10 İyun 2026 09:25
197
Səhiyyə
A- A+
Uzunömürlülüyün sirləri

Uzunömürlülüyün sirləri


Dünyanın bəzi ərazilərində yaşayan insanlar uzun ömür sürmələri ilə diqqət çəkirlər. Bu insanların həyat tərzi hər zaman alimlərin, həkimlərin və dietoloqların araşdırma mövzusu olub. Aparılan tədqiqatlar göstərir ki, uzunömürlülük təkcə genetik faktorlarla bağlı deyil. İnsanların necə qidalanması, gündəlik həyat tərzi, sosial münasibətləri, fiziki aktivliyi və psixoloji vəziyyəti də ömrün uzunluğuna ciddi təsir göstərir. Məhz buna görə dünyanın ən uzunömürlü cəmiyyətləri üzərində aparılan araşdırmalar son illərdə daha da genişlənib və alimlər bu insanların ortaq xüsusiyyətlərini müəyyən etməyə çalışıblar.

Bu araşdırmaların mərkəzində isə "Mavi Zona" adlanan bölgələr dayanır. "Mavi Zona" termini dünyada yüz yaşdan çox yaşayan insanların sayının yüksək olduğu bölgələri ifadə edir. Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi, Yunanıstanın İkariya adası, Kosta Rikanın Nikoya yarımadası və ABŞ-nin Kaliforniya ştatındakı Loma Linda şəhəri bu bölgələrə daxildir. Həmin ərazilərdə yaşayan insanların həyat tərzi digər cəmiyyətlərlə müqayisədə daha sağlam hesab olunur və onların uzunömürlü olmasının əsas səbəbləri məhz burada axtarılır.

Mütəxəsislər bildirirlər ki, bu bölgələrdə yaşayan insanların həyat tərzi müəyyən ortaq xüsusiyyətlərlə seçilir. Belə ki, genetik faktorlar mühüm rol oynasa da, sağlam və uzun ömür üçün əsas təsir göstərən amillər qidalanma, stresin idarə olunması, sosial münasibətlər və fiziki aktivlikdir. "Mavi Zona"da yaşayan insanlar  da gündəlik həyatlarında sadə, lakin sağlam vərdişlərə üstünlük verirlər və bu vərdişlər illər ərzində onların sağlamlığını qoruyur.

Araşdırmalar göstərir ki, uzunömürlülüyün ən vacib səbəblərindən biri qidalanma rejimidir. Okinava adasında yaşayan insanlar əsasən kalorisi az, lakin qida dəyəri yüksək olan məhsullar qəbul edirlər. Onların gündəlik menyusunda tərəvəzlər, dəniz məhsulları, tofu, paxlalılar və yaşıl çay mühüm yer tutur. Bu qidalar antioksidantlarla zəngin olduğu üçün orqanizmdə hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edir. Alimlər hesab edirlər ki, məhz bu qidalanma sistemi ürək-damar xəstəliklərinin, şəkərli diabetin və digər xroniki problemlərin riskini azaldır.

Okinava sakinlərinin maraqlı xüsusiyyətlərindən biri də "Hara haçi bu" adlanan ənənəyə əməl etmələridir. Bu prinsipə görə insanlar tam doymadan, təxminən 80 faiz toxluq hiss edənə qədər yemək yeyirlər. Həkimlərin fikrincə, həddindən artıq qidalanmadan uzaq durmaq həm həzm sistemini qoruyur, həm də orqanizmdə piylənmənin qarşısını alır. Mütəxəssislər qeyd edirlər ki, müasir cəmiyyətlərdə insanların çoxu normadan artıq qida qəbul edir və bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Daxili xəstəliklər üzrə mütəxəssislər uzunömürlü insanların əsasən emal olunmuş məhsullardan uzaq durduqlarını bildirirlər. Onlar qida rasionlarında təzə tərəvəzlərə, meyvələrə, tam taxıllara, zeytun yağı kimi sağlam yağlara və təbii protein mənbələrinə üstünlük verirlər. Bu cür qidalanma həm orqanizmin immun sistemini gücləndirir, həm də yaşlanma prosesini ləngidir. Həkimlərin fikrincə, son illərdə sürətli həyat tərzi insanları daha çox hazır və emal olunmuş məhsullara yönəldib. Lakin "Mavi Zona"da yaşayan insanlar hələ də təbii və mövsümi məhsullarla qidalanmağa davam edirlər.

Sardiniyada yaşayan insanların həyat tərzi də alimlərin xüsusi diqqətini çəkir. Bu bölgədə yaşayan yaşlı insanların əksəriyyəti gündəlik həyatlarında olduqca aktivdirlər. Onlar uzun yürüşlər edir, kənd təsərrüfatı işləri ilə məşğul olur və fiziki fəaliyyəti həyatlarının adi hissəsi hesab edirlər. Araşdırmalar göstərir ki, fiziki aktivlik təkcə bədən sağlamlığı üçün deyil, həm də zehni sağlamlıq üçün vacibdir. Hərəkətsiz həyat tərzi isə ürək xəstəlikləri, piylənmə və digər problemlərin yaranma riskini artırır.

Mütəxəssislərin fikrincə, uzunömürlü insanların idmana yanaşması da fərqlidir. Onlar ağır məşqlərdən daha çox gündəlik təbii hərəkətə üstünlük verirlər. Bağçılıq, velosiped sürmək, piyada gəzmək və ev işləri onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu fəaliyyətlər bədəni daim hərəkətdə saxlayır və insanın yaşlandıqca da aktiv qalmasına kömək edir.

Uzunömürlülükdə mühüm rol oynayan digər amillərdən biri sosial münasibətlərdir. "Mavi Zona"da yaşayan insanlar ailələri və dostları ilə sıx əlaqələr qururlar. Onlar tez-tez bir araya gəlir, birlikdə vaxt keçirir və bir-birinə dəstək olurlar. Bu da psixoloji sağlamlığa birbaşa təsir göstərir. Tənhalıq və sosial təcrid isə insan sağlamlığı üçün siqaret və piylənmə qədər təhlükəli hesab olunur. İnsanın özünü bir cəmiyyətin üzvü kimi hiss etməsi stresin azalmasına kömək edir. Güclü ailə bağları və dost münasibətləri insanın emosional yükünü azaldır, depressiya riskini aşağı salır və həyat keyfiyyətini artırır. "Mavi Zona"da yaşayan insanların əksəriyyəti yaşlı dövrlərində belə tək yaşamır və ailə üzvləri ilə sıx münasibətlərini qoruyurlar. Bu isə onların həm psixoloji, həm də fiziki sağlamlığına müsbət təsir edir.

Araşdırmalar göstərir ki, uzunömürlü insanların psixoloji vəziyyəti də digər insanlardan fərqlənir. Yunanıstanın İkariya adasında yaşayan insanlar daha sakit və stressiz həyat sürməyə çalışırlar. Onlar iş və şəxsi həyat arasında balans yaratmağa önəm verir, həyat hadisələrinə daha müsbət yanaşırlar. Stres insan orqanizminin ən böyük düşmənlərindən biridir. Uzunmüddətli stres ürək-damar xəstəlikləri, yüksək təzyiq və immun sisteminin zəifləməsi kimi problemlərə yol aça bilər. "Mavi Zona"da yaşayan insanlar stresi azaltmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Meditasiya, dua, təklikdə vaxt keçirmək və təbiətlə təmas onların gündəlik həyatının bir hissəsidir. Bu üsullar insanın zehni rahatlığını təmin edir və stres hormonlarının səviyyəsini aşağı salır. Mütəxəssislərin fikrincə, müasir həyatın sürətli tempi insanları daha çox psixoloji gərginliyə məruz qoyur və bu səbəbdən insanların zehni sağlamlığa daha çox diqqət ayırması vacibdir.

Uzunömürlü insanların yuxu rejimi də diqqətçəkən məqamlardandır. Alimlər bildirirlər ki, keyfiyyətli yuxu orqanizmin bərpası üçün vacibdir. "Mavi Zona"da yaşayan insanlar adətən gec saatlara qədər oyaq qalmır və kifayət qədər yatmağa çalışırlar. Bu isə həm fiziki enerjinin bərpasına, həm də beynin sağlam fəaliyyətinə kömək edir. Yuxu pozuntuları isə yaşlanma prosesini sürətləndirən əsas amillərdən biri hesab olunur.

Uzunömürlülüyün əsas sirlərindən biri də insanların həyat məqsədinin olmasıdır. Okinava sakinləri bunu "ikigai" adlandırırlar. Bu anlayış insanın hər səhər hansı məqsədlə oyandığını ifadə edir. İnsan özünü faydalı və lazım olan biri kimi hiss etdikdə həm psixoloji, həm də fiziki baxımdan daha sağlam olur. Alimlər qeyd edirlər ki, həyatda məqsəd hissi olan insanlar daha az stres yaşayır və daha uzun ömür sürürlər. Bu bölgədə yaşayan uzunömürlü insanların diqqətçəkən xüsusiyyətlərindən biri də onların təbiətlə yaxın münasibətdə olmalarıdır. Onlar daha çox açıq havada vaxt keçirir, təmiz hava qəbul edir və təbiətin ritminə uyğun yaşayırlar. Bu həyat tərzi həm fiziki sağlamlığa, həm də zehni rahatlığa müsbət təsir göstərir. Şəhər həyatının yaratdığı səs-küy, hava çirkliliyi və gərgin iş rejimi isə insanların sağlamlığına mənfi təsir edən əsas amillər sırasındadır.

Mütəxəssislər hesab edirlər ki, müasir dövrdə insanlar texnologiyanın və sürətli həyat tempinin təsiri ilə sağlam vərdişlərdən uzaqlaşırlar. Uzun iş saatları, hərəkətsizlik, qeyri-sağlam qidalanma və sosial münasibətlərin zəifləməsi bir çox xəstəliklərin yayılmasına səbəb olur. Buna görə də alimlər "Mavi Zona"dakı həyat tərzinin digər cəmiyyətlər üçün də nümunə ola biləcəyini düşünürlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!