27 May 2026 08:05
426
SİYASƏT
A- A+
Müstəqilliyimiz etibarlı əllərdədir

Müstəqilliyimiz etibarlı əllərdədir


Azadlıq insanlığın ən böyük mənəvi sərvəti, müstəqillik isə xalqların şərəf və qürurudur. Tarixin bütün dövrlərində millətlər azad yaşamaq, talelərinin sahibi olmaq, milli kimliklərini və dövlətçilik hüquqlarını qorumaq uğrunda ağır mübarizələrdən keçiblər. Azərbaycan xalqı da əsrlər boyu istiqlal arzusu ilə yaşayıb, zaman-zaman imperiyaların təzyiqinə məruz qalsa da, milli ruhunu, azadlıq düşüncəsini itirməyib. 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını bir dövlətin elan edilməsi kimi qəbul etmək olmaz. Bu hadisə bir xalqın əsrlərlə uğrunda mücadilə etdiyi azadlıq ideallarının təntənəsi, milli iradənin və dövlətçilik təfəkkürünün möhtəşəm qələbəsi idi. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı dünyaya bəyan etdi ki, o, müstəqil yaşamağa, demokratik dövlət qurmağa və öz müqəddəratını müəyyən etməyə qadirdir. Şərqdə və türk-islam dünyasında ilk parlamentli respublikanın məhz Azərbaycanda yaranması xalqımızın nə qədər mütərəqqi, demokratik və bəşəri dəyərlərə bağlılığını nümayiş etdirdi.

XX əsrin əvvəlləri dünya tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri idi. Çar Rusiyasının süqutu, Birinci Dünya müharibəsi, imperiyaların parçalanması regionda yeni siyasi reallıqlar yaratmışdı. 1917-ci ilin fevralında Rusiyada monarxiyanın devrilməsi, Oktyabr çevrilişindən sonra isə hakimiyyətin bolşeviklərin əlinə keçməsi ilə imperiyanın ucqarlarında  yaranan  mürəkkəb şərait Cənubi Qafqaz xalqlarını da öz talelərini müəyyən etmək məcburiyyətində qoymuşdu. 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Seymdə Azərbaycan türklərini təmsil edən müsəlman fraksiyası xüsusi fəallıq göstərirdi. Həmin nümayəndələr içərisində Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlər vardı. Məhz onların qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan xalqının müstəqillik ideyası reallığa çevrildi. 1918-ci il mayın 27-də Zaqafqaziya müsəlman fraksiyası ayrıca iclas keçirərək özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə seçildi. Bir gün sonra - 28 may 1918-ci ildə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu. Bu sənəd yalnız ölkəmizin deyil, bütövlükdə Şərqin siyasi tarixində yeni bir dövr açdı.

İstiqlal Bəyannaməsi insan hüquq və azadlıqlarını əsas götürən mütərəqqi prinsipləri özündə əks etdirirdi. Sənəddə milliyyətindən, dinindən, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlara bərabər hüquqlar verildiyi bəyan olunurdu. Həmin dövrdə bir çox Avropa dövlətində qadınların seçki hüququ olmadığı halda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ vermişdi. Bu, cümhuriyyət qurucularının necə yüksək demokratik düşüncəyə sahib olduqlarının sübutu idi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti Fətəli xan Xoyskinin rəhbərliyi ilə formalaşdırıldı. Hökumətdə Xosrov Paşa bəy Sultanov, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov kimi görkəmli şəxslər təmsil olunurdu. Bu insanlar təkcə hökumət qurmadılar, onlar Azərbaycanın gələcək dövlətçilik modelinin əsasını yaratdılar.

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamentinin ilk iclası keçirildi. Bununla Şərqdə ilk parlamentli respublika fəaliyyətə başladı. Parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin nümayəndələrinin təmsil olunması Azərbaycanın demokratik dövlət modelinə sadiqliyini göstərirdi. Cəmi 17 aylıq fəaliyyət dövründə parlament 145 iclas keçirərək 230-dan çox qanun qəbul etdi. Bu qanunlar dövlət quruculuğunun, insan hüquqlarının, milli təhlükəsizliyin və demokratik idarəçiliyin əsaslarını təşkil edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti ordu quruculuğuna xüsusi diqqət ayırırdı. Qısa zaman ərzində yaradılan Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik quldurlarından azad etdi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti yaranmasaydı, bolşevik Rusiyası Bakını ilhaq edərkən sıradan bir rus quberniyası kimi təqdim edəcək, xalqımızı isə dövlətçilik hüququndan məhrum etməyə çalışacaqdı. Ən yaxşı halda Azərbaycana formal muxtariyyət statusu veriləcəkdi. Lakin cümhuriyyətin mövcudluğu Azərbaycanı ayrıca dövlət subyekti kimi qəbulunu məcbur etdi.

23 aylıq cümhuriyyət dövründə təhsil və maarifçilik sahəsində də mühüm addımlar atıldı. Ana dilində tədris genişləndirildi, məktəblər açıldı, milli maarif sistemi quruldu. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında qanunun qəbul edilməsi isə milli tariximizin mühüm hadisələrindən biri oldu. Bu addım xalqımızın elmə, təhsilə və milli kadrlara verdiyi böyük önəmin göstəricisi idi.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə də mühüm uğurlar qazandı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına nümayəndə heyəti göndərildi. Çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlər tərəfindən de-fakto tanındı. Bu, xalqımızın diplomatiya tarixində mühüm uğuru idi.

Təəssüf ki, Azərbaycanın müstəqilliyi uzun sürmədi. 1920-ci ilin aprelində qırmızı bolşevik qoşunları sərhədlərimizi keçərək müstəqil ölkəmizi işğal etdi. Bununla da  xalqımızın azadlıq arzularına ağır zərbə vuruldu. Cümhuriyyətin süqutundan sonra  repressiyalar, sürgünlər, güllələnmələr başladı. Azərbaycanın ziyalıları, dövlət adamları və milli düşüncəli insanları bolşevik repressiya maşınının qurbanına çevrildilər. Bolşeviklər Azərbaycan xalqının milli yaddaşını silməyə, onun azadlıq ruhunu məhv etməyə çalışırdılar. Lakin onlar bir həqiqəti dəyişə bilmədilər - Azərbaycan xalqının qəlbində istiqlal arzusu əbədi kök salmışdı.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, bu xalq müstəqil yaşamağa layiq və qadirdir. Cümhuriyyət dövlətçilik tariximizdə sönməyən istiqlal məşəli yandırdı. Məhz həmin məşəl 1991-ci ildə yenidən alovlandı və Azərbaycan xalqı 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin  ilk illəri də ağır sınaqlarla yaddaşlarda iz saldı. Ermənistanın işğalçılıq siyasəti, daxili siyasi böhran və xaos ölkəni uçuruma aparırdı. Belə bir mürəkkəb zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin qorunması təmin olundu.

Bu gün Azərbaycan Respublikası cümhuriyyətin siyasi və mənəvi varisi kimi onun ideallarını uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Bu gün Şuşada, Laçında, Xankəndidə və işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan bayrağı qürurla dalğalanır. İndi Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Güclü ordu, müstəqil siyasət, dayanıqlı iqtisadiyyat və milli birlik ölkəmizin əsas dayaqlarıdır. 106 il öncə süqut etdirilən müstəqil Azərbaycan indi güclü, qüdrətli və sarsılmazdır. 1918-ci ildə qaldırılan istiqlal bayrağı bu gün suveren Azərbaycanın azad səmasında dalğalanırsa, bu, xalqımızın əyilməz ruhunun, dövlətçilik ənənələrinin və milli birliyinin təntənəsidir. Bu, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının arzularının reallığa çevrilməsi deməkdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!