05 İyun 2026 09:00
251
Mədəniyyət
A- A+
Xətt-oyma sənətinin yaradıcısı

Xətt-oyma sənətinin yaradıcısı


Ötən əsrin ikinci yarısında Azərbaycanda xəttatlıq ilə oymakarlıq sənətinin birgə işlənməsi nəticəsində yaranan yeni xətt-oyma sənətinin ustası, Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsim oğlu Məmmədvəliyevin adı ədəbi aləmdə, xüsusən də mədəniyyət, incəsənət, rəssamlıq və xəttatlıq sahəsinin nümayəndələri arasında hörmətlə çəkilir. 

Seyfəddin Mənsimoğlunun oymaçılıq sənətinə vurğunluğu kiçik yaşlarından doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd məktəbində təhsil aldığı illərə təsadüf edir. Bu sənətlə daha yaxından tanış olmaq məqsədilə o, 1955-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. 1960-cı ildə məktəbi bitirdikdən sonra gənc məzun rəssamlıq sənətinin sirlərini təhsil aldığı  kənd məktəbində rəsm və rəsmxət fənni tədris edərkən uşaqlara böyük həvəslə öyrədir. 

Lakin bu sənətə olan vurğunluğu, xəttatlıq sənəti ilə daha dərindən məşğul olmaq istəyi kənd müəllimini yenidən Bakıya qayıtmasına məcbur edir. Bu gəlişlə tale onu 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayır. İnstitutda işləyə-işləyə rəssamlıq sənətinin xəttatlıq və oymakarlıq sahələri ilə yaxından maraqlanır, biliyini və təcrübəsini artırmaq üçün 1970-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. 1975-ci ildə institutu bitirdikdən sonra yaradıcılıq işləri ilə daha ciddi şəkildə məşğul olmağa başlayır. Bir müddətdən sonra onun dünya klassiklərinə və Allah-Təalanın müqəddəs kəlamlarına, "Qurani-Kərim"dən ayələrə həsr olunmuş ağac üzərində xətt-oyma əl işləri geniş şöhrət qazanır.

Ustadın klassiklərə həsr olunmuş "Nizami Gəncəvi", "İmadəddin Nəsimi" (ilk işlərindəndir), "Sultan Məhəmməd", "Aşıq Qurbani", "Məhəmməd Füzuli türbəsi", "Mövlanə Cəlaləddin Rumi", "Hüseyn Cavid", "Leyli və Məcnun", "Babur Şah", "Üzeyir Hacıbəyli", "Əlişir Nəvai", "Xaqani Şirvani", "Məhsəti Gəncəvi", "Məhəmməd Füzuli", "Məhəmməd Allahın Rəsuludur", "Şah İsmayıl Xətai", "Şəmsi Təbrizi", "Nəsrəddin Tusi" kimi görkəmli şəxslərin portretləri, eyni zamanda müqəddəs kəlamların əks olunduğu möhtəşəm əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 

Mütəxəssislərin fikrincə, Seyfəddin müəllimin ağac üzərində xətti oyaraq böyük bacarıqla yaratdığı əsərlər oyma sənətində yeni bir janrın yaranmasına səbəb olmuşdur. Taxta üzərində xətt-oyma əl işlərinin hər biri əsərin kompozisiyasından, mürəkkəbliyindən asılı olaraq 2-6 ay müddətində başa gəlir. Bütün əsərlərini qızılağac, fıstıq və qoz ağacları üzərində yaradan S.Mənsimoğlunun sənət əsərləri dəfələrlə Azərbaycanda və onun hüdudlarından kənarda - Türkiyədə, Fransada, Almaniyada təşkil edilən sərgilərdə nümayiş etdirilib. Böyük sənətkarın əsərlərindən nümunələr Berlində İslam Mədəniyyəti Muzeyində, eləcə də respublikamızın muzeylərində, bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sərgi zalında qorunur və təbliğ olunur.

Bu barədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli müxbirimizə demişdir: "Seyfəddin müəllim uzun illər bizim institutun böyük hörmət və ehtirama layiq əməkdaşı olmuşdur. Xatırladım ki, müstəqil Azərbaycan dövlətçiliyi mövzusu Seyfəddin Mənsimoğlunun yaradıcılığında xüsusi yer tutur. Azərbaycan xəritəsinin fonunda dairəvi çevrənin iç səthinin kənarlarında yazılmış "Müstəqilliyimiz əbədidir" sözləri ilə əhatə olunan Ümummilli Lider Heydər Əliyevin parlaq obrazı müstəqil dövlətçiliyin simvolu mənasını daşıyır. Dairənin eşik səthinin kənarlarında Azərbaycan Respublikasının gerbinin konturlarının təsvir edilməsi ağacoyma tablosunda ifadə olunan dövlətçilik ideyasını bir daha tamamlayır. Dairəvi portretin dərinə salınmış iç səthi ilə kənar çevrəsi arasındakı boşluqla əks olunmuş parlaq xətlər günəş şüaları mənasını bildirib, Heydər Əliyev ideallarının əbədiyaşarlığı və xalqımızın yollarına daim işıq salacağı mənasını ifadə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin portretinin böyük məharətlə ağacdan işlənmiş dövlət gerbinin içərisində verilməsi dövlət rəhbərimizin simasında müstəqil dövlətçiliyimizin bundan sonra daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin tam zəmanət qazanması qənaətini mənalandırır. Ulu Öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" sözlərinin dairəvi səthin iç kənarında həkk olunması ölkə rəhbərinə bəslənən ümumxalq etimadı fikrini daha da möhkəmləndirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətçilik rəmzləri və buta ornamentlərinin əhatəsində yerləşdirilmiş portreti, onun müstəqil dövlətimizin inkişafına göstərdiyi etibarlı dəstəyini və xoşməramlı missiyasını əks etdirir.

Seyfəddin Məmmədvəliyevin ayrıca hazırladığı "Müstəqilliyimiz əbədidir" xəttatlıq nümunəsi onun dövlətçilik silsiləsini uğurla tamamlayır. Beləliklə, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin, ölkəmizin Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın portretləri ağacoyma sənətində ilk dəfə Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlu tərəfindən yaradılmışdır".

Respublikada və xarici ölkələrdə Seyfəddin müəllimin yaradıcılığına və əl işlərinə dair dövri mətbuatda məqalələr dərc olunmuşdur. Azərbaycan, Türkiyə, Rusiya və İran telekanalları onun haqqında verilişlər hazırlayaraq yaratdığı yeni sənət nümunələri ilə tamaşaçıları tanış etmişlər. Bundan başqa, Seyfəddin müəllimin "Çoban bulağından başlanan yol" adlı kitabı (2011) da oxucularda maraq doğurmuşdur. Kitabda xətt-oyma ustasının məqalələri, bədii yazıları və tanınmış sənət adamlarının onun haqqında xoş xatirələri toplanmışdır.

"Deyimlərim... Duyumlarım... Düyünlərim" 2014-cü ildə, "Xəttin sənət möcüzəsi" kitabı isə 2016-cı ildə işıq üzü görmüşdür. Kitabda Seyfəddin Mənsimoğlunun ağacoyma ilə xəttatlıq sənətini birləşdirən əsərlərinin fotoları əks olunmuş, haqqında Azərbaycan, ərəb və ingilis dillərində məlumat verilmişdir.

Seyfəddin müəllimin sənətə olan vurğunluğunun təsiri özünü övladlarında da göstərib. Böyük oğlu, görkəmli miniatürçü, istedadlı rəssam Fəxrəddin Məmmədvəliyevin əsərləri yalnız respublikamızda deyil, Avropa və Şərq ölkələrində də yüksək qiymətləndirilir. İkinci oğlu Firudin bacarıqlı xəttat kimi tanınır. Üçüncü oğlu Səbuhi isə mahir fotoqrafdır. Mədəniyyət, incəsənət, rəssamlıq və ədəbi aləmdə 90 illiyi qeyd edilən xətt-oyma sənətinin ustadı Seyfəddin Mənsimoğlunun yaradıcılığı bu sənətə meyil göstərən gənclər üçün örnək və məktəbdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

            «Sabah”ın gənc ulduzu Avroda parlayır  

21:29
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

2026-cı ilin ilk 5 ayında 122 milyon manatdan çox vəsait geri qaytarılıb

19:42
05 İyun

BMT Baş katibi: “İqlim dəyişikliklərinə qarşı mübarizədə real həllər mövcuddur”

19:38
05 İyun

 “SpaceX”in çip zavodu layihəsi təsdiqlənib

19:26
05 İyun

“Google Gemini” artıq “Gmail”də də axtarış edə bilir

19:17
05 İyun

Milli Məclisin komissiyası CNN-i Azərbaycana qarşı informasiya təxribatında ittiham edib  

19:08
05 İyun

“Netflix”dən yeni tövsiyə sistemi

19:08
05 İyun

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib  

19:07
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!