09 İyun 2026 14:20
147
İQTİSADİYYAT
A- A+
Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib  

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib  


Hesablama Palatası "Büdcə sistemi haqqında" Qanunun 20.6-cı maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlilini aparıb, bu göstəricilərin tamlığının və düzgünlüyünün qiymətləndirilməsinə çalışıb. Təqdim olunan qanun layihəsi üç maddədən ibarətdir. Burada gəlir və xərclərin icrası üzrə ümumi məbləğ, gəlirin mədaxil mənbəyi üzrə icra məbləği, manatın məzənnəsinin dəyişməsindən yaranan qazanc, funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icra məbləği, dövlət büdcəsinin profisiti və cari ilin 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı əks etdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O bildirib ki, aparılmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcə gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib.

“Dövlət büdcə gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2025-ci ildə 37,7 milyard manat təhlillə əhatə olunub. Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2 faizinə bərabərdir. Hesabatlardakı müvafiq icra göstəricilərinin dövlət büdcəsinin icrasına dair illik hesabatında əks etdirilmiş göstəricilərlə uyğunluq təşkil etdiyi müəyyən edilib. Analitik prosedurların nəticələrinə əsasən, 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

17:06
09 İyun

Ötən il dünyada nüvə silahlarına rekord məbləğdə vəsait xərclənib  

17:04
09 İyun

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

17:04
09 İyun

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib 

17:02
09 İyun

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb

16:53
09 İyun

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər  

16:52
09 İyun

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

16:50
09 İyun

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

16:49
09 İyun

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır

16:48
09 İyun

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

16:46
09 İyun

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

16:40
09 İyun

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

16:26
09 İyun

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

16:10
09 İyun

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

16:01
09 İyun

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

15:57
09 İyun

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

15:46
09 İyun

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib  

15:38
09 İyun

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb  

15:26
09 İyun

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

14:57
09 İyun

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

14:54
09 İyun

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

14:51
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!