29 Sentyabr 2023 09:50
851
İQTİSADİYYAT
A- A+
"...yamanlığa yaxşılıq ər kişinin işidir"

"...yamanlığa yaxşılıq ər kişinin işidir"

 

Qarabağın erməniəsilli sakinlərinə humanitar yardımımız davam edir

 

Humanizm, xeyirxahlıq, insani davranışlar kimi ali dəyərlər xalqımızın qanında, canındadır. Xalqımız bu dəyərlərindən dolayı hər zaman çoxlarına örnək olub. İstər dost olsun, istərsə də düşmən - ehtiyacı varsa, imkan daxilində onu qarşılamaq bizim ər işimizdir. 
Bu,  gəlişi gözəl sözlər deyil. Zaman-zaman ayrı-ayrı şəxslərdən tutmuş iş adamlarına qədər, hətta dövlət səviyyəsində hər yox, ər olduğumuzu sübut etmişik, göstərmişik. Azərbaycan dövləti humanist siyasətini son günlər dünyanın gözü qarşısında bir daha sərgiləyir, Qarabağın erməniəsilli sakinlərinin ehtiyaclarının təmin olunması üçün ard-arda humanitar yardımlar edir, dünənəcən bizə düşmən münasibət bəsləmələrinə baxmayaraq. Təsadüfi deyil ki, sentyabrın 20-də xalqa müraciət edən Prezident İlham Əliyev üzünü Qarabağda yaşayan  erməniəsilli sakinlərə tutaraq  Azərbaycan dövlətinin onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduğunu demiş və onları bu tarixi şansı qaçırmamağa çağırmışdır. Keçmiş separatçı qurumun "başçıları" bu təklifi həvəslə qəbul etməsələr də, başqa yolları yoxdur. Çünki hətta sadə ermənilərin özləri daha onların yalançı vədlərinə inanmırdı. İnandıqları yalnız Azərbaycanın hərbi qüdrəti və dinc əhaliyə humanist münasibətidir.
Necə inanmasınlar ki, Xankəndi şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində  sentyabrın 25-də baş verən partlayışda yaralananlara ilk yardım göstərən Azərbaycan oldu. Məhz Azərbaycan hadisədə ziyan çəkmiş sakinlərə yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları göndərdi, Ağdam, Saatlı, Sabirabad xəstəxanaları yaralı erməniləri qəbul etmək üçün hazır vəziyyətə gətirildi. Yüksək humanizm nümunəsi daha necə olur ki... 
Yaxud götürək sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş məlum görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələrinin xahişini. Xahiş etmişlər ki, ilk növbədə bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə ehtiyacları var. Ehtiyaclarının ödənilməsi gecikmədi.  Sentyabrın 23-də onlara 24 ton benzin, 40 ton dizel yanacağı göndərildi. Ondan bir gün əvvəl isə Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinlər üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət  iki yük avtomobili və içi çörəklə dolu iki avtomobil yola salındı. Artıq yardımların göstərilməsi davamlı xarakter alıb. Demək olar, hər gün Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər un, gigiyenik vasitələr, yataq dəstləri, həmçinin təcili tibbi yardım və yanğınsöndürmə maşınları üçün yanacaq-sürtkü materialları ilə təmin edilirlər. Təkcə sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu ilə onlara 30 ton benzin, 34 ton dizel yanacağı göndərilib. 
Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməniəsilli sakinlərin ehtiyaclarının təmin olunması üçün tədbirlər davam edir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!