09 İyun 2026 14:17
158
İQTİSADİYYAT
A- A+
Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib  

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib  


Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, portal vasitəsilə real vaxt rejimində xəzinədarlıq orqanları tərəfindən aparılan bütün əməliyyatların, gəlir və xərclərin izlənilməsi mümkündür. Büdcə təşkilatları və xəzinədarlıq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq daxili və xarici xidmət pasportları (təlimatları), habelə ödənişlərin operativliyinin artırılması və təşkilatların suallarının operativ cavablandırılması məqsədilə Chat Bot hazırlanıb. Hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib. Eyni zamanda, hesabat dövründə dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

17:06
09 İyun

Ötən il dünyada nüvə silahlarına rekord məbləğdə vəsait xərclənib  

17:04
09 İyun

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

17:04
09 İyun

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib 

17:02
09 İyun

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb

16:53
09 İyun

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər  

16:52
09 İyun

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

16:50
09 İyun

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

16:49
09 İyun

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır

16:48
09 İyun

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

16:46
09 İyun

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

16:40
09 İyun

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

16:26
09 İyun

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

16:10
09 İyun

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

16:01
09 İyun

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

15:57
09 İyun

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

15:46
09 İyun

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib  

15:38
09 İyun

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb  

15:26
09 İyun

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

14:57
09 İyun

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

14:54
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!