Bu da ölkədəki daxili sabitliyin, ictimai təhlükəsizliyin və vətəndaşların əmin-amanlıq içində yaşamasının beynəlxalq miqyasda təsdiqidir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!