02 May 2026 09:05
5650
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mobil operator mənim razılığım olmadan əlavə ödənişli xidməti aktiv edib və balansımdan pul silinib. Bilmək istəyirəm, bu halda istehlakçı kimi hüquqlarım nədir?

Həmin vəsaiti geri almaq üçün hara və hansı qaydada müraciət etməliyəm?


Yeganə XUDİYEVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, mobil operator tərəfindən abunəçinin xəbəri və razılığı olmadan əlavə ödənişli xidmətlərin aktiv edilməsi həm mülki qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının müdafiəsi haqqında normaların ciddi pozulması hesab oluna bilər. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək, həmçinin öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək istehlakçıların əsas hüquqlarından biridir. 

Qeyd edək ki, sizinlə mobil operator arasında bağlanmış müqavilənin şərtləri hazırkı vəziyyət üçün olduqca mühümdür. Əgər müqavilə şərtlərində  mobil operator tərəfindən sizin razılığınız olmadan əlavə ödənişli xidmətlərin aktiv edilməsi nəzərdə tutulmayıbsa, o zaman istehsalçı tərəfindən belə bir xidmətin göstərilməsi və buna görə sizdən ödəniş tutulması qanunvericiliyə uyğun deyil. Belə ki, istehsalçı və istehlakçı arasında xidmətin göstərilməsi üçün mütləq şəkildə qarşılıqlı iradə bəyanı olmalıdır. Əgər bu, mövcud deyilsə, o zaman həmin hal  tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı bağlanmış müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilə bilər. Adıçəkilən qanunun 9-cu maddəsinə əsasən, belə hallarda istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

 Beləliklə, siz mövcud tələbinizi icazəsiz qoşulmuş xidmətin dərhal dayandırılması və həmin xidmətə görə balansdan tutulmuş vəsaitin geri qaytarılması kimi irəli sürə bilərsiniz. Bunun üçün tövsiyə olunur ki, ilkin olaraq həmin mobil operatora rəsmi olaraq müraciət ünvanlayasınız.

Növbəti mərhələdə yuxarıda qeyd olunan hallarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Əlavə edək ki, qarşılaşdığınız faktla bağlı istehlakçıların hüquqlarının müdafiəsi üzrə yerli icra hakimiyyəti orqanına da müraciət etmək hüququnuz var. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 20-ci maddəsinə görə, icra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə müvafiq tədbirlər həyata keçirir. Həmçinin öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər.

Adıçəkilən qanunun 21-ci maddəsi ilə bu qanunun müddəalarının pozulmasına görə təqsirli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki,  hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnuz da var. Məhkəməyə təqdim etdiyiniz iddia tələbinizdə həm maddi zərərin (silinən pulun), həm də sizə dəymiş mənəvi zərərin ödənilməsini tələb edə bilərsiniz. 

Qeyd edək ki, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azaddırlar.

Unutmayın ki, bu məsələdə israrlı olmağınız təkcə öz vəsaitinizi geri qaytarmaq deyil, həm də gələcəkdə belə pozuntuların qarşısını almaq baxımından əhəmiyyətlidir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!