20 Yanvar 2024 10:55
1415
Mədəniyyət
A- A+
Azərbaycan xalqının hüzn və qürur salnaməsi əsərlərdə

Azərbaycan xalqının hüzn və qürur salnaməsi əsərlərdə

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi qoşun hissələrini Azərbaycan xalqının azadlıq eşqini, müstəqillik arzusunu yox etmək üçün Bakıya göndərdi. Qurduqları plan dəhşətli, onu yerinə yetirənlər isə olduqca amansız idilər.
O gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri oldu. Uşaqlara, gənclərə, qocalara doğma şəhərin hər gün dolaşdıqları küçələrində güllələr yağdırdılar, tanklarla üzərlərindən keçdilər, evlərini gülləbaran etdilər. 
Qanlı Yanvarda Azərbaycan xalqına ağır yara vuruldu. Ancaq imperiya cəlladları məqsədlərinə çatmadılar. Bu xalqın azadlıq eşqini boğa, müstəqilliyə gedən yolunu kəsə bilmədilər.
Günlər, aylar, illər ötdükcə, 1990-ci ilin Qanlı Yanvar hadisələrində Azərbaycan xalqının göstərdiyi iradə, cəsurluq ədəbi-bədii nümunələrdə, rəsm, səhnə və ekran əsərlərində əksini tapdı.

 

Musiqinin fəryad səsi

 

Qanlı Yanvar hadisəsi bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığına təsir göstərdi. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev "Şəhidlər" simfoniyasını bəstələdi. Bəstəkar Oqtay Kazıminin eyni mövzuya həsr etdiyi simfoniyanın da adı "Şəhidlər"dir. Həmin il bəstəkar Hacı Xanməmmədov Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün "Əlimdə sazım ağlar" əsərini bəstələdi. Əsər 20 Yanvar şəhidlərinə ithaf olunmuşdu. Bəstəkarlar Tofiq Bakıxanovun "Humayun" simfonik muğamı, Azər Rzayevin "Bakı-90" simfoniyası, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil", "Haqq səninlədir", Azərbaycan" vokal-simfonik poemaları, Mobil Babayevin "Ağlama torpağım, ağlama" kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl günü", Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Faiq Sücəddinovun fortepiano üçün, Məmməd Quliyevin xor və orkestr üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə", Cavanşir Quliyevin xor üçün "Şəhidlər", Arif Mirzəyevin orqan üçün "Yanvar mərsiyələri", Aqşin Əlizadənin "Ana torpaq" odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi", "Qəm karvanı" oratoriyaları və digər əsərlərdə Qanlı Yanvarda xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna sonsuz ehtiram təcəssüm edildi.
Bu böyük faciənin, matəmin kədərini, qüssəsini, eyni zamanda qürurunu bəstəkarlar Fuad Cavadov "Qara Yanvar", Azad Zahid "Mədhiyyə" əsərlərində ifadə etdilər. İlham Quliyev "İlham və Fərizə" operasını, Nazim Quliyev "Şəhidlər" operasını, Oqtay Rəcəbov "Çingiz" oratoriyasını, Zabitə Məmmədova solist, xor və orkestr üçün "Elegiya"sını, Arif Mirzəyev "Yanvar passionları" matəm messasını, Azər Dadaşov "20 Yanvar" adlı xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniyasını yazdı. Rejissor Xamis Muradovun faktlar əsasında lentə aldığı "Şəhidlərdən-şəhidlərə" sənədli filminə Faiq Nağıyev musiqi yazdı.
20 Yanvar faciəsinə yalnız irihəcmli musiqi əsərləri deyil, mahnı və romanslar da ithaf edildi. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağısı", Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə "Qana dönən qərənfillər", Mehriban Əhmədova Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama", Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım", Ruhəngiz Qasımova "Şəhid oğullara", İlham Abdullayev Dönməzin sözlərinə "20 Yanvar" mahnılarını bəstələdilər.

 

Qanlı Yanvar hadisələri ekran əsərlərində

 

O faciəli günlərdə baş verən hadisələr kameranın yaddaşına köçürüldü və sonradan sənədli ekran əsərlərində geniş istifadə edilməyə başlandı.
"Salnamə" sənədli filmlər studiyasında Qanlı Yanvar hadisələrini əks etdirən "Azadlığa gedən yollar" tammetrajlı sənədli film rejissorlar Xamis Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən çəkildi. Həmin ilin - 1990-cı ilin oktyabrında ərsəyə gələn "20 Yanvar" sənədli filminin rejissoru isə Cahangir Zeynallıdır.
1990-cı ildə "Rakurs" sənədli filmlər studiyasında istehsal edilən "Matəm" qısametrajlı sənədli filmində 20 Yanvar şəhidlərinin qırxı ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən ümumxalq matəmi əks edildi. Filmin rejissoru və ssenari müəllifi Teymur Bəkirzadədir. Eyni ildə "Salnamə" sənədli filmlər studiyasında istehsal olunan "Şəhidlər və qazilər" qısametrajlı filmin rejissorları Xamis Muradov, Tofiq Məmmədov və Ramiz Əliyevdir. Filmdə Bakıda 1990-cı ilin 20 yanvarında sovet ordusu əsgərləri tərəfindən dinc əhalinin qətlə yetirilməsindən və əlil qalmalarından bəhs olunurdu. 
"Qəsd" qısametrajlı sənədli filmi də 1990-cı ildə çəkildi. Rauf Nağıyevin rejissoru olduğu bu ekran əsərində XIX əsrin ikinci onilliyində imzalanmış Türkmənçay və Gülüstan müqavilələrinə əsasən, Azərbaycanın iki yerə bölünməsi, rus imperiyasının köməyi ilə 1905-ci ildə və 1918-ci illərdə erməni daşnaqlarının törətdikləri qətliamlar, Leninin sərəncamı ilə 1920-ci ildə XI ordunun ölkəmizi işğal etməsi, 1930-cu illərin Stalin repressiyası, Qorbaçovun sərəncamı ilə 1990-cı ildə həyata keçirilən 20 Yanvar faciəsi təkzibolunmaz faklarla əks edilirdi.
"Boz qurdun harayı" qısametrajlı sənədli filmi isə 1991-ci ildə  təqdim edildi. "Salnamə" sənədli filmlər studiyasında ekranlaşdırılan, rejissorları Tofiq Məmmədov və Ramiz Əliyev olan bu sənədli film 20 Yanvar şəhidlərinin ildönümünə həsr edilmişdi. "Bakıda insan ovu" qısametrajlı sənədli filmi eyni ildə "Yaddaş" sənədli filmlər studiyasında Vaqif Azəryarın rejissorluğu ilə ekranlaşdırıldı.
20 Yanvar hadisələrindən bəhs edən "Qanlı Bakı" sənədli televiziya filmi 1994-cü ildə ekranlaşdırıldı. "Azərbaycantelefilm"in istehsalı olan filmin rejissoru Aydın Dadaşovdur. Qara Yanvar şəhidlərinə həsr olunan "Şəhidlik zirvəsi" qısametrajlı sənədli filmi isə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2001-ci ildə çəkildi. Filmin rejissorları Xamis Muradov və Tofiq Məmmədovdur.
 1990-cı ilin yanvarında sovet ordusunun hissələri Azərbaycanın bir sıra bölgələrində, həmçinin sərhədyanı rayonlarda güc tətbiq etdilər. Həmin tarixdə respublikamızın cənub rayonlarında törədilən qırğınlar 2002-ci ildə ekranlaşdırılan "Cənubda şimal küləyi" qısametrajlı sənədli filminin mövzusu oldu. "Salnamə" kinostudiyasında çəkilən filmin rejissoru Mahmud Məmmədovdur.
20 Yanvar faciəsindən illər ötür. Zaman keçəcək, amma Azərbaycan xalqı hüzn və qürur salnaməsinə çevrilən o tarixi unutmayacaq. Bu xalqın bəstəkar, rəssam, yazıçı, şair, ssenarist, rejissor övladları yeni-yeni əsərlərində həmin tarixdə baş verənlərdən - xalqımıza qarşı törədilmiş müsibətlərdən, haqsızlıqlardan bəhs edəcəklər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

            «Sabah”ın gənc ulduzu Avroda parlayır  

21:29
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

2026-cı ilin ilk 5 ayında 122 milyon manatdan çox vəsait geri qaytarılıb

19:42
05 İyun

BMT Baş katibi: “İqlim dəyişikliklərinə qarşı mübarizədə real həllər mövcuddur”

19:38
05 İyun

 “SpaceX”in çip zavodu layihəsi təsdiqlənib

19:26
05 İyun

“Google Gemini” artıq “Gmail”də də axtarış edə bilir

19:17
05 İyun

Milli Məclisin komissiyası CNN-i Azərbaycana qarşı informasiya təxribatında ittiham edib  

19:08
05 İyun

“Netflix”dən yeni tövsiyə sistemi

19:08
05 İyun

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib  

19:07
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!