10 İyun 2026 08:35
352
İQTİSADİYYAT
A- A+
Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"


Bu şirkətin adı "Türkiye Petrolleri Anonim Ortaklığı"dır. Çox zaman onu qısaca TPAO, yaxud "Türkiye Petrolleri" adlandırırlar. 72  yaşlı TPAO Azərbaycanda həyata keçirilən qlobal neft, qaz və ixrac layihələrində ən yaxın təfəfdaşlarımızdandır.

"Türkiye Petrolleri" 1954-cü ildə milli şirkət olaraq Türkiyədə karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neft və qazın emalı, eləcə də marketinq fəaliyyətlərində iştirak etmək məqsədilə yaradılıb. 1983-cü ilə qədər inteqrasiya olunmuş neft şirkəti kimi bu sahələrin hər birində ilklərə imza atıb. Bu gün isə sırf upstream (kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilat) sektorunda iştirak edən milli neft şirkətidir.  Ölkə iqtisadiyyatının mühüm aktoru olan TPAO ötən onilliklər ərzində Türkiyə neft sənayesinə bir çox uğur qazandırıb.

Hazırda "Türkiye Petrolleri" öz ölkəsi ilə yanaşı, Azərbaycan, İraq, Liviya, Pakistan, Somali və digər ölkələrdə fəaliyyət göstərən geniş beynəlxalq layihələr portfeli ilə neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, qazma işləri, eləcə də enerji layihələrinin idarə olunması ilə məşğuldur. Bu şirkət Azərbaycana 1994-cü ildə gəlib. Yəni burada "Əsrin müqaviləsi" imzalanan vaxtdan fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ötən 32 il ərzində Azərbaycanın dünyaya səs salan möhtəşəm layihələri həyata keçirilərkən TPAO bizimlə olub və onların reallaşmasında öz zəhmət, səriştə və təcrübəsini sərf edib. Belə ki, o, "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri (CQBK) və "Şəfəq-Asiman" layihələrində dünyanın bir sıra tanınmış şirkətləri ilə yanaşı tərəfdaşlıq edir və həmin layihələrin hər birində sanballı iştirak payına malikdir. 

"Əsrin müqaviləsi" adını almış AÇG-nin tammiqyaslı işlənməsi layihəsinə TPAO  bu barədə möhtəşəm sazişin imzalandığı gündən - 1994-cü il sentyabrın 20-dən qoşulub. Ötən müddət ərzində TPAO "Azəri-Çıraq-Günəşli" ilə birgə addımlayaraq onu uğurdan uğura aparan şirkətlərdən biri olub. Bu gün layihədə 5,73 faiz iştirak payına malikdir.

  Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində isə TPAO-nun iştirak payı 6,53 faiz təşkil edir. Şirkət bu layihəyə kəmərin tikintisi mərhələsində qoşulub. Rəsmi olaraq 2003-cü ildə layihədə yer alıb.

"Türkiye Petrolleri" eləcə də  dünyanın ən nəhəng karbohidrogen yataqlarından olan "Şahdəniz"in tərəfdaşları sırasındadır. Bu qaz-kondensat yatağının işlənməsi layihəsinə  ilk dəfə 1996-cı ildə - Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandıqda qoşulub. Lakin şirkətin ilkin payı 9 faiz təşkil edib, 2014-cü ilin mayından isə bu göstərici 19 faizə  çatdırılıb.

TPAO  Cənubi Qafqaz Boru Kəməri layihəsinə də rəsmi olaraq həmin vaxt - 2014-cü ilin may ayında qoşulub və hazırda CQBK-da 19 faizlik iştirak payı var. 

Şirkətin SOCAR və BP ilə tərəfdaşlığı uğurla davam edir. Keçən il iyunun 3-də "Bakı Enerji Həftəsi" çərçivəsində TPAO şirkətinin "Xəzər dənizinin Azərbaycan sektorundakı" Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş"ə qoşulmasına dair sənədlər imzalandı.

 SOCAR, BP və TPAO arasında imzalanan bu sənəd layihəni irəli aparan ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək. Qeyd edək ki, "Şəfəq-Asiman" dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir. Bu blok "Şahdəniz"dən 60 kilometr aralıdadır. Səngəçal terminalından isə "Şəfəq-Asiman"ı 145 kilometrlik məsafə ayırır. 

Xatırladaq ki, BP ilə SOCAR arasında "Şəfəq-Asiman" dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. 2012-ci ildə  müqavilə sahəsində üçölçülü seysmik məlumatların toplanması proqramı həyata keçirilib. Əldə olunmuş seysmik məlumatların interpretasiyası isə 2015-ci ildə başa çatıb. Bundan sonra kəşfiyyat quyusunun qazılacağı yer seçilib və qazma işlərinin planlaşdırılması aparılıb. 

Nəticədə 2020-ci ilin yanvarında  SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanıb  və bu iş 2021-ci ilin martında sona çatıb. Həmin  quyu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılıb və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanıb.

"Şəfəq-Asiman"da layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. "Şəfəq-Asiman"da iştirak payları belədir: BP (operator - 35 faiz), SOCAR (35 faiz) və TPAO (30 faiz).

SOCAR-ın prezidenti Rövşən Nəcəf bu layihədəki üçtərəfli tərəfdaşlıq haqqında  belə deyib: " TPAO-nun "Şəfəq-Asiman" tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu strateji əməkdaşlıq Azərbaycanın dəniz ehtiyatlarının qiymətləndirilməsi və mümkün işlənməsini irəli aparmaq üçün regional tərəfdaşlıqların əhəmiyyətini bir daha vurğulayır. BP və TPAO ilə birlikdə məqsədimiz qiymətləndirmə prosesini sürətləndirməklə nəticədə enerji təhlükəsizliyini artırmaq və bütün maraqlı tərəflərə əlavə dəyər gətirməkdir".

Bu əməkdaşlıq SOCAR-ın geniş yerli təcrübəsini, BP-nin qabaqcıl texnologiyasını və TPAO-nun dəniz sahəsindəki təcrübəsini bir araya gətirir. Məqsəd Xəzər dənizindəki bu perspektivli strukturun tam potensialını birlikdə üzə çıxarmaqdır. 

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı çərçivəsində qazanılan uğurlarda TPAO-nun iştirakçısı olduğu layihələrin adı cari ayın əvvəlində keçirilmiş "Bakı Enerji Həftəsi"ndə də vurğulanıb.


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!