05 Oktyabr 2025 09:15
17423
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mən öz ərizəmlə işdən çıxmışam. Bu halda işsizlik müavinəti almaq hüququm varmı?


Sevinc QƏDİMOVA, 

Qobustan rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, öz ərizəsi ilə işdən çıxan şəxsə işsizlikdən sığorta ödənişi verilməsi qanunla nəzərdə tutulmur. 

İşsizlikdən sığorta ödənişi yalnız əmək münasibətlərinə "İşsizlikdən sığorta haqqında" Qanunun 13.1-ci maddəsində göstərilən  aşağıdakı əsaslarla  xitam verilmiş və "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil edilir:


* dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə ("Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndi);

* işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə ("Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi);

* əmək müqaviləsinin müddəti qurtardıqda (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsi);  

* müəssisənin mülkiyyətçisi dəyişdikdə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndi);

* əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndi);

* əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndi).

Öz ərizəsi ilə işdən çıxmaq bu əsaslara daxil deyil və belə şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik deyillər.


- Fərdi yaşayış evimin qarşısında avtomobil saxlamaq üçün yer var. Qonşular daim orada maşınlarını saxlayır. Mən buna qadağa qoya bilərəmmi?


Səxavət  CƏLİLOV, 

Xırdalan şəhəri


- Azərbayan Respublikasının Mənzil və Mülki məcəllələrinin tələbinə görə, fərdi yaşayış evinin qarşısında yerləşən ərazi, əgər həmin torpaq sahəsi ev sahibinin xüsusi mülkiyyətindədirsə və dövlət qeydiyyatına alınmışsa, ev sahibi bu ərazidən istifadə qaydalarını özü müəyyən edə və başqalarının orada avtomobil saxlamasına qadağa qoya bilər. Lakin əgər sözügedən yer ümumi istifadədə olan yol, küçə və ya bələdiyyə mülkiyyətindədirsə, bu halda ev sahibi qonşuların avtomobil saxlamasına qadağa qoymaq hüququna malik deyil. Çünki yaşayış sahəsindən istifadə qonşuların hüquq və qanuni mənafelərinə müdaxilə etməməlidir və ümumi istifadədə olan yerlərdən istifadə qaydaları qanunvericiliklə tənzimlənir. Əgər qonşuların hərəkətləri ev sahibinin hüquqlarını və qanuni mənafelərini pozursa, ev sahibi əvvəlcə xəbərdarlıq etməli, pozuntu davam edərsə, məhkəməyə müraciət edə bilər. Praktikada, torpaq sahəsinin hüquqi statusu (xüsusi mülkiyyət və ya ümumi istifadə) əsas meyardır və bu, dövlət reyestrindən çıxarışla təsdiqlənməlidir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu 8% azalıb – 2026-cı ilin iyun vəziyyəti açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

13:17
10 İyun

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

13:07
10 İyun

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub  

12:57
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!