09 May 2026 09:15
1657
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qardaşım Azərbaycan vətəndaşıdır, uşaqları isə Rusiya Federasiyası vətəndaşlarıdır. Hazırda uşaqlar mənim yanımda Azərbaycanda yaşayırlar. Mən onların qəyyumu ola bilərəmmi?

Z.FƏRƏCOVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan (7 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar))və ya məhdud fəaliyyət qabiliyyətli (7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar) fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

Həmçinin Mülki Məcəlləyə görə, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq (maddə 33.4), 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik (maddə 33.6) təyin edilir.

Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.1-ci maddəsinin tələbinə görə, qəyyumluq və himayə Ailə Məcəlləsinin 114.1-ci maddəsində qeyd edilən uşaqlara (valideynləri öldükdə və ya məlum olmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar valideynlik vəzifələrini həyata keçirə bilmədikdə, uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etdikdə, uşaqları sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, cəzaçəkmə müəssisələrində cəza çəkdikdə, həmçinin valideyn himayəsinin olmadığı digər hallarda) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

Qəyyum (himayəçi) yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ola bilərlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.

Həmçinin alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum (himayəçi) ola bilməzlər.

Qəyyum və ya himayəçi təyin edilməsi üçün yerli icra hakimiyyəti orqanına müraciət etmək lazımdır. Bunun üçün müraciətçi tələb olunan müvafiq sənədləri yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayəçilik komissiyası tərəfindən müraciətlə bağlı müvafiq rəy verilir. 

Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan 3 ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. 

Əgər yerli icra hakimiyyəti orqanı tərəfindən müraciətə müsbət cavab verilməzsə, o zaman müraciətçi məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər.

Mülki Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!