10 İyun 2026 08:40
326
İQTİSADİYYAT
A- A+
Qazaxlı fermerlər biçinə hazırdırlar 

Qazaxlı fermerlər biçinə hazırdırlar 


Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında dövlət başçısının müvafiq sərəncamı bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bütün bunlar barədə Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə ətraflı söhbət getmiş, dövlət proqramının icrasından irəli gələn vəzifələr ətraflı müzakirə edilmişdir. Müşavirədə rayon üzrə istehsal olunan məhsulların həcminin artırılması, sahibkarlara göstərilən dövlət qayğısı, taxıl biçininə hazırlıq işlərinin vəziyyəti, biçinin vaxtında və itkisiz başa çatdırılması, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, mövsümi suvarmanın təmin edilməsi ətraflında müzakirələr aparılmışdır. 

Müşavirədə  rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulan məqsədlərin hər kəs üçün fəaliyyət proqramı olduğunu qeyd etmiş, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların qısa müddətdə müsbət nəticələr verəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, dövlət tərəfindən sahibkarlara, kəndli fermer təsərrüfatlarına verilən dəstək ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına təsirsiz qalmayacaq. Müşavirədə kənd təsərrüfatının neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu qeyd edilərək aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır. 

Qeyd edilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq xeyli yüksəlmişdir. Məhsuldarlığın artırılmasında başlıca səbəblərdən biri kimi bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması qeyd edilmişdir. Bu sahənin daim diqqət mərkəzində saxlanması və hər il rayonda olan suvarma arx və kanalların təmir olunması və təmizlənməsi istiqamətində görülən işlərin sayəsində təsərrüfatların su problemi minimuma enmişdir. Bunun bir səbəbi də əkin sahələrinin suvarılmasında subartezian quyularından səmərəli istifadə olunmasıdır. Yeri gəlmişkən qeyd edək ki, rayonda hazırda 214 subartezian quyusu istismar edilir. Həmçinin sudan qənaətlə istifadə olunması diqqət mərkəzində saxlanılır. Bunun üçün cari ildə kəndlərdə gecə və gündüz tərtib olunmuş növbəlilik cədvəli tərtib edilərək həyata keçirilir. 

Sonda bildirək ki, 2026-cı ilin məhsulu üçün rayon üzrə 6950 hektarda arpa, 4782,8 hektarda buğda olmaqla 11732,8 hektarda taxıl səpini aparılmışdır. Taxıl biçininə hazırlıq çərçivəsində 28 kombayn saz vəziyyətə gətirilmişdir. 30 kombaynın isə digər rayonlardan dislokasiya olunacağı planlaşdırılmışdır. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!