06 İyul 2026 18:26
150
DÜNYA
A- A+
Çinin kosmik cihazı asteroidə çatdı  

Çinin kosmik cihazı asteroidə çatdı  


Çinin “Tianven-2” kosmik cihazı 1 milyard kilometrlik kosmik səyahətdən sonra hədəfi olan “Kamooaleva” asteroidinə çatıb. 

Çin Milli Kosmik İdarəsinin verdiyi məlumata görə, 2025-ci ilin mayında start götürən missiya təxminən 400 günlük uçuşdan sonra asteroidə 20 kilometr məsafəyə qədər yaxınlaşıb. Bu missiya Çin kosmik proqramı üçün mühüm tarixi mərhələdir, çünki ölkə ilk dəfə bir asteroiddən süxur nümunələri toplamağa hazırlaşır.

“Kamooaleva” adlanan bu göy cisminin diametri cəmi bir neçə metrdir. O, Günəş ətrafında Yer kürəsinə bənzər bir orbitdə hərəkət etdiyi üçün planetimizin yalançı peyki hesab olunur. Cihaz asteroidin quruluşunu və tərkibini araşdıracaq, sonra isə oradan süxur nümunələri götürəcək. Alimlər inanırlar ki, bu nümunələr Günəş sisteminin necə yarandığını anlamağa kömək edə bilər.

Toplanan nümunələri daşıyan modulun 2027-ci ilin sonlarında Yerə enməsi planlaşdırılır. Nümunə modulunu Yerə göndərdikdən sonra əsas kosmik gəmi yoluna davam edəcək və asteroid qurşağındakı bir kometi tədqiq etmək üçün təxminən 10 illik yeni bir missiyaya başlayacaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliya müdafiə naziri: NATO-nun 36-cı Sammiti yaxşı nəticələr verəcək

18:39
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı  

18:26
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı

18:08
06 İyul

Pişiklərdən keçən təhlükəli parazit korluğa səbəb ola bilər

17:59
06 İyul

İspaniyada güclü meşə yanğınları zamanı 500 nəfər təxliyə edilib

17:48
06 İyul

NASA-nın kosmik gəmisi yeni muzeydə nümayiş olunacaq

17:44
06 İyul

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

17:31
06 İyul

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

17:26
06 İyul

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

17:19
06 İyul

Azərbaycan Rusiyaya nota verib 

17:13
06 İyul

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB   

17:01
06 İyul

“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb VİDEO

16:53
06 İyul

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

16:41
06 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:37
06 İyul

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları davam etdirir

16:28
06 İyul

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib

16:23
06 İyul

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

16:17
06 İyul

Neymarın norveçli qapıçısı ilə dialoqu açıqlanıb

16:16
06 İyul

 Meksika-İngiltərə oyunundan sonra Los-Ancelesdə atışma baş verib

16:15
06 İyul

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib  

15:56
06 İyul

Bəzi rayonlarda yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək – XƏBƏRDARLIQ  

15:43
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!