06 İyul 2026 14:23
144
SİYASƏT
A- A+
BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır – XİN-də mühüm görüş  

BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır – XİN-də mühüm görüş  


İyulun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən “C6” əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.

Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

BMT-nin yeni rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NASA-nın kosmik gəmisi yeni muzeydə nümayiş olunacaq

17:44
06 İyul

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

17:31
06 İyul

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

17:26
06 İyul

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

17:19
06 İyul

Azərbaycan Rusiyaya nota verib 

17:13
06 İyul

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB   

17:01
06 İyul

“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb VİDEO

16:53
06 İyul

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

16:41
06 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:37
06 İyul

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları davam etdirir

16:28
06 İyul

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib

16:23
06 İyul

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

16:17
06 İyul

Neymarın norveçli qapıçısı ilə dialoqu açıqlanıb

16:16
06 İyul

 Meksika-İngiltərə oyunundan sonra Los-Ancelesdə atışma baş verib

16:15
06 İyul

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib  

15:56
06 İyul

Bəzi rayonlarda yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək – XƏBƏRDARLIQ  

15:43
06 İyul

Ölkənin modernləşməsinin yeni mərhələsi: rəqəmsal transformasiya siyasəti  

15:43
06 İyul

Peskov: Putin və Tramp yaxın vaxtlarda təmasları davam etdirmək barədə razılığa gəliblər  

15:19
06 İyul

Altı ayda dövlət büdcəsindən 154,7 milyon manat geri qaytarılıb

15:17
06 İyul

Zimbabve Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

15:13
06 İyul

UEFA bəyanat yayaraq FIFA-nın qərarına etiraz edib

15:07
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!