02 Dekabr 2025 08:10
954
SİYASƏT
A- A+
Güclü və dayanıqlı sülhə doğru

Güclü və dayanıqlı sülhə doğru


Azərbaycanın təşəbbüsü ilə başlanan proses öz hədəfinə uğurla çatacaq


Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın qarşıya qoyduğu vəzifələrdən biri regionda sülhün təmin olunmasıdır. Sülh təşəbbüsü də ilk olaraq rəsmi Bakıdan gəlib, bu məsələdə əsas prinsipləri savaşdan sonra Azərbaycan təqdim edib. Olduqca çətin keçən, Ermənistanın çoxsaylı təxribat və sabotajı ilə üzləşən sülh və münasibətlərin normallaşması prosesi nəticə etibarilə Azərbaycanın müəyyən etdiyi hədəfə yaxınlaşmaqdadır.


Azərbaycanın müəllifi olduğu sülh gündəliyi


Bu ilin  mart ayında "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin mətni razılaşdırılıb.  Bununla da layihə ətrafında danışıqlar prosesi yekunlaşıb.  BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və Almatı Bəyannaməsini rəhbər tutan 17 maddədən ibarət layihədə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Prezident İlham Əliyevin bu ilin avqust  ayında Vaşinqtona işgüzar səfəri isə Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. Belə ki, bu səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsi paraflandı. Həmçinin ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı. İrəvan uzun müddət Minsk qrupunun hüquqi ləğvinə qarşı dirəniş göstərsə də, Azərbaycanın prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzaladı.

Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqton görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamədə də Minsk qrupunun bağlanmasına dair məsələ öz əksini tapdı. Ümumilikdə isə Birgə Bəyannamədə sülh sazişi ilə bağlı əldə olunan bütün razılaşmalar hüquqi baxımdan təsbit olundu. Bu sənədin məzmunu bütövlükdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyini özündə tam ehtiva edir. "Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı. Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi", - deyə Prezident İlham Əliyev bildirib.

Vaşinqton razılaşmaları göstərdi ki, Azərbaycanın regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyi beynəlxalq səviyyədə təqdir olunur.


Minsk prosesinə və onun əlaqədar strukturlarının fəaliyyətinə son qoyuldu


Qeyd edək ki, ATƏT Nazirlər Şurası tərəfindən bu il sentyabrın 1-də qəbul edilən Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərara əsasən, sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılmışdı. Dekabrın 1-də isə bununla bağlı ATƏT tərəfindən açıqlama yayılıb. Açıqlamada qeyd edilir ki, Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş MC.DEC/1/25 saylı qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Minsk prosesinin və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırdı. "Bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi" - deyə açıqlamada bildirilir.

Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinin fonunda baş verən proseslər isə təsdiq etdi ki, əslində Minsk qrupunun məqsədi münaqişəni yoluna qoymaq olmayıb.  Bu format Ermənistanın işğal siyasətinə dəstək verib, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına çalışıb. Beləliklə, Azərbaycanın Vətən müharibəsindəki zəfərinin nəticəsi olaraq 2020-ci ildən fəaliyyətini faktiki olaraq dayandırmış Minsk qrupunun mövcudluğuna hüquqi müstəvidə də tamamilə son qoyuldu. Artıq Minsk qrupu deyilən format yoxdur. ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması ilə Azərbaycanın fundamental şərtlərindən biri tam yerinə yetirildi.

Hazırda Ermənistanın qarşısında duran əsas tələb Azərbaycana qarşı olan ərazi iddialarını konstitusiyasından çıxarmasıdır. Vaşintonda paraflanan və mətni razılaşdırılan sülh sazişi Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra istənilən vaxt imzalana bilər.

Ermənistan rəhbərliyi tərəfindən gələn konstitusiya islahatlarının həyata keçiriləcəyinə, yeni konstitusiyanın qəbulunun zəruriliyinə dair fikirlər eşidilməkdədir. Ölkədə buna qarşı çıxan isə revanşist kəsimdir. Keçmiş hərbi xunta və erməni kilsəsi hər vəchlə sülh prosesinə kölgə salınmasına və erməni ictimai rəyində yanlış təəssüratların formalaşdırılmasına çalışırlar. Lakin görünən odur ki, onların bu cəhdləri erməni ictimai rəyində dəstək qazana bilmir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!