05 İyun 2026 21:13
163
İQTİSADİYYAT
A- A+
İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb


Yerli və xarici investorlarla sahibkarlar arasında əlaqələrin qurulmasına xidmət edən İnvestisiya Portalında layihələrin və istifadəçilərin sayı artmaqda davam edir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, eləcə də startapların biznes ideyalarına sərmayə qoyuluşunu təşviq edən portalda indiyədək 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si investisiya cəlbi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır.

Portalda təqdim olunan layihələr kənd təsərrüfatı, sənaye, istehsal, xidmət və digər sahələri əhatə edir. Bu günədək 1300-dən çox sahibkar, investor və startap layihələrlə tanış olmaq və ya öz layihələrini yerləşdirmək məqsədilə invest.smb.gov.az platformasında qeydiyyatdan keçib.

İnvestisiya Portalı vasitəsilə biznes sahibləri əlavə maliyyə resursları cəlb edərək fəaliyyətlərini genişləndirmək imkanı əldə edirlər. İnvestorlar isə perspektivli layihələrə yatırım etməklə gəlir qazanmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin inkişafına, yeni məhsul və xidmətlərin yaradılmasına da dəstək göstərirlər.

Portal sahibkarlarla investorlar arasında əməkdaşlığın genişlənməsinə və ölkədə biznes mühitinin inkişafına töhfə verən mühüm platformalardan biri kimi fəaliyyətini davam etdirir.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

            «Sabah”ın gənc ulduzu Avroda parlayır  

21:29
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

2026-cı ilin ilk 5 ayında 122 milyon manatdan çox vəsait geri qaytarılıb

19:42
05 İyun

BMT Baş katibi: “İqlim dəyişikliklərinə qarşı mübarizədə real həllər mövcuddur”

19:38
05 İyun

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 

19:29
05 İyun

 “SpaceX”in çip zavodu layihəsi təsdiqlənib

19:26
05 İyun

“Google Gemini” artıq “Gmail”də də axtarış edə bilir

19:17
05 İyun

Milli Məclisin komissiyası CNN-i Azərbaycana qarşı informasiya təxribatında ittiham edib  

19:08
05 İyun

“Netflix”dən yeni tövsiyə sistemi

19:08
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!