08 İyul 2026 08:30
354
SİYASƏT
A- A+
Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir

Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir


Azərbaycanla ABŞ arasında münasibətlər ötən ilin əvvəllərindən davamlı olaraq inkişaf etməyə başlayıb. Bu, Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsindən sonra mümkün olub. ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər söyləyib. Bu fakt ABŞ liderinin dövlətimizin başçısına və xalqımıza ehtiramının göstəricisidir. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə bildirib ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla-ABŞ arasında münasibətlərin yeni mərhələsinin əsası qoyulub: "Münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən faktlardan biri Ağ Evdə  "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bu sənədin imzalanması və tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqlədi ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır. İşçi qrupunun səmərəli fəaliyyəti nəticəsində ABŞ-nin vitse-prezidenti Vensin bu ilin fevralında ölkəmizə səfəri zamanı bu xartiya imzalandı. Prezident İlham Əliyevin ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulandığı kimi, son dövrdə Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Dövlətimizin başçısı məktubda iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, dövlətlərarası əlaqələrimizin güclənməsinə verdiyi böyük önəmə və dəstəyə görə Donald Trampa minnətdarlıq ifadə edib. Məktubda Prezident İlham Əliyev fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran "Strateji Tərəfdaşlıq Xartiyası"nın əhəmiyyətini xüsusi qeyd edib. Xartiya iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verməkdədir".

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla ABŞ arasında "Strateji Tərəfdaşlıq haqqında Xartiya"nın imzalanması ikitərəfli münasibətlərin transformasiyasında mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda gedən daha dərin geosiyasi proseslərin də göstəricisidir: "Burada söhbət, sadəcə, simvolik sənəddən və ya niyyət bəyanatından getmir - xartiya epizodik əməkdaşlıqdan strukturlaşdırılmış və uzunmüddətli tərəfdaşlıq modelinə keçidi rəsmiləşdirir. Bu addımın əsas xüsusiyyəti ondan ibarətdir ki, Vaşinqton Bakını regional siyasətin obyekti kimi deyil, öz siyasi çəkisi və strateji baxışı olan müstəqil aktor kimi qəbul edir. Bu, münasibətlərin məntiqini köklü şəkildə dəyişir. Azərbaycan tərəfdaşlıq formatına "kiçik iştirakçı" qismində yox, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə dövrünün bərpası kimi sahələrdə gündəlik formalaşdıra bilən dövlət kimi daxil olur".

Deputat həmçinin bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı Cənubi Qafqazın yenidən formatlaşdığı bir mərhələdə ortaya çıxır: "Ayrı-ayrı güc mərkəzlərinin dominantlığına əsaslanan köhnə təsir mexanizmləri tədricən effektivliyini itirir. Region çoxvektorlu əməkdaşlıq məkanına çevrilir və burada praqmatik tərəfdaşlıqlar, iqtisadi qarşılıqlı asılılıq və infrastruktur bağlantıları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə ABŞ-nin regionda fəallaşması qarşıdurma xarakteri daşımır. Bu proses Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir. Hazırda ölkələrimiz arasında əlaqələr yeni məzmun daşıyır. Energetika əməkdaşlığın əsas sütunu olaraq qalır, lakin artıq söhbət təkcə ənənəvi resurslardan getmir. Diqqət "yaşıl enerji", texnoloji mübadilə və dayanıqlı inkişafa yönəlir. İqtisadi komponent özəl investisiyaların təşviqi, innovativ layihələrin inkişafı və ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq da daim diqqət mərkəzindədir". 

S.Fətəliyeva deyib ki, ABŞ üçün Azərbaycanın yalnız enerji tərəfdaşı deyil, həm də Orta dəhlizin əsas qovşağı, Avrasiyanın logistika xəritəsində mühüm aktor və regional təhlükəsizlik arxitekturasının qurucusudur. Prezident İlham Əliyevin Donald Trampa təbrik məktubunda Trampın "Beynəlxalq Sülh və Rifah Marşrutu"nu (TRIPP) regionda sabitliyə və rifaha xidmət edən, Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək layihə kimi dəyərləndirməsi də bunun göstəricisidir.

Deputat il ərzində qarşılıqlı əlaqələrimizin inkişafını özündə əks etdirən faktlar sırasında vitse-prezident Vensin ölkəmizə səfəri ilə yanaşı, ABŞ-nin digər rəsmi şəxslərinin, o cümlədən Konqres üzvlərinin ölkəmizə səfərlərini xatırladıb: "Məsələn, bir müddət öncə  Prezident İlham Əliyevin ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadehi qəbul etməsi bu prosesin tərkib hissəsi idi. Görüş zamanı ikitərəfli münasibətlərin uğurlu inkişafı, "Strateji Tərəfdaşlıq Xartiyası"nın əhəmiyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Hamadehin "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğvi ilə bağlı qanun təşəbbüsünün müəlliflərindən biri olmasına yönəlib. Bu, ABŞ siyasi dairələrində Azərbaycana münasibətdə daha praqmatik və realist yanaşmanın gücləndiyini göstərən mühüm siqnal idi. İyulun 7-də isə dövlətimizin başçısı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb. Senator Stiv Deyns isə öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu söyləyib. Qonaq, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib".

Deputatın fikrincə, son bir ildə ABŞ Konqresinin müxtəlif nümayəndə heyətlərinin Azərbaycana səfərləri, yüksəksəviyyəli təmasların intensivləşməsi və ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi Vaşinqtonun region siyasətində yeni reallıqları qəbul etdiyini nümayiş etdirir. Nəticə etibarilə bütün bunlar Azərbaycan-ABŞ əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. Bu amil bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi üçün böyük perspektivlər vəd edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib YENİLƏNİB 2

20:01
13 İyul

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

19:26
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

19:14
13 İyul

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

19:01
13 İyul

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

18:51
13 İyul

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18:29
13 İyul

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:21
13 İyul

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq genişlənir

18:09
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

18:03
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!