05 Dekabr 2025 08:15
185
SİYASƏT
A- A+
Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar


Müasir tariximizin son 25 ilində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə dövlət başçısına xalqda böyük rəğbət, sonsuz inam və etibar yaratmışdır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsində Ermənistanın 30 ildən artıq işğal altında saxladığı Azərbaycan torpaqları öz azadlığına qovuşmuşdur. Artıq Böyük qayıdışın işığında o kəndlərə, o rayonlara yüzlərlə məcburi köçkün ailəsi qayıtmışdır və proses uğurla davam edir.

Onilliklər ərzində doğma torpaqlarını tərk etməyə məcbur olmuş qərbi azərbaycanlılar müxtəlif qurumlarda birləşərək daim öz etirazlarını və tələblərini bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə dəfələrlə cəhdlər göstərmişlər. Ötən müddətdə kütləvi informasiya vasitələri, saytlar yaradılmış, dədə-baba yurdlarımızın tarixinə, adət-ənənələrinə və digər məsələlərə həsr edilmiş yüzlərlə məqalə, onlarla kitab yazılmışdır. Ancaq nəyi necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Azərbaycan Prezidenti bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görmüş, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaratmışdır. 

Prezident İlham Əliyev tarixi Zəfərdən sonra qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıtmaq tələbini reallaşdırmağı zəruri və qanuni hesab  edib. Artıq üç ilə yaxındır ki, Qərbi Azərbaycan İcması "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi kimi fəaliyyət göstərir. İcmanın yeni nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplanıldığı və saxlanıldığı ictimai quruma çevrilib. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. 

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və bir qrup ziyalı ilə görüşündə demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənəd təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövründə İrəvanın orada yaşayan insanlardan xəbərsiz ermənilərə verilməsi tarixi xəyanət idi. Bu azmış kimi, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. 

1948-1953-cü illərdə qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalmışlar. Bu, sovet hökuməti tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə həyata keçirilən növbəti ədalətsizlik idi. Azərbaycan Prezidenti Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə onu da vurğulamışdır ki, biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların məskunlaşdıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin qərbi azərbaycanlılara  qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı şəkildə öyrənilməsi və tədqiqi, həqiqətin dünya xalqlarına çatdırılması 2022-ci ilin oktyabrında onun Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çıxışından və imzaladığı fərmanlardan sonra sistemli şəkil almışdır.

Xatırladaq ki, icmanın beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən mövqeyini tərəqqipərvər dünya ictimaiyyəti də dəstəkləyir. Qürurverici haldır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.  Müraciətin belə bir mötəbər qurum tərəfindən dəstəklənməsi və yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. 

İnsanlar boya-başa çatdıqları doğma yurdlarına, kəndlərinə qayıtmağı özlərinə mənəvi borc bilirlər və bu həqiqətin gec-tez reallaşacağına inanırlar. Dövlət başçısı çıxışında qətiyyətlə "Gün gələcək qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar" deməsi onlarda bu inamı qat-qat artırıb. Bunu Sosial Tədqiqatlar Mərkəzinin ölkəmizdə yaşı 18-24 arasında olanlarla keçirdiyi sorğudan da görmək olar. İctimai rəy sorğusunda respondentlərə "Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız" sualı ünvanlanıb. Ümumi nəticələr insanların 74,6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandıqlarını göstərib.

İcmanın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin Brüsseldə gündəmə gətirilməsini alqışlayan bəyanatında məmnunluqla bildirilir ki, əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı müzakirəyə çıxarılmışdı.

Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlının qayıdış hüququnun reallaşması mütləqdir. Bu mütləqlikdən Ermənistan rəhbərliyi nə qədər tez nəticə çıxarsa, bir o qədər özünün və sülhün xeyrinə  iş görmüş olar. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaları insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri şərtlərdən biridir. 

Özü 1948-ci il deportasiyasının, oğlu İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski müxbirimizə demişdir: 

- Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası ilə əlaqədar istər fərdi qaydada, istər kollektiv şəkildə atılan ciddi addımlara dövlət dəstəyi getdikcə artırılır. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı araşdırmaların yeni yanaşmalarla aparılması gündəmdədir. Sanballı tədqiqatlarla bərabər, həm də vaxtilə yazılmış kitabların tarixi reallıqlara uyğun yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə ənənəvi beynəlxalq elmi konfransların və görüşlərin təşkilinə üstünlük verilir ki, mövzu daim özünün strateji əhəmiyyətini saxlaya bilsin.

İcma rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmaq üçün beynəlxalq müstəvidə xalqımızın və dövlətimizin haqlı tələbini dünyaya bəyan edir. İcma davamlı olaraq Ermənistandan ətraf mühiti bilərəkdən çirkləndirməyə son qoymağı tələb edib. Ermənistan hökumətinin bu ölkədən zorla çıxartdığı azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanılmaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa, habelə Ermənistana maksimum təzyiq göstərməyə çağıran bəyanatlar və müraciətlər yayıb.

Bəyanatlarda o da vurğulanıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin, demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmamaları üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb.

Eyni zamanda qeyd edilib ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantılarını çaya buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki insanların sağlamlığını və rifahını təhlükə altına qoyur.

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiriciləri ətrafa buraxaraq havanın və suyun çirklənməsinə səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirkləndirilir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik fəaliyyətinin  məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almağa və etnik təmizləmə siyasətini davam etdirməyə hesablanıb.

Bəyanatlarda deyilib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlərin və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulayırıq. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu dözülməz hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların yurdlarına təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir".

Görünən odur ki, bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni mərhələsinin başlanması ilə əlamətdardır. Qalib xalqın Prezidenti, Ali Baş Komandan, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycana qayıdış qarşımızda daha geniş üfüqlər açmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da  qərbi azərbaycanlılar  Prezident İlham Əliyevin ətrafında sıx birləşərək son dayanacaqları İrəvan olmaqla Böyük qayıdışın ikinci mərhələsinin iştirakçısı olacaqlar.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir  

10:00
05 Dekabr

İlham Əliyev: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir  

09:59
05 Dekabr

Əziz Ələkbərov: Qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik  

09:59
05 Dekabr

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına  

09:58
05 Dekabr

Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb  

09:57
05 Dekabr

Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır  

09:54
05 Dekabr

ABŞ Sakit okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib  

09:52
05 Dekabr

Tramp: Düşünürəm ki, əvvəl-axır Rusiya-Ukrayna müharibəsinin həllinə nail olacağıq  

09:51
05 Dekabr

Azərbaycan süvariləri BƏƏ-də milli bayramı münasibətilə keçirilən tədbirdə çıxış ediblər  

09:49
05 Dekabr

Ceyhun Bayramov gürcüstanlı həmkarına Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı məlumat verib  

09:48
05 Dekabr

Azərbaycanla İrlandiya arasında regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib  

09:47
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!