23 May 2026 08:20
372
İQTİSADİYYAT
A- A+
Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 


İlham ƏLİYEV: "Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında,  müasirləşmədə cəsur olmalıyıq"


Danılmaz faktdır ki, Azərbaycan indiyə kimi xeyli beynəlxalq tədbirə evsahibliyi edərək böyük yol keçib. Daha əvvəl Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları,  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası ( COP 29) və digər tədbirlər bu sahədə ona beynəlxalq təcrübə qazandırıb.

Bu qəbildən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi də Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərin təşkili və yüksək səviyyədə təqdim olunmasından dolayı imkanlarını bir daha nümayiş etdirdi. WUF13-ün Bakıda gerçəkləşməsi ölkənin dayanıqlı şəhərsalma, "yaşıl inkişaf", müasir infrastruktur və innovativ idarəetmədə həyata keçirdiyi siyasətə beynəlxalq marağın artdığını göstərdi. Təsadüfi deyil ki, tədbirin  açılış mərasimində çıxış edən Prezident İlham Əliyev məhz bu amili vurğuladı: "Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına evsahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik".

Maraqlıdır ki, WUF13 çərçivəsində müzakirə olunan dayanıqlı şəhərsalma, müasir infrastrukturun qurulması, "yaşıl texnologiya"ların tətbiqi və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması məsələləri Azərbaycanın həyata keçirdiyi Böyük qayıdış proqramı ilə  üst-üstə düşüb. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə uyğun həyata keçirilir. Bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, ekoloji tarazlığın qorunması, "yaşıl enerji" mənbələrindən istifadə və dayanıqlı infrastrukturun qurulması Azərbaycanın həmin  istiqamətdə beynəlxalq təcrübəyə əsaslanan yanaşmasının göstəricisidir.

Tədbiri  Böyük qayıdış prosesinin beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması baxımından  mühüm platforma kimi  də qiymətləndirmək olar. Sessiya iştirakçıları azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, müasir yaşayış məntəqələrinin salınması və regionun sosial-iqtisadi dirçəlişi ilə bağlı aparılan işlər barədə ətraflı məlumat əldə etmək imkanı qazandılar. Bu da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dayanıqlı inkişaf modelini uğurla tətbiq etdiyini və həmin əraziləri regionun ən müasir yaşayış və iqtisadi məkanlarından birinə çevirməyi hədəflədiyini sərgiləyir. 

13-cü sessiyanın açılışında çıxış edən Prezidenti İlham Əliyev həmin məqamlara xüsusi toxunaraq,  Qarabağ və Şərqi Zənəzurda genişmiqyaslı bərpa - quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı dövlət siyasətinin əsas prioritetlərindəndir: "Hazırda Böyük qayıdış proqramı həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub". 

 Onu da qeyd edək ki, WUF13 Prezident İlham Əliyevin postmünaqişə gündəliyini təqdim etmək üçün geniş platforma oldu. Bu tədbir Azərbaycanın müharibədən sonrakı bərpa və inkişaf strategiyasını dünya ictimaiyyətinə nümayiş etdirməyə imkan verdi. Dövlət  başçımızın  təşəbbüsü  ilə Azərbaycan nümunəsi sülh və tərəqqi prosesində şəhərsalmanın rolunu ön plana çıxardı və regionda infrastruktur layihələrinin strateji əhəmiyyətini nümayiş etdirdi. WUF13 həm beynəlxalq, həm də regional əməkdaşlığın gücləndirilməsi, investisiyaların təşviqi və innovativ şəhərsalma həllərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. Forumu Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq və ölkənin liderlik nüfuzunu daha da gücləndirmək baxımından önəmli bir tədbir kimi qiymətləndirmək doğru olar.

WUF13 qlobal problemlərlə bağlı açıq dialoqun aparıldığı  əməkdaşlıq məkanı kimi də diqqət çəkdi. Forum  hər keçən gün fərqli baxışların və təcrübələrin paylaşılması üçün təhlükəsiz və konstruktiv mühit formalaşdırdı. İştirakçılar dayanıqlı şəhərlərin qurulması, insan yönümlü urbanizasiya siyasəti, rəqəmsal texnologiyaların tətbiqi və "yaşıl  inkişaf" modelləri ilə bağlı fikir mübadiləsi apardılar.

Desək ki, tarixinin ən böyük WUF-u Bakı WUF-udur, qətiyyən səhv etmərik. Çünki  o təkcə şəhərsalma və urbanizasiya sahəsində müzakirələrin aparıldığı bir platforma olmaqla kifayətlənmədi,  bərpa strategiyalarının, innovativ infrastruktur mexanizmlərinin və dayanıqlı inkişaf modellərinin dünya ictimaiyyətinə təqdim olunduğu unikal bir məkan rolunu oynadı. Üstəlik, qlobal həmrəylik, investisiya və əməkdaşlıq imkanlarının təşviqi baxımından ölkəmizin nüfuzunu  bir qədər də gücləndirərək, Azərbaycanın sülh, tərəqqi və urbanizasiya sahəsindəki liderliyini nümayiş etdirdi. 

Bu qlobal tədbir  müxtəlif siyasi və coğrafi məkanlardan olan iştirakçıların qarşılıqlı etimad şəraitində bir araya gəlməsinə də imkan yaradıb. WUF13-ün təhlükəsiz və yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşdırdığı təcrübəni bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif yerlərindən gəlmiş nümayəndələr üçün açıq olan dialoq mühiti qlobal problemlərin birgə həlli istiqamətində əməkdaşlığın gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ortaq təşəbbüslərin formalaşmasına şərait yaratdı. Unutmaq olmaz ki, dünya Prezident İlham Əliyevin  şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. Onun təşəbbüsü ilə ilk dəfə keçirilmiş liderlər sessiyası şəhərsalma üzrə müzakirələri qlobal müstəviyə çıxararaq, onun siyasi çəkisini artırdı. 

Qlobal forum göstərdi ki, müasir dövrdə şəhərsalma yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial rifah, təhlükəsizlik, ekoloji tarazlıq və iqtisadi inkişafla birbaşa bağlı olan strateji istiqamətdir. Bu baxımdan forum qlobal problemlərin müzakirə edildiyi, ortaq həll yollarının axtarıldığı və beynəlxalq həmrəyliyin təşviq olunduğu mühüm platforma kimi ön planda oldu. 

WUF13-ün Bakıda dünən son iş günü idi. Ötən bir həftə ərzində dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, ekspertlər və rəsmi şəxslər bir araya gələrək müxtəlif təcrübələri bölüşdülər və qlobal çağırışların həlli istiqamətində mühüm fikir mübadiləsi apardılar. Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi və qlobal həmrəyliyin təşviqi üçün əhəmiyyətli  məkan olduğunu sübut etdi.  Forum həmçinin azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu nümayiş etdirdi. 


Züleyxa  ƏLİYEVA, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!