05 Dekabr 2025 08:00
1367
SİYASƏT
A- A+
Azərbaycanın “yaşıl enerji" gündəliyi

Azərbaycanın “yaşıl enerji" gündəliyi


Cənubi Qafqazı Avropa ilə birləşdirəcək dəniz dibi kabeli layihəsi tezliklə tam gücü ilə işə düşəcək 


Neçə illərdir Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan artıq "yaşıl enerji"nin dünya bazarına nəqlini prioritet sahələrdən biri elan edib.  Ümumiyyətlə, son illərdə Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir.  

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Bu barədə danışarkən Prezident İlham Əliyev qeyd edib ki, bu, çox böyük məsuliyyətdir və əlbəttə, Azərbaycan tək Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öhdəliyini yerinə yetirmək üçün çalışır. Bu, Azərbaycanın hədəfidir. 

Dövlət başçısı həmçinin digər enerji layihələri barədə məlumat verərək Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu bir daha bəyan edib.

Azərbaycanın ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidinə gəldikdə isə deyə bilərik ki, bu istiqamətdə çox mühüm addımlar atılır, dost və tərəfdaş ölkələrlə müştərək layihələrin işlənməsi istiqamətində sazişlər imzalanır. Onlardan biri də 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"dir. Bu sazişə əsasən, 4 ölkə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsini reallaşdırmaq üçün birgə səy nümayiş etdirir.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare layihə ilə bağlı mətbuata açılqlama verərək bildirib ki, onlar "Cənub qaz dəhlizi"ni ilk gündən dəstəkləyən ölkələrdən biridirlər. Bu, Azərbaycan qazını birbaşa Qərbi Avropaya, o cümlədən İtaliyaya çatdıran bir marşrutdur: "Təbii ki, bundan başqa, biz digər layihələrlə bağlı da işləyirik. Ona görə də fakt fakt olaraq qalır - Azərbaycan qazı artıq Avropa bazarına daxil olub".

O bildirib ki, Rumıniya ilə Azərbaycan eyni zamanda gələcək layihələrin təşəbbüskarlarıdır və "yaşıl enerji" ilə bağlı yeni layihələri inkişaf etdirirlər. "2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında ən yüksək səviyyədə razılaşma imzalanıb. Bu, bərpaolunan enerji mənbələrinin, xüsusilə Xəzər dənizindəki böyük potensiala malik külək enerjisinin Avropa bazarına çatdırılması ilə bağlıdır. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırılmasının tamamlanması gözlənilir. Bu prosesin başa çatdırılması əvvəlcə bu ilin sonunadək nəzərdə tutulmuşdu, lakin proses növbəti ilin yazına qədər uzadılıb. Texniki-iqtisadi əsaslandırma layihənin inkişaf etdirilməsinə imkan verəcək nəticələr təqdim edəcək. Layihə maliyyətutumlu olsa da, gələcəyin layihəsi kimi qiymətləndirilir. Düzdür, hazırda əsas enerji kimi qaz istifadə olunur, lakin yaxın gələcəkdə bu layihə enerji təchizatı sahəsində strateji əhəmiyyət kəsb edəcək. Bu, gələcək enerji tendensiyalarına uyğundur", - deyə V.Saore qeyd edib.

Səfir diqqətə çatdırıb ki, Rumıniya və Azərbaycan enerji resurslarını səmərəli istifadə edərək xarici bazarlara çatdırmağa hər zaman hazırdırlar.

"Yəni bizdə qaz da var, bu qazı istehlak edən bazar da. Gələcəkdə enerji istehlak edəcək digər bazarlar da olacaq. Biz - həm Rumıniya, həm də Azərbaycan bu enerjini təmin etməyə hazırıq. Əsas odur ki, bizdə düzgün yanaşma və idarəetmə olsun, bu resurslardan səmərəli istifadə edək və onlar ehtiyacı olan ölkələrin bazarına çatdırılsın", - deyə səfir vurğulayıb.

Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Son illərdə dünyanın enerji sektorunda baş verən sürətli dəyişikliklər və innovativ texnologiyaların inkişafı, qlobal enerji bazarlarında yeni imkanlar yaradıb. Bu kontekstdə, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji istehsalının diversifikasiyası məsələləri ölkənin strateji prioritetləri arasında yer alır. Xüsusilə, regional əməkdaşlıq və infrastruktur layihələri Azərbaycanın enerji sektorunu daha möhkəm bir bünövrə üzərində qurmağı hədəfləyir. Bu kontekstdə, "Qara dənizin dibi ilə çəkiləcək kabel xətti" layihəsi Azərbaycanın enerji təhlükəsizliyi və iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcək.

Qara dəniz altından çəkiləcək kabel xətti, təbii qaz və elektrik enerjisi mübadiləsi üçün yeni bir əlaqə nöqtəsi yaradacaq. Bu layihə həm Azərbaycanın, həm də regional və qlobal enerji bazarlarının maraqları üçün strateji əhəmiyyət kəsb edir. Kabel xətti, müxtəlif enerji mənbələrindən əldə olunan elektrik enerjisinin mübadiləsini asanlaşdıracaq və Azərbaycanın enerji təchizatını daha etibarlı və davamlı edəcək.

Xüsusilə, Avropa ilə enerjinin mübadiləsi, Azərbaycanın enerji ixracını daha geniş bir bazara çıxarmağa imkan verəcək. Bu layihə ölkənin enerji ixracını artırmaqla yanaşı, Avropa enerji bazarlarında daha da rəqabətqabiliyyətli olmasına şərait yaradacaq.

Qara dəniz altından çəkiləcək kabel xətti, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycanın mövcud enerji istehsalı, əsasən, fosil yanacaqlardan - təbii qazdan asılıdır. Lakin qlobal enerji bazarlarının dəyişməsi və "yaşıl enerji" mənbələrinin artan tələbatı fonunda Azərbaycanın enerji istehsalını diversifikasiya etmək, həm də ekoloji balansı qorumaq zəruridir.

Bu kabel xətti həmçinin ölkənin enerji istehsalının müxtəlif mənbələrdən - bərpaolunan enerji ilə, həm də konvansional mənbələrlə təmin olunmasını asanlaşdıracaq. Nəticədə Azərbaycanın enerji bazarına daxil olan müxtəlif təchizat zəncirləri, ölkənin iqtisadiyyatına daha çox dayanıqlılıq və təkrarlanan enerji böhranlarına qarşı müdafiəni təmin edəcək.

Qara dəniz altından çəkiləcək kabel xətti layihəsi Azərbaycanın iqtisadi inkişafı və regional əməkdaşlıq baxımından mühüm bir addım olacaq. Bu layihə Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirəcək, eyni zamanda ölkənin enerji təchizatını diversifikasiya edəcək. Həmçinin Avropa ilə daha sıx əməkdaşlıq və enerji mübadiləsi, Azərbaycanın qlobal enerji bazarlarında daha geniş bir yer tutmasına səbəb olacaq.

Gələcəkdə bu layihənin tam həyata keçirilməsi, Azərbaycanın enerji sektorunun müasir standartlara uyğun inkişafını təmin edəcək və ölkənin iqtisadiyyatına uzunmüddətli müsbət təsir göstərəcək.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!