04 Aprel 2026 09:35
6166
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Gözdən üçüncü qrup əliləm. Bilmək istəyirəm: bələdiyyəyə (həyətyanı torpaq) əmlak vergisindən kimlər azaddır? Ümumiyyətlə, əlilliyi olan şəxslər üçün hansı vergi güzəştləri tətbiq olunur?


Fənarə QULİYEVA,

Ağsu rayonu


Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri əmlak vergisinin vergitutma obyektini təşkil edir və həmin şəxslər bu verginin ödəyiciləri hesab olunurlar.

Torpaq vergisinə münasibətdə isə Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır və torpaqdan əldə olunan gəlirdən asılı olmayaraq ödənilir. Eyni zamanda məcəllənin 205-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 207.1-ci maddəsinə əsasən, yalnız müəyyən kateqoriyalara aid torpaqlar (o cümlədən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının istifadəsində olan torpaqlar, meşə və su fondu torpaqları və s.) torpaq vergisinə cəlb edilmir.

Qüvvədə olan vergi qanunvericiliyinə əsasən, fiziki şəxslər, o cümlədən üçüncü qrup əlilliyi olan şəxslər üçün bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələrinə görə torpaq vergisindən ümumi azadolma nəzərdə tutulmamışdır. Eyni qaydada əmlak vergisi üzrə də üçüncü qrup əlilliyi olan şəxslər üçün ümumi azadolma müəyyən edilməmişdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. 

Qeyd edək ki, bu güzəşt hüququ yalnız torpağın mülkiyyətçisinə şamil edilir. Torpaqdan istifadə edən şəxslərə və ya icarəyə götürülmüş sahələrə görə güzəşt tətbiq olunmur. 

Vergi Məcəlləsinin 102.2.1-102.2.8-ci maddələrinə görə, güzəşt aşağıda adları sadalanan şəxslərə aiddir:

- Şəhid statusu almış şəxslərin valideynlərinə, dul arvadlarına (ərlərinə) və övladlarına;

- Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarına;

- Azərbaycan Respublikasının Milli qəhrəmanlarına;

- Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanlarına;

- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə;

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) və övladlarına;

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərə;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərə;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərə. 

Əlavə edək ki, güzəşt hüququ olan şəxsin bir neçə bələdiyyədə torpaq sahəsi varsa, güzəşt 10 manat olaraq sahələrin ölçüsünə uyğun bölünür.

Əgər hesablanan vergi 10 manatdan az olarsa, güzəşt hüququ olan şəxs torpaq vergisi ödəmir.

Sualınızın ikinci hissəsinə gəldikdə bildiririk ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün əsasən gəlir vergisi üzrə müəyyən güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, məcəllənin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin muzdlu işdən əldə etdiyi aylıq gəlirin 200 manat məbləğində hissəsi gəlir vergisindən azad edilir. Həmçinin məcəllənin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu məbləğ 400 manat təşkil edir.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.3.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyadan olan əlilliyi olan şəxslərin əldə etdiyi bəzi gəlirlər, o cümlədən maddi yardımların müəyyən hissəsi və borcların silinməsindən yaranan gəlirlər gəlir vergisindən azad edilir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!