03 Dekabr 2013 01:12
215
CƏMİYYƏT
A- A+
Yazıçı Elmira Axundovanın «Heydər Əliyev: Şəxsiyyət və zaman» roman-tədqiqatının beşinci cildinin təqdimatı olmuşdur

Yazıçı Elmira Axundovanın «Heydər Əliyev: Şəxsiyyət və zaman» roman-tədqiqatının beşinci cildinin təqdimatı olmuşdur

 

Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" çoxcildliyinin Azərbaycan dilində beşinci "Ömrün Naxçıvan aşırımları" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, Elmira Axundova "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-tədqiqatını 10 il müddətində topladığı materiallar, faktlar əsasında yazmışdır. Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində saxlanılan materiallar romanın əsasını təşkil edir. Təqdim olunan beşinci cilddə ulu öndər Heydər Əliyevin Naxçıvana dönüşü, muxtar respublikada fəaliyyəti ilə bağlı az məlum olan faktlar və məlumatlar yer almışdır.

Milli Məclisin deputatı Fəttah Heydərov dekabrın 12-də ulu öndərin vəfatının 10 illiyinin tamam olacağını qeyd edərək bu təqdimatın onun xatirəsini yad etmək üçün yaxşı tədbir olduğunu qeyd etmişdir. O, müasir müstəqil Azərbaycanın qurucusu ulu öndərin xatirəsini anmaq üçün belə bir tədbirin təşkilinə görə Elmira Axundovaya təşəkkürünü bildirmişdir. F.Heydərov qeyd etmişdir ki, onun da xatirələri bu kitaba daxil edilmişdir. Kitabda yer alan həmin dövrün Azərbaycan üçün çox gərgin keçdiyini deyən deputat ulu öndər Heydər Əliyevin titanik səyləri sayəsində ölkəmizin indiki güclü səviyyəyə çatdığını vurğulamışdır. "Ulu öndər hakimiyyətə gəldikdən sonra mədəni, iqtisadi, sosial həyatda dirçəliş başladı. Onun Azərbaycanın inkişafı üçün nə etdiyi gözümüzün qarşısında olmuşdur", - deyən F.Heydərov belə bir kitabı yazdığına görə Elmira Axundovaya təşəkkür etmişdir.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək demişdir: Kitabın dəyəri bir də ondan ibarətdir ki, müəllifin bu 10 il ərzində müsahibələr aldığı insanların bəziləri artıq həyatda yoxdur: "Artıq həmin insanlardan bu faktları toplamaq mümkün deyil və bunu Elmira Axundova etməklə o insanların dediklərini tarixə salmışdır". S.Novruzov bildirmişdir ki, kitab ulu öndərin Naxçıvanda çətin vəziyyətdəki fəaliyyətini faktlarla göstərir. Məhz ümummilli liderin səyləri sayəsində Azərbaycan bu gün dünyada inkişaf edən ölkələr sırasındadır. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu quruculuq və inkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini demişdir.

Milli Məclisin deputatı Mixail Zabelin kitabın Heydər Əliyevin şəxsiyyət kimi özəlliklərini açıb göstərdiyini söyləmişdir. Deputat qeyd etmişdir ki, o vaxt Heydər Əliyevə Azərbaycanın çox böyük ehtiyacı var idi. "Heydər Əliyevin tərəfdarları onun Azərbaycanı xilas etmək üçün ölkəyə qayıtmasına çox böyük çətinliklərlə nail oldular. O illər ağır illər idi. Məhz onun titanik əməyi sayəsində Azərbaycan o çətin dövrü keçdi", - deyə M.Zabelin vurğulamışdır.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran əsərin bundan sonra Heydər Əliyev barədə yazılacaq kitablar, çəkiləcək filmlər üçün dəqiq mənbə olacağını demişdir. O qeyd etmişdir ki, ulu öndərlə bağlı nə qədər yazılsa da, bitən deyildir və onun şəxsiyyəti zaman-zaman öyrəniləcəkdir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə demişdir ki, zaman keçdikcə Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin, onun ideyalarının əhəmiyyətini daha yaxşı görəcəyik. O, ulu öndərin ideyalarının Azərbaycan üçün önəmli olduğunu, bu ideyaların indi də Azərbaycanın inkişafına, xalqın rifah halının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. V.Rəhimzadə bildirmişdir ki, ümummilli lider haqqında çox kitab yazılmışdır, lakin Elmira Axundovanın kitabında tarixi faktlar, həmin dövrün canlı şahidlərinin dedikləri toplanmışdır. Bu da əsəri əvəzsiz tarixi mənbəyə çevirir.

Sonda kitabın müəllifi Elmira Axundova tədbir iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!