02 Fevral 2023 16:28
638
CƏMİYYƏT
A- A+

Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə görüş olub  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri Kazutoşi Çatani və Anastasiya Dubova ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən dövrdə Azərbaycan və BƏT arasında uğurlu əməkdaşlıq gündəliyinin formalaşdığını, Azərbaycanın BƏT-in 58 Konvensiyasına qoşulduğunu qeyd edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, BƏT-lə birgə icra olunmuş proqram və layihələrin ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb, BƏT-lə əməkdaşlıqda yeni Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərinin aparıldığını qeyd edib.

İşçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması sahəsində ölkəmizdə aparılan işlər diqqətə çatdırılıb.

İstehsalat təlimlərinin, peşə təhsili üzrə şagirdlik sisteminin, müəyyən təcrübə keçmənin, iş təcrübəsi proqramları üzrə təlimlərin təşkilinin bu sahədə əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, BƏT-lə əməkdaşlıq sahələrindən biri də istehsalat təlimi, təkmilləşdirilmiş texniki peşə təhsili və təlimi ilə əlaqədar şagirdlik üzrə normativ bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi olub.

Görüşdə istehsalat təlimləri üzrə şagirdliyin statusu, iş və təlim şəraitləri, əməyin və bacarıqların qiymətləndirilməsi, şagirdliklə əlaqədar gender bərabərliyi, şagirdlik proqramlarının tətbiqi məsələləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video