05 Dekabr 2025 10:03
127
SİYASƏT
A- A+
Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

Ermənistanda insan hüquqlarının pozulması, diktatura və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı repressiyalar bugünkü və ya dünənki hadisələr deyil. Bu, uzun illərdir Ermənistan siyasi dairələri tərəfindən erməni xalqına və ictimaiyyətin üzvlərinə qarşı aparılan qanunsuz və antidemokratik bir prosesdir. Təəssüf ki, həm əvvəlki illərdə, həm də son dövrlərdə baş verən bu proseslərə Qərb dairələri, xüsusilə Avropa İttifaqı ölkələri susqunluq nümayiş etdirir və Ermənistana qarşı heç bir əməli tədbir həyata keçirmirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib. Müxalifətin neytrallaşdırılması, müxalifət liderlərinə qarşı təqiblər, jurnalistlərin və blogerlərin həbs edilməsi kimi neqativ tendensiyalar müşahidə olunur. Bu, media azadlığının pozulması və jurnalistlərə qarşı haqsızlıqların, təqiblərin artması deməkdir. Hazırkı Paşinyan hakimiyyəti hətta kilsəyə qarşı müəyyən repressiv addımlar atmaqda davam edir. Din xadimlərinin və kilsənin təqib olunması Ermənistanın daxili gərginliyinin yüksək səviyyədə olmasının göstəricisidir, təəssüf ki, bu hallarla bağlı Qərb və Avropa İttifaqı ölkələrinin susqunluğu davam edir.

“Eyni zamanda, Nikol Paşinyan hakimiyyəti öz hərəkətlərini haqlı hesab edə bilər. Son dövrlərdə radikal və işğalçı meyilli qüvvələr Ermənistan daxilində aktivləşməkdədir və bu qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesində gərginlik yaratmağa çalışırlar. Kilsə və din xadimləri, müxalifət nümayəndələri və fəallar qarşıdan gələn parlament seçkilərində Paşinyanı zəiflətmək, onun elektoratını azaltmaq məqsədi güdürlər. N.Paşinyan da bu proseslərə adekvat olaraq sərt reaksiya göstərir. Lakin bu, insan hüquqlarının pozulması və qanunsuz hərəkətlər üçün əsas ola bilməz. Ermənistan hakimiyyəti bütün addımlarında qanunçuluğu təmin etməli, insan haqlarının və söz azadlığının pozulmasına, repressiyalara yol verməməlidir”, - deyə siyasi şərhçi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir  

10:00
05 Dekabr

İlham Əliyev: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir  

09:59
05 Dekabr

Əziz Ələkbərov: Qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik  

09:59
05 Dekabr

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına  

09:58
05 Dekabr

Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb  

09:57
05 Dekabr

Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır  

09:54
05 Dekabr

ABŞ Sakit okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib  

09:52
05 Dekabr

Tramp: Düşünürəm ki, əvvəl-axır Rusiya-Ukrayna müharibəsinin həllinə nail olacağıq  

09:51
05 Dekabr

Azərbaycan süvariləri BƏƏ-də milli bayramı münasibətilə keçirilən tədbirdə çıxış ediblər  

09:49
05 Dekabr

Ceyhun Bayramov gürcüstanlı həmkarına Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı məlumat verib  

09:48
05 Dekabr

Azərbaycanla İrlandiya arasında regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib  

09:47
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!