04 İyun 2026 09:15
194
Mədəniyyət
A- A+
Şəhərlər xalqın taleyini yaşayır

Şəhərlər xalqın taleyini yaşayır


Azərbaycanın elə qədim şəhərləri var ki, onlar sadəcə yaşayış məskəni deyil, xalqın yaddaşı, tarixi, mədəni irsi və gələcəyə baxışının daşlaşmış salnaməsidir. İnsanlar kimi şəhərlərin də taleyi olur. Onlar doğulur, inkişaf edir, sınaqlardan keçir, bəzən dağılır, sonra yenidən qurulur və tarixin izlərini öz simalarında yaşadırlar. 

Bu mənada Azərbaycanın qədim şəhərləri olan Gəncə və Şəki əsrlərin sınağından çıxaraq bu gün də milli kimliyimizin daşıyıcıları kimi yaşayırlar. 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə  şəhərlərimizin tarixi inkişaf yoluna, memarlıq irsinə və müasir urbanizasiya proseslərinə yeni baxış bucağından nəzərdən keçirmək üçün bir vəsilə oldu. Gəncə və Şəkini, bütövlükdə Şərqin şəhərsalma mədəniyyətinin nadir nümunələri hesab etmək olar.

Qafqazın qədim şəhərlərindən olan Gəncə əsrlər boyu Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Tarixi mənbələr şəhərin ən azı 2500 illik keçmişə malik olduğunu göstərir. Böyük İpək yolunun üzərində yerləşən Gəncə tarixən ticarətin, sənətkarlığın və elmin inkişaf etdiyi mühüm mərkəzlərdən olub.

Gəncə dünya ədəbiyyatının dahilərindən olan Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənidir. Bəşəriyyətin mənəvi xəzinəsinə çevrilmiş "Xəmsə" kimi möhtəşəm əsərlər məhz bu şəhərdə yaradılıb. Nizaminin ideyaları əsrlər keçsə də,  aktuallığını itirməmiş, insanlığa humanizm, ədalət və mənəviyyat dərsi verməkdə davam edir. Gəncə həm də görkəmli dövlət xadimi Cavad xanın qəhrəmanlıq salnaməsini yaşadan bir şəhərdir. Onun azadlıq uğrunda göstərdiyi misilsiz müqavimət Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi bu gün də qürurla xatırlanır.

Şəhərin memarlıq irsi onun qədim tarixinin canlı şahididir. Qırmızı kərpicdən tikilmiş tarixi binalar, qədim karvansaralar, məscidlər və məqbərələr Gəncənin özünəməxsus memarlıq simasını formalaşdırır. İmamzadə Türbə Kompleksi Azərbaycanın ən möhtəşəm dini-memarlıq abidələrindən biri hesab olunur. Əsrlərin yadigarı olan bu müqəddəs məkan həm dini, həm də memarlıq baxımından böyük əhəmiyyət daşıyır.

Gəncənin memarlıq xəzinəsində xüsusi yer tutan tarixi abidələrdən biri də Şah Abbas Məscidi, yaxud Gəncə Cümə məscididir. Gəncəçayın sol sahilində, şəhərin qədim mərkəzində ucalan bu möhtəşəm ibadət ocağı XVII əsrdə Aran memarlıq məktəbinin gözəl ənənələri əsasında inşa edilib. Əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan məscid yalnız dini abidə deyil, həm də Azərbaycan memarlıq təfəkkürünün zənginliyini əks etdirən nadir sənət nümunəsidir. Onun ümumi memarlıq kompozisiyası, günbəz quruluşu, portalların həlli və dekorativ elementləri Orta əsr Azərbaycan memarlığının klassik portal-günbəz ənənələrinin uğurlu davamı kimi diqqəti cəlb edir. Məscidin memarlığında Azərbaycanla yanaşı, qonşu ölkələrin zəngin memarlıq təcrübəsinin bəzi xüsusiyyətləri də yaradıcı şəkildə tətbiq olunub. Bununla belə, tikilidə heç bir təqlidçilik hiss olunmur, əksinə, Aran memarlıq məktəbinə xas olan sadəlik, aydınlıq, ifadəlilik və monumentallıq bütün elementlərdə özünü göstərir. Gəncə Cümə məscidi bu gün də şəhərin tarixi simasının ayrılmaz hissəsi kimi qədim Gəncənin mənəvi və mədəni əzəmətini yaşatmaqdadır.

Hazırda Gəncə qədim tarixlə müasirliyin vəhdət təşkil etdiyi şəhərə çevrilib. Geniş prospektlər, yaşıl parklar, müasir yaşayış kompleksləri, yeni təhsil və mədəniyyət müəssisələri şəhərin inkişafının göstəricisidir. Son illər həyata keçirilən yenidənqurma layihələri Gəncənin simasını daha da gözəlləşdirib. Heydər Əliyev Park Kompleksi, müasir bulvarlar və yaşıllıq zolaqları şəhərə xüsusi cazibə verir.

Prezident İlham Əliyev Gəncənin ölkəmizin həyatındakı rolu haqqında dəfələrlə qeyd edib: "Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və ölkəmizin iqtisadi, mədəni və tarixi həyatında xüsusi yer tutur". Bu fikir dövlət başçısının şəhərin inkişafına göstərdiyi diqqətin ifadəsidir.

Azərbaycanın şimal-qərbində yerləşən Şəki isə əsrlərin dərinliyindən gələn başqa bir mədəniyyət möcüzəsidir. Dağların qoynunda yerləşən bu şəhər təbiət və memarlığın möhtəşəm harmoniyasıdır. Şəkinin tarixi 2 min ildən artıq dövrü əhatə edir. Qədim Albaniya dövlətinin mühüm yaşayış məntəqələrindən biri olmuş şəhər sonralar ipək istehsalı və ticarəti ilə bütün Şərqdə şöhrət qazanıb. Şəki xanlığı dövründə şəhər regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib.

Şəkinin  incisi, bu qədim şəhəri dünyada tanıdan ən nadir tarixi abidələrdən biri Şəki Xan Sarayıdır. Dünya memarlıq sənətinin nadir nümunələrindən sayılan bu saray rəngli şəbəkələri, incə naxışları və bənzərsiz bədii həlli ilə heyranlıq doğurur. Sarayın hər divarı, pəncərəsi xalqımızın yüksək estetik zövqünü nümayiş etdirir. Şəhərin qədim karvansaraları, məhəllə sistemi, daş küçələri və tarixi evləri əsrlərin ruhunu bu günə qədər qoruyub saxlayıb. Məhz bu xüsusiyyətlərinə görə Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Şəkinin memarlığını onun təbiətindən ayırmaq mümkün deyil. Yaşıl meşələrlə örtülmüş dağlar, gur bulaqlar, çaylar və saf hava şəhərə xüsusi gözəllik bəxş edir. Buraya gələn turistlər insanların təbiətin qoynunda yaşadığını hər addımda hiss edirlər. Şəki sanki dağların sinəsinə sığınmış bir sənət əsəridir.

Gəncə və Şəki yalnız tarixi abidələri ilə deyil, ətraf mühitlə yaratdıqları harmoniyaya görə də seçilirlər. Gəncənin geniş düzənlikləri, Göygöl bölgəsinin ecazkar mənzərələri, meşələrlə örtülmüş dağ silsilələri şəhərin təbii gözəlliyini tamamlayır. Göygöl Milli Parkı bölgənin təbiət incilərindən biri kimi minlərlə insanı özünə cəlb edir. Şəkinin isə dağ-meşə landşaftı, Kiş çayının sahilləri, əsrarəngiz təbiəti isə insanla təbiətin əbədi dialoqunu xatırladır. Burada əsrlər boyu formalaşmış memarlıq ənənələri ətraf mühitə uyğun inkişaf etmişdir.

Bu gün Azərbaycanın şəhərsalma siyasəti məhz bu harmoniyanın qorunmasına əsaslanır. Tarixi irsin mühafizəsi ilə müasir infrastrukturun yaradılması arasında tarazlıq təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərlərin tarixi simasını qorumaqla yanaşı, onların müasir inkişafına da xidmət edir.

Dövlətimizin başçısı Bakıda keçirilən beynəlxalq forum - WUF13-də Azərbaycanın qədim şəhərlərinin dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğulayaraq Gəncə, Şəki və digər tarixi şəhərlərin ölkəmizin mədəni xəzinəsi olduğunu qeyd etmişdir.

Gəncə və Şəki bu gün də keçmişlə gələcək arasında körpü yaradır, tarixi yaddaşı qoruyur, müasir inkişafın ritminə uyğun durmadan inkişaf edir. Bu şəhərlərin küçələrində dolaşarkən insan yalnız daşları, binaları və meydanları görmür, burada əsrlərin nəfəsini, xalqın ruhunu və Azərbaycanın əzəmətli tarixini hiss edir.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb  

11:47
04 İyun

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

11:43
04 İyun

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

11:33
04 İyun

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq  

11:31
04 İyun

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib  

11:26
04 İyun

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

11:23
04 İyun

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

11:19
04 İyun

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

11:03
04 İyun

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

10:58
04 İyun

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

10:51
04 İyun

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

10:48
04 İyun

Dünya bazarında qızıl 33 dollar bahalaşıb

10:42
04 İyun

Azərbaycan nefti 104 dollara satılıb

10:36
04 İyun

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

10:23
04 İyun

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

10:19
04 İyun

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

10:09
04 İyun

Xəzərdə zəlzələ olub

10:02
04 İyun

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

10:01
04 İyun

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

09:50
04 İyun

İndi kəndimizin futbol meydançası da var

09:45
04 İyun

Kəndimizin su problemi həll olundu

09:40
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!