Yağışın necə
əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının
kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşib.
Yağış üç mərhələdən
keçərək əmələ gəlir. Əvvəlcə yağışın "xammalı” külək vasitəsilə havaya qalxır, sonra
buludlar meydana gəlir, sonda yağış damcıları ortaya çıxır.
I mərhələ:
okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları
davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla
zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə
doğru yol alır. Aerozol adlandırılan su zərrələri dənizlərdən qalxan su buxarını
"su tələsi” adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq
bulud topalarını əmələ gətirir.
II mərhələ:
duz kristallarının və yaxud havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı
sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və
0,02 mm) olduğuna görə onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy
buludlarla örtülür.
III mərhələ:
duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq
yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan
damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
Buludların
tiplərini öyrənən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə
ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və
öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ
gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:
Qovulma: buludlar
olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.
Toplanma:
külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə
toplanıb yeni böyük buludları əmələ gətirirlər.
Yaranma: kiçik
buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır.
Bu mərhələlərin
nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi
qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu yağmağa başlayır.