05 İyun 2026 13:58
241
Elm və texnika
A- A+
“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb  

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb  


Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin bütün nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin olunması məqsədilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir. Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi latın qrafikasında nəşr edilərək oxucuların ixtiyarına verilib. Doqquzuncu cild 1919-cu ilin noyabr ayını (311-333-cü nömrələri) əhatə edir.

ADA Universitetinin rektoru Hafiz Paşayev topluya yazdığı “Ön söz”də layihənin əhəmiyyətindən, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolundan vəhs edib. O, 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin tam külliyyatının ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmini və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük maraq doğuracağını vurğulayıb.

Toplunun XIV cildində hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müzakirə olunan qanun layihələri barədə materiallar, həmçinin bədii ədəbiyyat nümunələri yer alıb. Yeni cilddə qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və separatçılıq siyasətini əks etdirən məqalələr də dərc olunub. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırmaçılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir. Məqalələri oxuyarkən tarixin təkrarlandığının, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugünkü Azərbaycanda baş verən hadisələr arasındakı paralellərin, oxşarlıqların, müəyyən məqamlarda eyniyyətin şahidi oluruq. Məsələn, “Ermənistanda” (4 noyabr, nömrə 313) başlıqlı məqalədə oxuyuruq: “Yerkir” qəzetəsinin əxbaratına nəzərən [xəbərlərinə görə], Türkiyə Qara dəniz sahillində [sahillərində] həyatın namüsait şərait altında olmasından dolayı, Qarasu, Ordu, Qaranlı və Samsun erməniləri böyük dəstələrlə Qafqaziyaya mühacirət etməyə başlamışlardır. Onlara verilən itminanlara [təminatlara] da baxmayaraq, 1915-ci sənə hadisətinin təkərrüründən qorxurlar. Onlar yerlərində qalmadansa, mühacirət edərək fəqr [yoxsulluq] və ehtiyac içində yaşamağı tərcih edirlər Göründüyü kimi, məqalə tarixdən nəticə çıxarmaq üçün olduqca əhəmiyyətli və vacibdir. Bu mənada ADA Universitetinin xeyirxah təşəbbüsü Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək baxımından alqışa layiqdir. Həmin nömrədə “Teatro və Musiqi” rubrikasında “Yezid ibn Müaviyə” başlıqlı elan da maraqlıdır: “Bu gün seşənbə [çərşənbə axşamı] günü, təşrini-saninin (noyabrın) 4-də axşam Dövlət Teatrosunda məşhur müvərrix [tarixçi] Corci Zeydanın “Kərbəla yangısı” nam [adlı] əsərindən iqtibas edilmiş “Yezid ibn Müaviyə” nam faciə mövqeyi-tamaşaya qoyulacaqdır. Həmin faciə Mehdi bəy Hacıbababəyov tərəfindən səhnəyə salınmışdır.

Faciə dörd məclis, yeddi şəkildədir. Həmin tamaşa yeni dekorasiya və libaslarla oynanacaqdır.

Tamaşa axşam saat 8 tamamda başlanacaqdır. Biletlər satılır teatrın kassasında...”

Regional əməkdaşlıq və etibarlı tərəfdaşlıq ideyalarını ehtiva edən “Qonşuluq” (5 noyabr, nömrə 314) sərlövhəli məqalə isə o dövrün geosiyasi reallıqlarını işıqlandırmaqla bərabər, müasir dövrün regional münasibətləri baxımından da böyük aktuallıq kəsb edir: “...Azərbaycanın İrandan ötrü ən səmimi bir xeyirxah olduğunu dəlil və sübutlarla isbata bir o qədər də ehtiyac yoxdur. Burasını iranilər özləri yaxşı bilmədur. Aramızda dini, siyasi, ictimai və iqtisadi olaraq ən sıxı bir mərbutiyyət [bağlılıq] və yaxınlıq mövcud olduğu halda, Azərbaycan İrana qarşı bədxahanə bir vəziyyət ixtiyarına yol verməz...”

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!