06 İyul 2026 18:37
144
SİYASƏT
A- A+
Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk  

Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk  

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Zimbabve parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra Milli Məclisin sədri ilə Zimbabve Milli Assambleyasının sədri arasında təkbətək görüş keçirilib.

Görüşdən sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Yakob Mudenda Xatirə kitabını imzalayıb.

Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.

Söhbətdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edən Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq maraqların beynəlxalq səviyyədə müdafiəsinə xüsusi diqqət yetirib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Söhbət zamanı qanunverici orqanlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Sahibə Qafarova Zimbabve Parlamentinin sədrinin ölkəmizdə keçirilən COP29 çərçivəsində Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə baş tutmuş Parlament Görüşündə iştirakını və həmin səfər zamanı aparılan danışıqları məmnunluqla xatırladıb. O, həmçinin ötən il Cənubi Afrikada keçirilən G20 Parlament Sədrlərinin 11-ci Sammiti (P20) və cari ilin aprel ayında İstanbulda təşkil olunan Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutmuş görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə təmaslar parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin, həmçinin parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Zimbabve ilə beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində müntəzəm təmaslar davam etdirilir və bu platformalarda əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib, son illərdə sürətlə inkişaf edən paytaxt Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.

Qonaq səfər çərçivəsində Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdiyini xatırladaraq deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş insanların xatirəsinə həsr olunmuş abidəni ziyarət etmək şərəfdir.

Zimbabvenin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini və ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri hər iki ölkənin bölüşdüyü multilateralizm prinsiplərinin təşviqinin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinin qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin iqtisadi əlaqələrin önəmi barədə də fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər

22:35
06 İyul

Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib

21:41
06 İyul

Türkiyə Prezidenti NATO-nun Baş katibini qəbul edib

20:46
06 İyul

Azərbaycan-Çin münasibətlərində partiya diplomatiyasının rolu yüksək qiymətləndirilib

19:53
06 İyul

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

19:43
06 İyul

Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib

19:36
06 İyul

Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

19:28
06 İyul

Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

19:23
06 İyul

ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq

19:01
06 İyul

Parlamentlərarası əlaqələr inkişaf edir

18:46
06 İyul

İtaliya müdafiə naziri: NATO-nun 36-cı Sammiti yaxşı nəticələr verəcək

18:39
06 İyul

Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk  

18:37
06 İyul

Cənubi Avropada meşə yanğınları davam edir  

18:26
06 İyul

Almaniya hökuməti gələn il üçün 555,4 milyard avroluq büdcə layihəsini təsdiqləyib

18:16
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı

18:08
06 İyul

Pişiklərdən keçən təhlükəli parazit korluğa səbəb ola bilər

17:59
06 İyul

İspaniyada güclü meşə yanğınları zamanı 500 nəfər təxliyə edilib

17:48
06 İyul

NASA-nın kosmik gəmisi yeni muzeydə nümayiş olunacaq

17:44
06 İyul

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

17:31
06 İyul

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

17:26
06 İyul

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

17:19
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!